MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

Bazar mexanizmi ilə dövlət tənzimlənməsi arasındakı nisbət ədalətli bölgü prinsiplərinə və iqtisadi resurslardan 
səmərəli istifadə edilməsinə nail olunması üçün optimal olmalıdır. Bu metodlar bir-birinə zidd deyil, əksinə biri-
digərini tamamlayır. 
Bazarın sosial-demokrat modelində dövlət öz vəsaitlərini, iş qüvvəsinin təkrar istehsalını tə’min edən dövlət 
sektoru müəssisələrinə qoyur. Buraya təhsil, səhiyyə və bir sıra sosial sfera sahələri daxildir. Bu modeldə işçilərin 
ixtisaslarının artırılmasına və yenidən hazırlanmasına xüsusi fikir verilir. Əsas ağırlıq işsizliyə görə müavinətlərin 
verilməsi üzərinə deyil, işçilərin ixtisaslarının artırılmasına düşür. 
Digər bazar modellərindən fərqli olaraq, İsveç bazar modelində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan 
fəhlələrin əmək haqları arasındakı fərq o qədər böyük deyil. 
Bazar iqtisadiyyatının sosial-demokrat modelində bir tərəfdən, məşğulluğun müdafiəsi ilə sosial 
proqramların həyata keçirilməsi arasında, digər tərəfdən isə yüksək artım tempinə nail olunması, səmərəliliyin 
yüksəlməsi ilə inflyasiyaya qarşı mübarizə arasında ziddiyyətlər mövcuddur. 
 
§5. Azərbaycan üçün bazar iqtisadiyyatı 
modelinin seçilməsi 
 
Planlı  təsərrüfatdan bazara keçid dövründə, bazar iqtisadiyyatının hansı modelindən təcrübədə istifadə 
edilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. 
Bazara keçidin ilk dövrlərində Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə 
edilməsinə daha çox üstünlük verilirdi. İnflyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan 
monetarizm siyasəti dövlətin iqtisadiyyata ən az və ehtiyatla müdaxilə etməsini nəzərdə tutur. Monetarizm-
iqtisadiyyatda pul amillərinin mühüm rol oynamasını göstərən stabilləşdirmə  nəzəriyyəsidir. Monetaristlər 
iqtisadiyyatın tənzimlənməsini hər  şeydən  əvvəl pulun həcmi, emissiyası, tədavüldə  və ehtiyatda olan pulun 
miqdarı üzərində dövlətin nəzarətində görürlər. İqtisadi islahatların ilk illərində bir çoxları göstərirdilər ki, bazar 
öz-özünə iqtisadiyyatın bütün problemlərini həll etməyə, disproporsiyaları aradan götürməyə, struktur dəyişiklik-
lərini həyata keçirməyə qadirdir. Buna görə  də iqtisadiyyatın nəinki həddən artıq dövlətləşməsinin qarşısını al-
maq, hətta dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək lazımdır. Dövlətin iqtisadi siyasətində belə 
bir kursun həyata keçirilməsi nəticəsində, mövcud olan pulsuz təhsil və səhiyyə sistemi tədricən aradan qaldırılır 
və bu sahələrdə kommersiya prinsiplərindən geniş istifadə edilməsinə başlanılırdı. Sosial-siyasət isə əhalinin ən 
kasıb və ən aşağı səviyyədə yaşayan hissəsinə kömək edilməsinə yönəldilirdi.  
Hələ o dövrdə göstərildi ki, Azərbaycan reallığı üçün amerikan (liberal) modelinin istifadə edilməsi qeyri-
mümkündür və sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına doğru addımlar atılması məqsədəuyğundur.  
Liberal bazar modelinin fərqləndirici me’yarlarından biri olan dövlətin iqtisadiyyata müdaxilə etməməsi və 
ya məhdud dərəcədə müdaxilə etməsi bizim ölkə üçün bir çox cəhətlərə görə məqsədəuyğun deyil. Əvvəla, bazara 
keçid iqtisadiyyatı şəraitində dövlətin tənzimləyici rolu, artıq bərqərar olmuş bazar iqtisadiyyatına nisbətən yüksək 
olmalıdır. Belə ki, keçid dövründə iqtisadiyyatda özəlləşdirmə prosesi həyata keçirilir, bazar infrastrukturu yaradılır, 
yeni qiymət sistemi formalaşır. Bundan əlavə, iqtisadiyyatda struktur dəyişiklikləri baş verir. Bütün bu 
proseslərin həyata keçirilməsində dövlətin tənzimləyici rolu böyükdür.  
Beləliklə, bazar iqtisadiyyatının amerikan modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ən’ənələrimiz, 
xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri-mümkündür. Deməli, 
Azərbaycanda amerikan (liberal) bazar modeli tətbiq edilə bilməz. 
Bu onu göstərir ki, Azərbaycan üçün bazar iqtisadiyyatının modelini seçərkən alman və ya İsveç 
modellərindən istifadə edilməlidir. Belə baxdıqda üstünlük İsveç modelinə verilə bilər, çünki bu model daha çox 
bizim xalqımızın mentalitetinə uyğun gəlir (ümumilik, kollektivlik, sosial tələbatların çox hissəsinin pulsuz döv-
lət hesabına ödənilməsinə  vərdiş edilməsi).  İsveç modeli üçün xarakterik olan sosial ehtiyacların ödənilməsi 
məqsədilə əldə olunan gəlirlərin yenidən bölüşdürülməsi bizim əhalinin əksər hissəsi tərəfindən böyük ruh yük-
səkliyi ilə qarşılanardı.  
İsveç modelinin üstünlükləri ilə yanaşı, onun çatışmayan cəhətləri də vardır. Əgər 50-60-cı illər İsveçin inki-
şafı üçün əlverişli sayılırdısa, artıq 70-80-cı illərin böhranlı dövründə ümumi milli məhsulun artımının azalması, 
sənaye məhsulunun aşağı düşməsi müşahidə olunurdu. İstehsalın aşağı düşməsi, tə’diyə balansının pisləşməsi uzun 
illər ərzində dövlət büdcəsinin kəsirli olmasına səbəb olmuşdur. 1982-ci ildə bu kəsir ümumi milli məhsulun artıq 
15 faizini təşkil edirdi. 
İsveç iqtisadiyyatının sosial yönümlüyünün artması iş qüvvəsinin baha və ölkədə istehsal olunan əmtəələrin 
qiymətlərinin yüksək olmasına səbəb olmuşdur. Transfert ödəmələrin geniş  tətbiq edilməsi  əhalinin sosial 
müdafiəsi üçün büdcədən yüksək vəsaitlərin ayrılmasını tələb edir ki, bu da vergilərin artırılmasına tə’sir göstərir. 
Bütün bunlar xərclərin, ixrac edilən  əmtəələrin və xidmətlərin qiymətlərinin bir neçə  dəfə yüksəlməsinə  səbəb 
olmuşdur. Bunun nəticəsində  İsveç müəssisələrinin dünya bazarlarında rəqabət aparması  çətinləşmişdir. Bu da 
ixracın azalmasına, sənaye istehsalının həcminin aşağı düşməsinə tə’sir göstərmişdir. 
Beləliklə, həm əmək haqqı, həm də müxtəlif sosial ödəmələr hesabına yüksək həyat səviyyəsinə nail olmaq 
xərclərin artmasına, qiymətlərin yüksəlməsinə, dünya bazarlarında  əmtəələrin və xidmətlərin  rəqabət  
qabiliyyətinin azalmasına gətirib çıxartmışdır. Müasir dövrdə İsveç iqtisadiyyatının səmərəliliyi aşağı düşür. Bu, 
mənfəətin böyük hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sahibkarlıq fəaliyyətinin stimullaşmasının aşağı 
düşməsi və sosial ehtiyacların ödənilməsinə yönəldilən vəsaitlərin artması nəticəsində, investisiyalara sərf oluna 
 
74


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə