MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

Qiymətlər iqtisadiyyatın informasiya sisteminin əsasını  təşkil etməklə, «informasion» və ya «indikator» 
funksiyasını (bəzən iqtisadi ədəbiyyatda ona resursların optimal bölüşdürülməsi funksiyası da deyilir) yerinə 
yetirirlər. Bu funksiyanın fəaliyyəti optimallaşdırma məsələlərinin həlli zamanı özünü daha qabarıq şəkildə büruzə 
verir. 
Qiymətin  ən vacib, başlıca funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Bu 
funksiyanın mahiyyəti  əmtəə istehsalı  və istehlakına onun həvəsləndirici və ya ləngidici təsirində ifadə olunur. 
Təsərrüfat həyatında qiymətlər bu və ya digər əmtəələrin buraxılışı və istehlakına kömək edər və yaxud əngəl törədə 
bilər. Qiymətin köməyi ilə elmi-texniki tərəqqini, resurs xərclərinə  qənaəti, məhsulun keyfiyyətinin yaxşılaşdırıl-
masını, istehsal və istehlak strukturunun dəyişilməsini stimullaşdırmaq və ya dayandırmaq, ləngitmək olar. Bu 
funksiya qiymətdə artırılmış  mənfəət səviyyəsi, eləcə  də qiymətə edilən  əlavə  və güzəştlərin vasitəsilə  həyata 
keçirilir.  
Qiymətin bölüşdürücü funksiyası, bazar amillərinin təsiri altında qiymətin dəyərdən kənarlaşması ilə əlaqədardır. 
Bu funksiya ondan ibarətdir ki, qiymətlər milli gəlirin (xalis gəlirin) iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar, 
müxtəlif mülkiyyət formaları, regionlar, yığım və istehsal fondları, əhalinin sosial qrupları arasında bölüşdürülməsi 
və yenidən bölüşdürülməsində iştirak edirlər. Belə ki, dəbdəbəli və nüfuzlu əmtəələrə yüksək topdansatış qiymətləri 
sosial fondların formalaşması üçün büdcənin köməyi ilə  əhalinin müəyyən hissəsinin pul gəlirlərinin yenidən 
bölüşdürülməsini təmin edirlər. 
Tələb və təklifin balanslaşdırılması funksiyası onunla ifadə olunur ki, qiymətlər vasitəsilə istehsal və istehlak, 
tələb və təklif arasında əlaqə həyata keçirilir. Təsərrüfatın inkişafı tələb və təklif arasında uyğunsuzluqların aradan 
qaldırılması, qiymətlərin artırılması (aşağı salınması) vasitəsilə, ya da ki, eyni vaxtda hər iki üsulun tətbiqi ilə əldə 
olunur. Bazar münasibətləri, sahibkarlıq və rəqabət inkişaf etdikcə qiymətin bu funksiyası güclənməklə qiymətlərin 
formalaşmasında başlıca rol oynayacaqdır.  
Qiymətin bütün funksiyaları qarşılıqlı əlaqədardır və bir-birinə qarşılıqlı təsir göstərirlər. 
Qiymətəmələgəlmənin prinsipləri dedikdə, bütün qiymətlər sistemi üçün xarakterik olan və onun əsasında duran, 
daimi fəaliyyət göstərən  əsas müddəalar başa düşülməlidir. Qiymətəmələgəlmənin vacib prinsipləri: qiymətlərin 
elmi cəhətdən  əsaslandırılması, onların məqsədyönlülüyü, qiymətəmələgəlmə prosesinin fasiləsizliyi, bu prosesin 
vahidliyi və qiymət intizamına riayət olunmasına nəzarət sayılır. 
 
§3. Qiymətin növləri 
 
İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında 
daim inkişafda olan sistemi əmələ  gətirir. Bu sistem sıx, qarşılıqlı  əlaqədə,  fəaliyyətdə olan ayrı-ayrı bloklardan 
(topdansatış qiymətləri, satınalma qiymətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir. 
Verilən sistemin əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür. 
Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq-
energetika (kömür, neft, qaz, elektrik enerjisi), metallurgiya sahələri aiddir. Belə ki, enerji daşıyıcılarının qiymətləri-
nin dəyişməsi bütün iqtisadiyyat sahələrinin məhsullarının qiymət səviyyəsində öz əksini tapır. Yüngül və yeyinti 
sənaye sahələrinin qiymətlərinə kənd təsərrüfatı məhsullarının qiymətlərinin dinamikası əhəmiyyətli təsir göstərir. 
Vahid sistemə daxil olan müxtəlif qiymət bloklarının yalnız birbaşa deyil, həm də  əks  əlaqələri mövcuddur. 
Qiymətlərin artması müəyyən dövrdən sonra bu sahələrə onların istifadə etdikləri material-texniki ehtiyatların 
(maşın, avadanlıq və s.) bahalaşması formasında qayıdır. 
Qiymət sistemi və onun fəaliyyət göstərdiyi iqtisadi mühit bir-biri ilə  sıx  əlaqədardır. Bu mühiti bazar 
iqtisadiyyatının əsas elementləri, yəni əmtəə istehsalı, rəqabət, mülkiyyətin müxtəlif formaları təşkil edir. 
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir: 
Sabit qiymətlər
 - müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər. 
Cari qiymətlər
 - müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir. 
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər. 
Sürüşkən qiymətlər
 - uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən 
edilir. 
Mövsümi qiymətlər
 - müəyyən vaxt dövründə fəaliyyət göstərirlər. 
Mərhələli qiymətlər
 - əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir. 
Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:  
1. Təsbit edilən qiymətlər - dövlət tərəfindən təyin olunurlar. 
2. Müqavilə qiymətləri - tərəflərin razılığı ilə müəyyən edilirlər. 
3. Tənzimlənən qiymətlər  -  dövlət tərəfindən müəyyən təsir göstərilməklə  tələb və  təklif nisbətləri  əsasında 
formalaşırlar. 
4. Sərbəst qiymətlər - bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə 
yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər. 
 
§4. Bazar iqtisadiyyatı və qiymətlərin dövlət tənzimlənməsi 
 
Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir, ancaq bundan başqa onlara daxili 
və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir. 
 
68


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə