§6. Dövlətsizləşdirmə və özəlləşdirmə
İqtisadi münasibətlər hansı formada təzahür etməsindən asılı olmayaraq (siyasi, sosial, məişət) son
nəticədə mülkiyyətlə müəyyən olunur. Mülkiyyətin tarixi tipləri və formaları, istehsal vasitələrinin və istehsalın
nəticələrinin mənimsənilməsinin xarakteri geniş mə’nada iqtisadiyyatın əsasını təşkil edir. Mülkiyyət, sistem əmələ
gətirən mahiyyət kimi cəmiyyətin sosial-iqtisadi strukturunu müəyyən edir. İqtisadi sistemlərin tipləri
ictimai və
özəl mülkiyyətin kəmiyyət və keyfiyyətcə uyğunluluğu ilə fərqlənirlər. Bu mə’nada iqtisadi inkişafın tarixini saat
kəfkirinin hərəkəti kimi «milliləşdirmədən özəlləşdirməyə qədər və əksinə» inkişaf edən proses kimi xarakterizə
etmək olar. Ona görə də tam aydındır ki, iqtisad elmi heç vaxt mülkiyyət problemlərinə biganə olmayıb. Bu
mə’nada müasir dövr də istisna deyildir. Cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud iqtisadi sistemin
transformasiyasının ən başlıca mühüm məsələsi mülkiyyət münasibətlərinin yenidən qurulması və təkmilləşdiril-
məsidir. Dünya ölkələrinin təcrübələri göstərir ki, mülkiyyət münasibətlərinin quruluşunda əhəmiyyətli dəyişiklik
etmədən iqtisadiyyatı bazar münasibətlərinə uyğun yenidən qurmaq mümkün deyildir.
Dünya təcrübəsində
mülkiyyət çoxnövlülüyünün tə’min olunmasının ən başlıca istiqamətlərindən biri dövlət mülkiyyətində olan
müəssisələrin
dövlətsizləşdirilməsi və
özəlləşdirilməsidir.
Dövlətsizləşdirmə, birbaşa təsərrüfat idarəçiliyi funksiyalarının dövlətdən alınaraq, mülkiyyətin
xarakterində heç bir dəyişiklik etmədən müvafiq vəzifələrin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqə-
lərinin üfqi təsərrüfat əlaqələri ilə əvəz olunması deməkdir. Dəqiq desək, dövlətsizləşdirmə iqtisadiyyatda
dövlətin həddindən çox olan rolunun bir qədər azaldılmasını nəzərdə tutur. Əlbəttə,
dövlətsizləşdirmə dövlətin
iqtisadi sahələrdən tam təcrid olunması demək deyil, dövlətin fəaliyyət mexanizminin dəyişməsi, yə’ni onun yalnız
nizamlayıcı və əlaqələndirici funksiyaları icra etməsidir.
Mülkiyyətin dövlətsizləşdirilməsi onun özəlləşdirilməsi ilə sıx əlaqəlidir.
Özəlləşdirmə, dövlət
mülkiyyətinin müəyyən şərtlərlə dəyişməsini nəzərdə tutur. Mülkiyyətin yeni sahibi onun təsərrüfat fəaliy-
yətində istifadəetmə nəticələrinə görə tam maddi mə’suliyyət daşıyır. Daha dəqiq desək, özəlləşdirmə dövlət
mülkiyyətini ayrı-ayrı şəxslərin, əmək kollektivlərinin, hüquqi şəxslərin özəl mülkiyyətinə verərək mül-
kiyyətin dövlətsizləşdirilməsi üsullarından biri hesab olunur. Deməli, dövlətsizləşdirməni özəlləşdirmə ilə eyni-
ləşdirmək olmaz. Dövlətsizləşdirmə özəlləşdirməyə nisbətən daha geniş anlayışdır.
Bu modellərin heç biri xalis formada tətbiq edilməyib, ona görə də Şərqi Avropanın müxtəlif ölkələrinin
təcrübəsi bu modellərin müxtəlif nisbətindən istifadə edilməsi cəhətindən qiymətlidir. Çexiyada, Slovakiyada,
Baltikyanı dövlətlərdə, Rusiyada özəlləşdirmənin birinci modelindən istifadə edilib.
Bu ölkələrdə əsas model kimi
dövlət mülkiyyətinin satışı seçilsə də əhalidə sərbəst maliyyə vasitələrinin olmaması və xarici investorların
özəlləşdirməyə kifayət qədər az maraq göstərməsi nəticəsində pulsuz və bərabər bölüşdürmə modeli daha geniş
yayılmışdır.
§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri
Bazar iqtisadiyyatı ölkələrində özəlləşdirmə artıq bərqərar olmuş bazar münasibətlərinin və xüsusi
mülkiyyətin fəaliyyət mexanizminin mövcud olduğu bir şəraitdə həyata keçirildiyinə görə mühüm siyasi və sosial
dəyişikliklərlə müşayiət olunmur.
Keçmiş sosialist ölkələrində, o cümlədən Azərbaycanda, özəlləşdirməyə iqtisadiy-
yatda bazar mexanizminin, xüsusi mülkiyyətin fəaliyyət göstərməsi üçün hüquqi qanunların və iqtisadi əsaslarının
hələ tam olmadığı bir dövrdə başlanmışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda 1990-1993-cü illər
ərzində baş verən mə’lum siyasi və sosial hadisələr hələ kütləvi özəlləşdirməyə qədər bir çox ciddi nəticələrə
gətirib çıxartmışdır. Buna iqtisadiyyatın
böhran vəziyyətə düşməsi, ciddi nəzərə çarpan əmlak və sosial bəra-
bərsizlik, ölkə əhalisinin çox varlı və çox kasıb hissələrə bölünməsi aiddir. Azərbaycan üçün özəlləşdirmənin əsas
xüsusiyyətlərindən biri də onun siyasi suverenliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail olması və
respublikanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı xalq üçün taleyüklü problemlərin həll edilməsi və para-
lel olaraq həyata keçirilməsidir.
Azərbaycan keçmiş sosialist dövlətləri içərisində özəlləşdirməyə gec başlayan respublikalardan biridir.
Əlbəttə, gecikdirilmiş özəlləşdirmə bütövlükdə neqativ haldır. Lakin Azərbaycanda gec başlanmış özəlləşdirmənin
müsbət cəhətləri də vardır. Özəlləşdirməyə gec başlanılması artıq bu yolu keçmiş və keçməkdə olan digər
ölkələrin təcrübəsini öyrənməyə və onların buraxdığı səhvləri təkrarlamamaq imkanı vermişdir. Hal-hazırda
özəlləşdirmə onun əvvəlki variantlarına nisbətən daha az və sosial xərclərlə aparılır.
Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalar arasında
dövlət mülkiyyətinin özəlləşdirilməsi
sahəsində ümumi və fərqli cəhətlər vardır. Ümumi cəhətlərə aşağıdakıları aid etmək olar: özəlləşdirmənin
inqilabi sıçrayış yolu
ilə deyil, təkamül yolu ilə, mərhələ-mərhələ aparılması; özəlləşdirməyə kiçik müəssisələrin
özəlləşdirilməsindən başlanılması; özəlləşdirmənin pulsuz və satış modeli əsasında aparılması, onlardan
mülkiyyətin əhali arasında pulsuz bölüşdürülməsinə, yə’ni çek özəlləşdirilməsinə üstünlük verilməsi;
özəlləşdirmənin qeyri-istehsal sahələrində daha yüksək templə aparılması və s.
Özəlləşdirmə proqramını yerinə yetirərkən hər bir hökumət öz qarşısında minimum iki məqsədi qoyur:
özəlləşdirmə bir tərəfdən
iqtisadi münasibətlərin, onun əsası olan mülkiyyət münasibətlərinin yeniləşməsi, çox-
növlü mülkiyyət formalarının yaranması, idarəetmə sisteminin əsaslı surətdə dəyişdirilməsi, digər tərəfdən isə bazar
münasibətlərinə keçid şəraitində iqtisadiyyatın tənəzzül vəziyyətindən çıxarılması, inflyasiyanın qarşısının alınması
38