MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

si» adlanır. 
Bir sıra məhsullar bir-birinə münasibətdə  əvəzedici mallar kimi çıxış edirlər. 
Məsələn, kərə yağı, marqarin, mal və qoyun əti və s. bu qəbildən olan 
əmtəələrdəndir.  Əvəzedici məhsullardan hər hansısa birinin qiymətinin digərinə 
nisbətən azalması alıcını  məhz həmin  əmtəəni onun əvəzedicisinə nisbətən daha 
çox istehlak etməyə (almağa) həvəsləndirir, çünki onu əldə etmək daha sərfəli olur. 
İqtisadi ədəbiyyatda həmin hal «əvəzetmənin səmərəsi» adlanır.  
Tələblə bağlı bir-birilə  əlaqədar iki anlayışı, tələbin qiyməti və  tələbin həcmi 
anlayışlarını  fərqləndirmək lazımdır. Bazarda hər hansı bir əmtəəyə olan tələbin 
həcmi hər şeydən əvvəl əmtəənin qiymətindən asılıdır. Əgər alıcı 3 kq alma əldə 
etmək istəyirsə, bu həcmdə olan məhsul qiymətlərin bütün səviyyələrində deyil, 
yalnız müəyyən bir səviyyəsində, məsələn, 100 manat olduqda alıcının tələbini 
ödəyir. Alıcının mənafeyi baxımından bu qiymət onun məhsul üçün verə biləcəyi 
ən yüksək qiymətdir. Beləliklə, alıcının vaxt vahidi ərzində  əmtəənin müəyyən 
kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət - tələbin qiyməti adlanır. 
Bununla bərabər əmtəənin müəyyən qiymətində (məs. 100 manat) alıcının əldə et-
mək istədiyi kəmiyyət (məs. 3 kq alma) tələbin həcmi adlanır. 
Tələbin həcmi yalnız bir amilin təsiri altında formalaşır ki, bu da qiymətdir. 
Tələb qanununa görə əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət 
azalarsa, tələb yüksələcəkdir. 
Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir 
göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər  əmtəələrin qiymətləri, 
alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcıların 
sayı  və s. Bütün bu sadalanan amillər üçün ümumi cəhət ondan ibarətdir ki, 
qiymətin sabit qaldığı şəraitdə bunların təsiri ilə təkcə tələbin həcminin dəyişilməsi 
deyil (çünki bu yalnız qiymətin dəyişməsi nəticəsində baş verir), tələbin özünün də 
dəyişməsi baş verir və yeni keyfiyyət halı kəsb edir.  
Tələbin səviyyəsi ilə bağlı  fərdi tələb, bazar tələbi və  məcmu tələb anlayışları 
bir-birindən fərqləndirilməlidir. 
Fərdi tələb dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən 
səviyyəsində  hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Məsələn,  əgər 
bazarda almanın  kq-ı 2000 manat olarsa, 1-ci alıcı həmin qiymətə 2 kq, 2-cisi 3 
kq, 3-cüsü isə 4 kq almaq arzusuna və imkanına malikdir. 
 Bazar tələbi dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən 
səviyyəsində (məs., 2000 manat) alma almaq istəyən bütün alıcıların fərdi 
tələblərinin məcmusu (2+3+4=9) başa düşülür. 
Məcmu tələb dedikdə isə  cəmiyyət miqyasında bütün növdən olan əmtəə  və 
xidmətlər bazarında iştirak edən bütün alıcıların: fərdlərin, müəssisələrin 
(firmaların), hökumətin qiymətlərinin hər hansı bir səviyyəsində formalaşan 
tələbinin həcmi başa düşülür. 
 
§2. Təklifin mahiyyəti və ona təsir göstərən amillər 
 
Bazar iqtisadiyyatının yuxarıda qeyd etdiyimiz kimi əsas kateqoriyalarından biri 
də təklifdir. Təklif dedikdə, satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni 
 
60


müəyyən qiymətə, müəyyən kəmiyyətə satmaq arzusu və imkanı başa düşülür. 
Təklif istehsalla sıx bağlı olsa da, bu kateqoriyalar həm öz iqtisadi məzmununa, 
həm də həcminə görə bir-birindən fərqlənirlər. İstehsal bilavasitə maddi nemətlərin 
yaradılma prosesini ifadə edən kateqoriyadır, təklif isə  əsas etibarı ilə mübadilə, 
bazar münasibətlərini xarakterizə edir. Təklif öz həcmi etibarı ilə adətən 
istehsaldan azdır. Belə ki, istehsal edilmiş  əmtəələr daxili bazardan kənar is-
tehlakçılar, ehtiyatların tamamlanması  və ixrac üçün nəzərdə tutulur. Təklif 
dialektik xarakterə malik olub, daim hərəkətdədir.  
Təklifin səviyyəsi təklif qanununun təsiri altında formalaşır. Bu qanuna görə 
əmtəə üçün alıcılar tərəfindən təklif edilən qiymət nə  qədər yüksək olarsa, satıcı 
bazara bir o qədər çox məhsul çıxarmaqda maraqlı olacaqdır. Başqa sözlə desək, 
təklif qanunu məhsulun qiyməti ilə onun təklifi arasında düz mütənasiblik oldu-
ğunu göstərir. 
 
à ì àí àòëà 
10
8
6
4
2
0
  1               
2
  3   
4             
5
Ò ÿäÿäëÿ 
 
 
Şəkil 2. Təklifin qrafiki.  
Q - qiymət; T - təklifin kəmiyyəti. 
 
Tələb qanunu kimi təklif qanununun da fəaliyyətini Cədvəl 4-dəki kimi ifadə 
edə bilərik. 
Cədvəl 4 
Qiymət 
10




Təklifin həcmi 





 
Tələb kimi, təklifin də formalaşmasına 2 qrup amil: birincisi, qiymət amili
ikincisi isə əmtəənin qiyməti ilə bağlı olmayan qeyri-qiymət amilləri təsir edir. 
Təklif qanununa uyğun olaraq qiymət dəyişərkən bazara çıxarılan  əmtəənin 
həcmi də dəyişir, yəni qiymət yüksək olarsa təklifin həcmi artır, əksinə olarsa isə 
azalır. 
Təklifin özünün dəyişməsi qeyri-qiymət amillərinin təsiri altında (qiymət 
dəyişməz qalmaq şərti ilə) baş verir. 
Təklifin dəyişməsinə səbəb olan qeyri-qiymət amilləri aşağıdakılardan ibarətdir. 
- Məhsul istehsalına çəkilən iqtisadi resursların qiyməti.  
- İstehsalın texnologiyası.  
- Dövlət vergilərinin həcmi. 
- Satıcıların sayı.  
 
61


- Məhsulun qiyməti ilə bağlı gözləmələr.  
Hər bir əmtəə istehsalçısının konkret bazarda təklif etdiyi məhsul onun fərdi 
təklifini, fərdi təkliflərin məcmusu isə  həmin məhsul üçün bazar təklifini təşkil 
edir. 
Bazar təklifi anlayışını  məcmu təklif anlayışından fərqləndirmək lazımdır. 
Məcmu təklif dedikdə, təkcə konkret əmtəə bazarında deyil, ölkənin hər növdən 
olan bütün bazarlarında qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, 
müəssisələr və hökumət tərəfindən təklif edilən  əmtəə  və xidmətlərin məcmusu 
başa düşülür. 
 
§3. Tələb və təklifin tarazlığı 
 
Tələb və  təklifin qarşılıqlı  təsiri və  əlaqəsi nəticəsində bazar mexanizminin ən 
vacib ünsürü olan bazar qiyməti  əmələ  gəlir. Tələb və  təklif arasında tarazlıq 
səviyyəsinə uyğun qiymət, tarazlıq qiyməti adlanır (Bax: Şəkil 3).  
Tarazlığın səviyyəsi və qiyməti göstərir ki, bazarda bir-birinə qarşı əks qüvvələr 
kimi çıxış edən tələb və  təklifin səviyyələri uyğunlaşmışdır, yəni istehsalçıların 
satmaq istədikləri  əmtəələrin kəmiyyəti və qiyməti ilə istehlakçıların  əldə etmək 
istədikləri  əmtəələrin kəmiyyəti və qiyməti bir-birinə uyğundur. Belə bir tarazlıq 
şəraitində bir-birinə qarşı çıxış edən bütün bazar amillərinin təsiri heçə enir, onlar 
arasında sanki həmrəylik yaranır, real bazar qiyməti tarazlıq qiymətinə  bərabər 
olur. Əgər bazarda hər hansı bir əmtəənin real qiyməti tarazlıq qiymətindən yüksək 
olarsa, təklifin «artıqlığı» yaranacaq. Bu onunla əlaqədardır ki, yüksək qiymət 
şəraitində istehsalçılar bazara daha çox mal çıxarmaq istəyəcək, alıcılar isə həmin 
məhsuldan az almağa çalışacaqlar. Belə bir vəziyyət istehsalçıları  məhsulun 
qiymətini aşağı salmağa və istehsalını azaltmağa məcbur edəcək. Qiymətin aşağı 
düşməsi öz növbəsində alıcıları  həmin maldan daha çox almağa sövq edəcək və 
onların tələbi artacaqdır. Qiymətin təklif xətti boyunca aşağı düşməsi, tələbin 
səviyyəsinin isə öz xətti boyunca artması prosesi, onların tarazlıq qiymətində gö-
rüşməsinə qədər davam edəcək və beləliklə, tarazlıq səviyyəsi təmin ediləcək. 
 
àì àí àòëà 
10
8
6
4
2
0
  1               
2
    3 
4             
5
Ò ÿäÿäëÿ 
 
 
Şəkil 3. Tarazlığın qrafiki.  
Q -qiymət; T -tələb və təklifin kəmiyyəti. 
 
Başqa bir halda real bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa «tələbin 
 
62


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə