MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;  
j) iqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul siyasəti vasitəsilə tənzimlənməsi. 
Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L.Erxard tərəfindən həyata keçirilən iqtisadi 
islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə  də bu modeli çox vaxt alman və ya neoliberal model 
adlandırırlar.  
3.Sosial-demokrat modeli.
 
Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı modeli ilə eynidir. Buna baxmayaraq, bu 
modelin öz xüsusiyyətləri mövcuddur. 
Sosial-demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterdir. Bazar 
iqtisadiyyatının bu modeli əsasən  İsveçdə öz əksini tapmışdır və ona görə  də onu çox vaxt İsveç modeli 
adlandırırlar. Tarixi inkişafın müxtəlif mərhələlərində bu modelin bir çox cəhətləri digər Skandinav ölkələrində, 
eləcə də İspaniyada, Portuqaliyada, Yunanıstanda öz əksini tapmışdır. Bazarın İsveç modeli aşağıdakı cəhətlərlə 
xarakterizə olunur: 
a)  əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində  tənzimlənməsi (tarif dərəcələrinin, 
kollektiv müqavilələrin müəyyən edilməsi); 
b) dövlətin həyata keçirdiyi sosial siyasətin  əhalinin gəlirləri üzrə  təbəqələşməsinin azaldılmasını  tə’min 
etməsi; 
v) ümumi milli məhsulda dövlət büdcəsinin çox olması; 
q) dövlətin məşğulluq siyasəti,  əsasən işçilərin ixtisaslarının artırılması  və yenidən hazırlanması hesabına 
işsizlərin sayını minimum həddə çatdırmağa yönəldilməsi. 
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının bütün göstərilən modellərində bazar eyni tiplidir və ümumi 
qanunlar əsasında fəaliyyət göstərir. Bazar iqtisadiyyatının modelləri isə, dövlətin iqtisadiyyata müdaxilə etməsi və 
əhalinin sosial tələblərinin ödənilməsi səviyyəsi ilə müəyyən olunur. Bununla yanaşı bazar iqtisadiyyatının 
fəaliyyət göstərməsinə bu və ya digər model öz tə’sirini göstərir. 
İqtisadi  ədəbiyyatda bazar iqtisadiyyatının tiplərinin və modellərinin sayı haqqında müxtəlif fikirlər 
mövcuddur. Bir qrup alimlər, bazar iqtisadiyyatının ancaq 3 modelinin (amerikan, alman, İsveç) olmasını, digər-
ləri isə - bunlarla yanaşı eyni zamanda yapon, Fransa, Çin, Cənubi Koreya və s. modellərinin varlığını da 
göstərirlər. Hər bir ölkənin öz fərqli cəhətləri var və hər bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından 
fərqlənir. Yapon iqtisadiyyatının (onun mədəniyyəti, xalqının mentaliteti, tarixi kökləri, bir firmaya bağlılıq 
ən’ənələri ilə əlaqədar) özünəməxsus xüsusiyyətləri vardır. 
Bazar iqtisadiyyatı modelləri arasındakı sərhədlərin şəffaf olması və bir-birinə yaxınlaşması ilə əlaqədar, 
bə’zən bazar iqtisadiyyatı modellərinin seçilməsi və öyrənilməsi  əleyhinə fikirlər söylənilir. Doğrudan da, bazar 
modellərinin yaxınlaşması  səbəbindən, bu və ya digər ölkədə müəyyən modelin xalis formada seçilməsi 
çətinləşir. 
Bazar iqtisadiyyatının müxtəlif modellərinin yaxınlaşması aşağıdakı hallarda baş verə bilər. Birincisi, bu və 
ya digər ölkədə sosial-iqtisadi mühitin dəyişməsi, iqtisadi siyasətdə  dəyişikliklərə,  əvvəlki iqtisadi baxışlara 
yenidən baxılmasına və yeni mövqelərə keçilməsinə  səbəb olur. İqtisadiyyatın inkişafı bazar təsərrüfatı 
modellərinin inkişafına, onların təkamülünə və müəyyən dəyişikliklərinə tə’sir edir. İkincisi, bazar təsərrüfatı mo-
dellərinin yaxınlaşması, növbəti seçkilərdə iqtidar üzərində müxalifət partiyalarının qələbə çalması sayəsində siyasi 
hadisələrdə baş verən dəyişikliklərdir. Məsələn,  İngiltərədə leyboristlər hakimiyyətə  gəldikdə milliləşdirməni 
həyata keçiriblərsə, konservatorlar qələbə çaldıqdan sonra özəlləşdirməni həyata keçiriblər. Deməli, bazar iqtisa-
diyyatının bu və ya digər modelində yeni meyllərin meydana gəlməsi, seçkilərdə digər partiyanın qələbə  əldə 
etməsi nəticəsində iqtisadi siyasət kursunda baş verən dəyişikliklərlə bağlıdır. 
 
§2. Bazarın liberal modelinin spesifik 
xüsusiyyətləri 
 
Klassik formada bazarın liberal modeli XX əsrin əvvəlindən 20-ci illərin sonuna qədər mövcud olmuşdur. Bu 
model tənzimlənmənin Keynsçi metodlarının müharibədən sonrakı siyasətinin gedişində müəyyən dəyişikliklərə 
mə’ruz qalmışdır. Buna baxmayaraq, müasir dövrdə  də onun əsas cəhətləri - daxili bazarın yüksək olması, iri 
inhisarların timsalında xüsusi kapitalın möhkəm mövqeyə malik olması, həmkarlar və  fəhlə  hərəkatının zəif 
olması saxlanılır. 
Bazarın amerikan (liberal) modeli və daha geniş miqyasda amerikan mentaliteti üçün cəmiyyətin bütün 
fərdlərinin həm bir-birinə, həm də dövlətə olan münasibətlərdə özlərinə tam arxalanması, özlərinin şəxsi hesablarına 
tələbatlarının ödənilməsi xarakterikdir. Ona görə  də bazarın liberal modeli üçün tənzimləmənin qalıq prinsipi 
səciyyəvidir və əsasən təkrar istehsalın, azad rəqabət şəraitində səmərəli formada tənzimlənə bilməyən aspektlərin 
(səpkilərin) tənzimlənməsini əhatə edir. Amerikan modeli üçün dövlət büdcəsinin ümumi milli məhsulda payının 
həddən çox azalması və dövlət büdcəsində sosial xərclərin az hissəyə malik olması xarakterdir. 
Amerikan dövlət tənzimlənməsi, tənzimləmənin minimum həddinə yaxındır. Buraya pulun emissiyası  və 
pulun tədavülünün təşkili ilə əlaqədar dövlətin fəaliyyəti, vergi sistemi vasitəsilə təklif, yə’ni istehsalın həcmi və 
tələb arasında müvazinətin əldə olunması daxildir. Tənzimləmənin minimal həddinə, birgə formada istehlak edi-
lən ictimai əmtəələrin təkrar istehsalının dövlət tərəfindən maliyyələşdirilməsi də (dövlət tədarükü və dövlət 
investisiyası) aiddir. 
 
71


Bazarın liberal modelində dövlət ilk növbədə antiinhisar siyasəti həyata keçirir. Antiinhisar siyasətinin əsas 
istiqamətləri-kartel müqavilələrinin məhdudlaşdırılmasını,  şirkətlərin birləşməsinə maneçilik törədilməsini, 
filialların yaradılmasına imkan verilməməsini əhatə edir. Antiinhisar siyasəti əmək qanunvericiliyi sahələrinə də 
yayılır. İş qüvvəsinin təklifini tənzimləməklə, əmək haqqının və deməli, istehsal xərclərinin səviyyəsinə, mənfəətin, 
istehsalın həcminə  tə’sir etmək vasitəsilə  həmkarlar,  əmək bazarında inhisarçı kimi çıxış edə bilərlər. 
Məşğulluğun səviyyəsinin yüksək olduğu bir vaxtda, əmək haqqının artırılması inflyasiya amilinə çevrilə bilər. 
Eyni zamanda ABŞ üçün tənzimləmənin bank-kredit sistemi vasitəsi ilə deyil, büdcə-vergi sistemi 
vasitəsilə  həyata keçirilməsi xarakterikdir. ABŞ-da tənzimləmənin büdcə-vergi sisteminə üstünlük verilməsi
Almaniyaya nisbətən orada bank sisteminin zəif idarə olunması ilə bağlıdır. Antitsiklik və antiinflyasiya tənzimlən-
məsi əsasən büdcə-vergi siyasəti vasitəsilə, çox nadir hallarda isə bank siyasətilə həyata keçirilir. 
Bazarın  liberal modelində dövlət  əmtəələrin təklifinə  tə’sir göstərir, istehsalın inkişafı isə  təsərrüfat 
subyektlərinin bazar gəlirlərinin artmasına və tələbin inkişafına, investisiya meyllərinin güclənməsinə səbəb olur. 
Ancaq belə bir tə’sir vergilər vasitəsilə  həyata keçirilir. Vergilər istehsal xərclərinin və  mənfəətin səviyyəsinin 
formalaşmasında iştirak edir, bu və ya digər  əmtəələrin artımını  və azalmasını stimullaşdırır. Ona görə  də 
vergidən ödəmələrin başlıca maddəsi gəlir vergisi ilə bağlıdır. Vergilərin çox az hissəsi mənfəətdən  əldə edilən 
vergilərin payına düşür. Mənfəətdən  əldə edilən vergi, vergilərin  ən çevik forması sayılır. O, bazarın hərəkətini 
nəzərə alır, yığıma yönəldilən  mənfəətə  müəyyən imtiyazlar, imkan yaradır. Gəlir vergisi əmək haqqı, divident və 
digər gəlirlər formasında istehlaka yönəldilən gəlirlərdən əldə olunan vergidir. ABŞ-da əlavə dəyər vergisi mü-
sadirə xarakteri daşıdığına görə yoxdur. 
  
§3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli 
 
Sosial yönümlü bazar iqtisadiyyatı  nəzəri-konseptual anlayış olub, Qərbi Almaniyada 40-cı illərin 
axırlarından tətbiq edilən bazar modelinin növüdür. Qərbi Almaniyada ictimai quruluş  rəsmən sosial bazar 
iqtisadiyyatı e’lan edilmişdir. 
 
Bu modelin sosial mahiyyətini, sosial ədalətin və sosial müdafiənin tə’min edilməsi, iqtisadi və sosial 
həyatın humanistləşməsini əks etdirən minimum sosial şəraitin yaradılması təşkil edir. 
Bazar iqtisadiyyatı o vaxt sosial yönümlü ola bilər ki, o, səmərəli olsun. Səmərəli ona görə olur ki, o, sosial 
yönümlüdür. İqtisadi səmərəlilik sosial yönümlüyün əsasıdır. 
Sosial yönümlü bazar iqtisadiyyatı modelinin nəzəri konsepsiyası, alman iqtisadçıları Alfred Müller-
Armak və Lüdviq Erxard tərəfindən işlənib hazırlanmışdır. Lüdviq Erxard 1948-ci ildən, sosial yönümlü bazar 
iqtisadiyyatı modelini Qərbi Almaniyada tətbiq etməyə başlamışdır. Bu səbəbdən sosial yönümlü bazar iqtisadiyyatı 
modelinə çox vaxt alman modeli də deyirlər. Sosial bazar iqtisadiyyatı, radikal bazar iqtisadiyyatı ilə 
mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında olan «üçüncü aralıq yoldur». Sosial bazar iqtisadiyyatına, bir tərəfdən 
iqtisadi azadlığın, digər tərəfdən, sosial dövlət ideyası ilə  əlaqədar olan sosial müdafiə  və sosial ədalət ideya-
larının dövlət hüququ ilə tə’min olunmuş vəhdətinə yönəldilmiş yol kimi baxılır. Azadlıq və ədalət məqsədlərinin 
belə uyğunluğu sosial bazar iqtisadiyyatı anlayışında  əks olunur. Bazar iqtisadiyyatı ancaq o yerlərdə 
məhdudlaşmalıdır ki, orada o, sosial qeyri-məqbul nəticələrə gətirib çıxara bilər.  
Qərbi alman neoliberal məktəbinin banisi Valter Oyken sosial yönümlü bazar iqtisadiyyatı modelinin köklü 
(təməl) və tənzimləyici prinsiplərini işləyib hazırlamışdır. Onun fikrincə, bu modelin təməl (köklü) elementlərinə 
azad rəqabət, sabit valyuta, açıq bazar, xüsusi mülkiyyət, azad müqavilələr, ittifaqlar, birliklər, cavabdehlik, 
ardıcıl iqtisadi siyasət daxildir. Tənzimləyici prinsiplərinə isə inhisarların problemlərinin gəlirlər və yenidən bölgü 
siyasəti, bütün istehsal amilləri nəzərə alınmaqla, iqtisadi hesablama problemlərinin tənzimlənməsi aiddir. 
Almaniyada sosial bazar iqtisadiyyatı modelinin əsasını  rəqabət təşkil edir. Rəqabətin 
məhdudlaşdırılmasını qadağan edən qanun, «Sosial bazar təsərrüfatının  əsas qanunu» adlanır.  İstehsalçılarla 
istehlakçılar arasında, bazarlarda onların hökmranlığını məhdud edən və istehsal amillərinin optimal bölgüsünə 
tə’sir göstərən rəqabət münasibətləri mövcuddur. 
Sosial bazar təsərrüfatı modelində dövlətin iqtisadiyyata müdaxiləsi böyük əhəmiyyət kəsb edir. Neoliberal 
iqtisadçılar liberal iqtisadçılardan, dövlətin iqtisadi proseslərə müdaxiləsinin zəruriliyini müdafiə etməsi ilə 
fərqlənirlər. Neoliberallar qeyd edirlər ki, dövlətin məhz passivliyi üzündən rəqabət pozulur, inhisarlar öz hökm-
ranlıqlarından həddən artıq istifadə edirlər və bunun da nəticəsində iqtisadiyyatda pozucu mənfi hallar baş verir. 
Dövlət həyata keçirdiyi sosial-iqtisadi siyasətində, iqtisadiyyata o vaxt müdaxilə edir ki, bazar mexanizmi 
cəmiyyətdə istehsal amillərinin optimal bölgüsünü və belə bölgünün optimal nəticələrini tə’min etməsin. Dövlət 
eyni zamanda bazar mexanizminin normal fəaliyyətini tə’min edən ümumi şərtləri formalaşdırır. Dövlətin iqtisadi 
siyasət funksiyasına rəqabətin müdafiə və inkişaf etdirilməsi, yə’ni xırda və orta müəssisələrə yardım göstərilməsi, 
iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, təhsilin və elmi tədqiqatların inkişafı, əmək bazarının 
tənzimlənməsi tədbirləri daxildir. Tam və ya qismən dövlət mülkiyyətində olan müəssisələr əhalinin bir çox əm-
təələrə və xidmətlərə olan ictimai tələbatların ödənilməsini tə’min edir. 
Bazarın alman modelində dövlət tənzimlənməsi ABŞ-a nisbətən iqtisadiyyatın daha çox hissəsini  əhatə 
edir və daha geniş dövlət sektoruna əsaslanır. Dövlətin məcmu xərcləri ümumi daxili məhsulun təqribən 50 faizini 
təşkil edir, bu ABŞ-a nisbətən 1,5 dəfə çox, İsveçrəyə nisbətən isə azdır. 
 
 
72


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə