MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

sonra həmin əmlakın qalıq dəyərini ödəməklə onu öz mülkiyyətinə çevirir. 
Lizinq xidməti bu prosesdə  iştirak edən bütün tərəflər üçün: istehsalçılar, 
lizinq kampaniyaları  və istehlakçılar üçün çox sərfəlidir.  İstehsal vasitələrinin 
istehsalçıları üçün öz məhsullarını lizinq kampaniyalarına verilməsinin aşağıdakı 
müsbət cəhətləri vardır: reklam, bazarın təhlili, alıcının tapılması ilə bağlı 
xərclərin azaldılması, qənaət edilmiş  vəsaitin istehsal vəzifələrinin həllinə 
yönəldilməsi, istehal edilmiş məhsulun möhkəm satış bazarının olması və s. 
Lizinq kampaniyasının mənfəətinə daxildir: əmlakın icarəçiyə verilməsi ilə 
bağlı xidmətlər üçün verilən haqq, istehsalçıdan onun məhsulunu iri həcmdə aldığı 
üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın 
satılmasından götürülən gəlir və s. 
İstehlakçının (icarəçinin) mənfəəti aşağıdakılardan ibarətdir: avadanlığın 
icarəsinin onun birdəfəlik alınmasından ucuz başa gəlməsi, istehsal vasitəsinin 
bütün iş müddəti  ərzində ona müəyyən formada yüksək keyfiyyətli xidmətin 
göstərilməsi. Bundan əlavə, bir çox hallarda işə başlamaq istəyən  şəxsin bankdan 
kredit götürməsi üçün heç bir təminatı olmasa və buna görə  də bank ona kredit 
verməzsə, avadanlığın icarəyə götürməsi öz şəxsi işinə başlamağın və 
genişləndirməyin yeganə vasitəsi olur. 
Bazar infrastrukturunun vacib ünsürlərindən biri də  sığorta  şirkətləridir. 
Onlar ölkənin iqtisadi sistemində mühüm yer tutan bazarlardan birinin - maliyyə 
bazarının tərkib hissəsi olan sığorta bazarının təşkilati forması kimi çıxış edirlər. 
Sığorta bazarı maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir, çünki 
burada  bazar münasibətlərinin obyekti kimi spesifik bir əmtəə: alqı-satqı 
əməliyyatlarının iştirakçılarına göstərilən sığorta xidməti çıxış edir. Bazar 
ölkələrində dövlət, səhmdar və ya özəl sığorta şirkətləri tərəfindən göstərilən bu 
xidmətlər öz müştərilərinin sığorta müdafiəsini təmin etməyə yönəlmişdir. 
Sığorta  şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edən  əsas 
amillərdən biridir. İş ondadır ki, bir sıra hallarda iqtisadiyyatın müxtəlif 
sahələrinə gözlənilməz hadisələr nəticəsində müxtəlif dərəcəli ziyanlar dəyir. 
Belə bir vəziyyətdə  sığorta  şirkətlərinin  əsas vəzifəsi sığorta fondundan verilən 
vəsait hesabına təsərrüfat subyektlərinin müdafiəsini həyata keçirməkdən, onlara 
dəyən zərəri qismən və ya tam ödəməkdən, beləliklə  də iqtisadiyyatın normal 
fəaliyyəti üçün zəruri sabitliyi təmin etməkdən ibarətdir. 
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı  şəraitində  sığorta xidməti ilə 
sahibkarlıq fəaliyyəti arasında sıx əlaqə mövcuddur ki, bu da axırıncının daim risk 
şəraitində baş verməsindən, risklə müşayiət olunmasından doğur. Məlumdur ki, 
işgüzar fəaliyyət qarşısında dayanan cari və strateji məqsədlərə nail olmaq üçün 
sahibkarlar yeni-yeni vasitələr və metodlar axtarır, müxtəlif yeniliklər tətbiq edir
nəticəsi çox vaxt  əvvəlcədən mə’lum olmayan iqtisadi qərarlar qəbul edirlər. 
Bizneslə bağlı bu iqtisadi qərarların reallaşması  nəticəsində isə sahibkarlıq 
fəaliyyəti ya öz iqtisadi imkanlarını artıraraq yeni inkişaf pilləsinə qalxır, ya da 
ki, qarşıya qoyulmuş  məqsədə çatmayaraq gözlənilən mənfəətin bir hissəsindən 
və yaxud hamısından məhrum olur. Bəzi hallarda isə bu iqtisadi qərarlar nəinki 
onlara yönəldilmiş  vəsait qoyuluşlarını  təmin etmir, hətta işgüzar fəaliyyətin 
davam etdirilməsini belə  şübhə altına alır. Belə bir şəraitdə  sığorta  şirkətlərinin 
 
83


fəaliyyəti sahibkarlıqla bağlı iqtisadi qərarların həm son nəticələrinin (məs., 
mənfəətin gözlənilən səviyyəsinin), həm də qarşıya qoyulmuş  məqsədə çatmağa 
xidmət edən müxtəlif amillərin (məsələn, yeni texnikanın və texnologiyanın) mü-
dafiəsinə yönəlmişdir. Başqa sözlə desək, sahibkarlığın sığortalanması sayəsində 
gözlənilməz hadisələrdən qorunmaq üçün zəmanət yaranır. 
Beləliklə, biz bazar infrastrukturunun məzmunu və onun müxtəlif tərkib 
hissələrini nəzərdən keçirdik. Əlbəttə, bazar infrastrukturunun tərkib hissələri bu 
deyilənlərlə bitmir. Yuxarıda göstərilənlərdən  əlavə buraya həmçinin müxtəlif 
banklar (bu barədə  dərsliyin başqa hissəsində  ətraflı  məlumat verilir), audit, 
reklam, informasiya xidməti göstərən müxtəlif  şirkətlər, ticarət evləri və s. aid 
edilir. Bütün bunları birləşdirən əsas cəhət odur ki, onlar bazar sisteminin normal 
fəaliyyətinin təmin olunmasına xidmət edirlər. 
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid mərhələsində olan 
respublikamızda bu sahədə artıq bir sıra işlər görülmüşdür. Buraya, hər  şeydən 
əvvəl, bazar infrastrukturunun hüquqi bazasının yaradılmasını aid etmək olar. 
Belə ki, bu gün Azərbaycanda  əmtəə  və fond birjalarının, bankların, audit və 
sığorta işinin və s. tənzimlənməsi ilə əlaqədar qanunlar qəbul edilmiş, onların fəa-
liyyətini həyata keçirən bir sıra təşkilati strukturlar yaradılmışdır. İndi isə başlıca 
vəzifə onların qanunvericilik və bazar iqtisadiyyatının tələbləri əsasında səmərəli və 
qarşılıqlı fəaliyyətinə nail olmaqdır. 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 12. RƏQABƏT VƏ İNHİSAR 
 
§1. Rəqabətin mahiyyəti və bazar iqtisadiyyatının inkişafında onun rolu 
§2. Rəqabətin tipləri və modelləri 
§3. İqtisadiyyatda inhisarçılıq. İnhisar formaları 
§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri. Antiinhisar (antitrest) 
qanunvericiliyi 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1. 
«İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
 
84


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə