MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

tunellər, yollar, gəmi tərsanələri və s; səhiyyənin infrastrukturuna - xəstəxanalar, 
poliklinikalar, tibbi diaqnostika mərkəzləri və s; tədrisin infrastrukturuna - ali və 
orta ixtisas məktəbləri və s. aid edilirlər.  
Bütövlükdə infrastrukturun məzmunu haqqında deyilənlər bazar 
iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu 
anlayışına da aiddir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi 
quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri  şərait 
yaradan tərkib hissəsi başa düşülür. 
Mə’lumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa 
malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından 
biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi 
nəticəsində yaranır və özünə aşağıdakıları daxil edir: istehlak şeyləri bazarı, əmək 
bazarı, elmi-texniki yeniliklər bazarı  və s. Bazar iqtisadiyyatı  şəraitində bu 
bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli 
qarşılıqlı  əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və 
onun vasitəsilə həyata keçirilir.  
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün 
zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar 
iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir. 
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta 
və  əmək birjaları, lizinq kampaniyaları, banklar, auksionlar, yarmarkalar və s. 
çıxış edirlər. 
 
§2. Birja və onun növləri 
 
İnkişaf etmiş  Qərb ölkələrinin təcrübəsi bazar iqtisadiyyatı  şəraitində 
birjaların mühüm rol oynadığını sübut edir. Birjaların əsas vəzifəsi iqtisadiyyatı 
yalnız xammal, kapital və ya xarici valyuta ilə  tə’min etmək deyil, o əmtəə, 
kapital, valyuta və  iş qüvvəsi bazarlarının işini qaydaya salmalı, onların normal 
fəaliyyətini təşkil etməlidir. 
Birja dedikdə, (latınca «bursa» - sözündən olub pul kisəsi deməkdir) 
əmtəələrin alqı-satqı prosesi ilə  məşğul olan bazarın təşkilati forması başa 
düşülür. Bununla belə birja, bazarın digər növlərindən fərqli olan bir sıra 
xüsusiyyətlərə malikdir. Məsələn, birjada alqı-satqı  əməliyyatları bilavasitə 
istehsalçı və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və 
təklifi mərkəzləşdirmiş vasitəçilər - ticarət agentləri, dəllallar və s. vasitəsilə hə-
yata keçirilir. Birjalar bazarın digər növlərindən (məsələn, yarmarkadan, 
auksiondan) fərqli olaraq daim fəaliyyət göstərir. Onun öz daimi iş yeri və iş saatı 
vardır. Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfin hesabına ya dərhal
ya da ki, müəyyən müddətdən sonra köçürülə bilər.  İkinci halda, birjada satılan 
məhsul dərhal sahibini dəyişib alıcının sərəncamına daxil olsa da, onun haqqı 
tərəflər tərəfindən razılaşdırılmış müddətdə ödənilir. Həm də bu zaman alınmış 
əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla (səviyyə 
ilə) hazırkı (faktiki) kurs arasındakı fərq tərəflərdən biri tərəfindən də ödənilir. 
Birjada alqı-satqı  əməliyyatları buranın üzvü olub, vasitəçi rolunda çıxış 
 
77


edən brokerlər və dilerlər tərəfindən həyata keçirilir. Hər şeydən əvvəl göstərmək 
lazımdır ki, birjada vasitəçi rolunda çıxış etmək üçün orada yer almaq lazımdır. 
Birjada yerin kəmiyyəti məhduddur (məsələn, Nyu-York birjasında 1366 yer var) 
və onun qiyməti tələb və təklifin tə’siri altında formalaşır. 
Broker birjanın hər bir növündə:  əmtəə, qiymətli kağızlar və valyuta 
birjasında vasitəçilik edən şəxsdir. Broker ona almaq və satmaq tapşırığı verənin 
adından və onun hesabına fəaliyyət göstərir, vasitəçiliyə görə müəyyən gəlir 
(brokerc) əldə edir. 
Diler dedikdə, fond birjasının üzvü olan ayrıca şəxs, firma başa düşülür. Əgər 
broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə  də  mənfəət götürürsə
diler həm də sonradan daha baha qiymətə satmaq məqsədi ilə qiymətli kağızlar 
alır. Bundan əlavə, dilerlər bir-birilə, brokerlərlə, bilavasitə alıcı və ya satıcılarla 
sövdələşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler 
simasında çıxış edə bilərlər. Birjaların qeyd edilən üzvlərindən başqa dünyanın 
bəzi fond birjalarının özünə  məxsus üzvləri də vardır. Buna misal olaraq Nyu-
York birjasında mütəxəssisləri (yalnız müəyyən qiymətli kağızlar ilə ticarət aparır-
lar), London birjasında cobberləri (alqı-satqı  əməliyyatlarını yalnız brokerlərlə 
aparırlar) göstərmək olar. Bundan əlavə demək olar ki, hər birjada dövlət 
brokerləri (yalnız dövlətin qiymətli kağızları ilə ticarət  əməliyyatları aparanlar), 
bəzi birjalarda isə  əməliyyat dəllalları (brokerlərin tapşırıqlarını yerinə yetirib 
buna görə haqq alanlar) fəaliyyət göstərirlər. 
Birjaların fəaliyyətində onların adı  çəkilmiş üzvlərinin (brokerlərin, dilerlərin 
və s.) rolu çox böyükdür. Belə ki, onlar çox vaxt öz əllərində əmtəəyə olan tələb 
və  təklifi cəmləşdirir və bunun  əsasında qiymətli kağızların kursunu 
müəyyənləşdirirlər. 
Birjada keçirilən əməliyyatlar ya onu təşkil edənin, ya da ki, müvafiq dövlət 
idarəsinin nəzarəti altında baş verir. Birjada qiymətlərin səviyyəsinə təsir etmək 
məqsədilə iri həcmli sövdələşmələr aparmaq, sün’i surətdə birja kursunun 
səviyyəsinin enməsi və qalxmasına təsir edə biləcək  şayiələr buraxmaq qəti 
qadağandır.  Hər bir ölkədə birjanın normal işini sün’i surətdə pozan halların 
tədqiqi ilə birja ticarəti qaydaları üzrə komitə  və yaxud buna uyğun digər 
təşkilatlar məşğul olur, günahkarlar ciddi (cərimə ödəməklə, hətta azadlıqdan 
məhrum edilməklə  və s.) cəzalandırılır. Birjanın işində alıcı  və satıcı simasında 
iştirak edən bütün tərəflər birja tərəfindən görülən xidmətlər üçün uyğun ödənclər 
verirlər. Bundan əlavə, birjada yer almaq üçün verilən haqq, bağlanmış 
sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir. 
Birjanın əmtəə, fond, valyuta, əmək birjaları kimi növləri vardır. 
Əmtəə birjasında alqı-satqı  əməliyyatları nümunələr və standartlar əsasında 
topdansatış formasında (yəni iri həcmlərlə) həyata keçirilir. Birjanın yerinə 
yetirdiyi  əməliyyatlara ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik 
etmək, satılmağa təklif edilən əmtəələrin əvvəlcədən ekspertizasını (müayinəsini) 
keçirmək, alqı-satqı ilə bağlı  əməliyyatları sür’ətləndirmək və sadələşdirmək, 
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsulun qiyməti, faydalı 
xüsusiyyətləri haqqında məlumatları yaymaq və s. daxildir. Əmtəə birjasında 
ticarət  əməliyyatları onun ümumi yığıncağı  tərəfindən təsdiq edilmiş ticarət 
 
78


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə