MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

istiqamətlərdə aparılır. Bunlardan iqtisadi, konyuktur, elmi-texniki istiqamətləri 
göstərmək olar. İqtisadi proqnozlaşdırmada uzun müddət götürülür və adətən 
dövlət səviyyəsində həyata keçirilir. 
Konyuktur proqnozlaşdırma qısamüddətli olur və bunu şirkətlər, firmalar, 
təşkilatlar aparırlar. 
Elmi-texniki proqnozlaşdırmada elmi-texniki tərəqqinin nailiyyətləri nəzərə 
alınmaqla perspektiv istiqamətlər müəyyənləşdirilir, bazar tələbatının strukturuna 
fəal təsir göstərə bilən əmtəələrin istehsal olunması imkanları aşkar edilir. 
Marketinq müxtəlif növlərə malikdir və ayrı-ayrı ölkələrdə onların yalnız 
bəziləri fəaliyyət göstərirlər.  İqtisadi  ədəbiyyatda marketinqin növlərinə 
aşağıdakılar aid edilir: konversiya marketinqi, stimullaşdırıcı marketinq, 
inkişafetdirici marketinq, sinxromarketinq, tələbin səviyyəsini saxlayan marketinq 
və s.  
Marketinqin tərkib hissələrindən biri reklamlardır. Reklam istehlakçıların 
tələbinin və zövqünün formalaşmasına müsbət təsir göstərir. 
Reklam bir neçə məqsəd daşıyır: müəssisənin obrazını (surətini) yaratmaq, cari 
satışı artırmaq, alıcılara nəyi almağı və yaxud nəyi hökmən almağı izah etməkdir. 
Reklamın başlıca vəzifəsi müştərilər tapmaq, cəlb etmək, yaratmaq və 
genişləndirməkdir. 
 
 
 
§5. Bazar iqtisadiyyatının genetik əsasları və əsas cəhətləri 
 
Əmtəə istehsalının və bazarın meydana gəlməsi hələ müasir elmi baxımla bazar 
iqtisadiyyatı sistemi demək deyildi. Bazar iqtisadiyyatı anlayışı onlardan əsaslı 
surətdə  fərqlənən və tarixən onlardan çox-çox sonralar meydana gələn və for-
malaşan bir təsərrüfat formasını ifadə edir. Bu, tarixən bilavasitə kapitalist iqtisa-
diyyatının yaranması ilə qərarlaşmağa başlayıb və bu müasir səviyyəyə gəlib.  
Bazar iqtisadiyyatı özünəməxsus genetik əsaslara malikdir. Bu aşağıdakılarla 
səciyyələnir: inkişaf etmiş ictimai əmək bölgüsü, özəl və qarışıq mülkiyyətin 
hakim mövqedə olması,  əmtəə  təsərrüfatının geniş dairəyə malik olması,  əmtəə 
istehsalına yeni vahidlərin, o cümlədən iş qüvvəsinin daxil olması, tələb və təklifin 
yüksək dinamikliyi, rəqabət dairəsinin və gücünün, bazar sisteminin daim əhatəlik 
dərəcəsinin artması, iqtisadi demokratikləşmə, iqtisadi azadlıq, liberallaşdırma, 
mənfəətin hərəkətverici qüvvəyə çevrilməsi, istehsal və bazar infrastrukturlarının 
genişlənmə meylinin güclənməsi və s. Sonralar daha da inkişaf etmiş, modern-
ləşmiş bu genetik əsaslar və digərləri onun səciyyəvi komponentlərinə çevrilmişlər. 
Bazar iqtisadiyyatı ideologiya deyil, zamanın metodları ilə  təcrübədən çıxmış 
iqtisadi münasibətlərin məcmusudur.  
Ümumiyyətlə, bazar iqtisadiyyatı səmərəli fəaliyyət göstərən sistemdir.  
XVIII əsrdə yazıb-yaratmış klassik iqtisadın banisi A.Smitin əsas ideyası - bazar 
iqtisadiyyatında liberalizm, dövlətin iqtisadiyyata minimal müdaxiləsi, tələb və 
təklifdən asılı olaraq azad qiymətlər əsasında bazar özünüidarəsi ideyası idi. Bu cür 
iqtisadi idarəetməni isə o, «görünməz əllər»lə əlaqələndirdi. Lakin XIX əsrin axırı 
 
55


və XX əsrin əvvəllərində beynəlxalq aləmdə iqtisadiyyatın vəziyyətinin dərin elmi 
təhlili həmin ideyanın təkmilləşməsini zəruri etdi. C.Keyns inkişaf etmiş bazar 
iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ideyasını irə-
li sürdü və onun obyektiv səbəblərini göstərdi. Bu sahədə əsaslı elmi konsepsiya ilə 
çıxış etdi. Onun elmi ideyasının müxtəsər tərəflərindən biri bu idi ki, nağd və 
nağdsız pul kütləsi vasitəsilə, tələbi artırmaq və yaxud azaltmaq yolu ilə bazar 
iqtisadiyyatını dövlət tənzimləyə bilər. C.Keyns qeyd etmişdir ki, bu tənzim yolu 
ilə inflyasiyaya, məşğulluğa,  əmtəələrin tələb və  təkliflərinə  təsir etmək 
mümkündür. C.Keyns səhv etməmişdi. Həqiqətən inkişaf etmiş bazar iqtisadiyyatı-
na dövlət tənzimləmə müdaxiləsi etdikdə müsbət nəticələr alınır. Dərin 
düşünülmüş elmi tənzimləmə bazar iqtisadiyyatının inkişafına real müsbət təsir 
göstərir. 
Bazar iqtisadiyyatı öz mahiyyətinə görə inzibati-amirliyin alternatividir. 
  
§6. Bazar iqtisadiyyatı subyekti –»İqtisadi insan» haqqında  
 
Bəşər cəmiyyəti tarixində insan amili həmişə  mərkəzi yer tutub. Lakin inkar 
edilməz bir həqiqətdir ki, müasir iqtisadi həyatda, bazar iqtisadiyyatı sistemində 
insan amili daha miqyaslı, daha fəal bir qüvvə kimi mərkəzi fiqura təşkil edir. 
Bazar iqtisadiyyatı sisteminin subyektinə, «iqtisadi insan» anlayışına istehsal 
üzrə sahibkar, digər sahibkar və mülkiyyətçilər, biznesmenlər, menecerlər, 
bankirlər, kommersantlar, fermerlər, muzdlu işçilər, geniş  mənada istehsalçılar, 
bütün istehlakçılar və s. daxildir. 
Bazar iqtisadiyyatı sisteminə sahibkar dedikdə, özəl, xüsusi mülkiyyət obyekti, 
müəssisəsi olan insanlar nəzərdə tutulur. O, öz qorxu, risk və  məsuliyyəti ilə 
fəaliyyət göstərən müstəqil bazar agentidir. 
Biznesmen mənfəət əldə etmək üçün hər hansı bir sahədə çalışan fərddir. 
Menecer mikroiqtisadi müəssisəni, (firmanı), korporasiyanı  və s. idarə edən 
şəxsdir. O, sahibkar tərəfindən onun qarşısına qoyulmuş vəzifəni təşkil edən şəxs 
sayılır. 
Kommersant gəlir əldə etmək, qazanc götürmək məqsədilə ticarət fəaliyyəti ilə 
məşğul olan insanlardır. 
Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı 
sahəsində fəaliyyət göstərən şəxsə deyilir. 
Muzdlu işçi öz işçi qüvvəsini  əmtəə kimi sahibkara, firmaya, fermerə 
(ümumiyyətlə, mülkiyyət sahibinə) müqavilə yolu ilə satan fərdə deyilir. 
İstər  əvvəllərdə  və istərsə  də bazar iqtisadiyyatı  şəraitində hamı bir nəfər kimi 
məcmu halında istehlakçıdır. Lakin bazar iqtisadiyyatı  şəraitində istehlakçılar öz 
mahiyyətinə, xarakterinə görə yeni keyfiyyətlərlə  səciyyələnirlər. Bu, indiki 
istehlakçının mədəni səviyyəsi, tələbatının yüksək olması, zövqünün dərinləşməsi 
və müasirliyin digər özünəməxsus xüsusiyyətləri ilə müəyyən edilir. Məlumdur ki
istehlaksız hər hansı bir məhsul istehsalının baş tutması boş  işdir. Həmişə 
istehsalın son məqsədi istehlakdır. İstehlakçının tələbatının təmin edilməsi (bu isə 
daim artır və inkişaf edir) istehsalın son məqsədinə nail olmaq vasitəsidir, onun 
daha da inkişafı şərtidir.  
 
56


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə