MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

məsi heç də o dəqiqə ona olan tələbi azaltmayacaqdır. Lakin vaxt keçdikcə adamla-
rın bir qismi onun istehlakını azaldacaq və  qəndə olan tələblərini  şəkər tozu və 
yaxud digər müvafiq məhsullarla əvəz edəcəklər. 
 Tələb kimi, təklif də elastikdir, yəni bazarda qiymətin artması və ya azalmasına 
uyğun olaraq təklifin həcmi də yüksəlib  əskilə bilər. Təklifin qiymətlə bağlı 
elastikliyi, yəni qiymətin dəyişməsi nəticəsində  təklifin dəyişməsi aşağıdakı 
əmsalla ifadə olunur: 
 
P
P
Q
Q
E
p
z
Δ
Δ
=
:
. Bu əmsal təklifin (z) qiymətlə bağlı (p) elastikliyini (E) əks et-
dirir. 
Göründüyü kimi, tələbin elastikliyi ilə  təklifin elastikliyi arasında zahiri bir 
oxşarlıq vardır. Fərq yalnız ondan ibarətdir ki
ΔQ
 birinci halda alıcı  tərəfindən 
tələb edilən, ikinci halda isə satıcı tərəfindən təklif edilən məhsulun səviyyəsindəki 
dəyişikliyi əks etdirir. 
Təklifin elastikliyi göstərir ki, bazarda əmtəənin qiymətinin yüksəlməsindən 
əldə edilən gəlir təklif edilən  əmtəənin çoxaldılması üçün çəkilən xərclərdən çox 
olarsa təklif elastik, az olarsa qeyri-elastikdir. 
Tələb kimi, təklifin də elastikliyi səviyyəsinə təsir edən ən mühüm amil, müddət 
amilidir. Həm də müddətin qısa, orta və ya uzun olması ilə  əlaqədar, təklifin də 
elastik olub-olmadığı müəyyən edilir. 
Qısa müddət ərzində təklif əsasən qeyri-elastikdir, yəni bazar qiymətindən asılı 
olmayaraq təklifin həcmini dəyişmək əsasən mümkün deyildir. Məsələn, mağazaya 
satmaq üçün 2 ədəd köynək gətirmiş istehsalçı köynəyə olan tələb nə  qədər 
yüksəlsə də, qısa müddət (məsələn, 1 gün) ərzində 2 ədəddən çox köynək təklif edə 
bilməyəcəkdir. Nəticədə tələbin artması qiymətin də artmasına səbəb olacaqdır. 
Orta müddət (məsələn, 1 ay) ərzində təklif nisbətən elastikdir. Bazarda köynəyə 
yüksək tələblə rastlaşan satıcı əlavə xammal almaq, mövcud dəzgahdan iş saatını 
mümkün qədər uzatmaq və s. hesabına, məhsul təklifini nisbətən artıraraq, 2 
ədəddən, məsələn, 10 ədədə çatdıracaqdır Deməli, bu müddət  ərzində  təklif bir 
qədər artacaq, qiymət isə nisbətən aşağı düşəcəkdir. 
Uzun müddət (məsələn, 6 ay) ərzində  təklif tam elastikdir. Bu müddətdə 
istehsalçı nəinki xammala çəkilən xərci artıracaq, həm də əlavə dəzgah alacaq, işə 
əlavə  işçi cəlb edəcək. Nəticədə köynək təklifini 1 gündə 10 ədəddən 50 ədədə 
çatdıracaqdır. 
Beləliklə, uzun müddət ərzində həm qiymət, həm də təklif artacaqdır. 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 9. QİYMƏT VƏ ONUN ƏMƏLƏGƏLMƏSİ MEXANİZMİ  
 
 
§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin elmi əsasları 
§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri 
§3. Qiymətin növləri 
§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi 
 
65


 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1. 
 «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11. Экономика  переходного  периода / Под  ред.  В.В.     Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
§1. Bazar münasibətləri şəraitində qiymətlərin əmələ gəlməsinin  
elmi əsasları 
 
Bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu 
istiqamətdə formalaşır. Yalnız bazar iqtisadiyyatına keçid, dünya iqtisadi sivilizaciyasına qayıdış respublikamızı 
düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir. Məhz bu baxımdan bazar iqtisadiyyatına keçid 
sürətləndirilməli və onun şərtlərinə düzgün əməl edilməlidir. Bu şərtlərdən biri bazar iqtisadiyyatına uyğun gələn 
qiymət mexanizmi və onun düzgün formalaşdırılmasıdır. 
Qiymət sistemi ən vacib amillərdən biri olub bütövlükdə iqtisadi mexanizmin formalaşdırılmasında və 
fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə  əhali, 
müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət 
istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. Ona görə də qiymət sisteminin düzgün qurulması, 
onun səviyyəsinin elmi əsaslar üzrə müəyyənləşdirilməsi son dərəcə vacib bir məsələdir və bu həmişə iqtisadi 
siyasətin mərkəzi nöqtələrindən biri olmalıdır. 
Qiymət sistemi iqtisadi və sosial inkişafa mənfi və mücbət təsir edə bilər. Bu, qiymət mexanizminin düzgün 
təhlilindən və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. Qiymət elmi əsaslar üzrə qurulmalı və 
əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai-zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında 
məhz ictimai-zəruri əmək dayanmalıdır. İctimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı 
və o, subyektiv amillərdən kənar olmalıdır. Qiymətqoymanın nəzəri əsasını təşkil edən dəyər qanununun tələbi belə-
dir. Bu qanunun obyektiv tələbinə əməl olunmalıdır. Əks halda, bu qanunun tələbindən kənarlaşma neqativ hallara 
gətirib çıxarır. Qiymət stimullaşdırıcı xarakterə malik olmalı  və iqtisadi münasibətlərin düzgün qurulmasında  ən 
 
66


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə