MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

qaydalarına uyğun aparılır. Konkret olaraq buraya sövdələşmələrin aparılması 
üsulları,  əqdlərin növləri, onların qeydə alınması  və uçotu qaydaları,  əmtəələrə 
məzənnə qoyulması qaydası, birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar və 
s. öz əksini tapır. 
Birja öz fəaliyyətini birja ticarəti iştirakçılarının (brokerlərin, dilerlərin və s.) 
hüquq bərabərliyinin təmin edilməsi, sərbəst (bazar) qiymətlərinin tətbiqi, birja 
ticarətinin aşkarlığı prinsipləri  əsasında həyata keçirir. Əmtəə birjasının bütün 
üzvləri onun nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, onun ali ida-
rəetmə orqanı olan ümumi yığıncağın, habelə birja komitəsinin qərarlarına  əməl 
etməli, birjanın nəzarət orqanlarına vaxtında və zəruri mə’lumatları verməlidirlər. 
Birjanın üzvləri həmçinin onun fəaliyyəti haqqında məxfi mə’lumatları  və 
kommersiya sirrini yaymağa görə mə’suliyyət daşıyırlar. 
Fond birjası dedikdə, qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) alqı-
satqısının həyata keçirildiyi bazar başa düşülür. Fond birjalarının başlıca vəzifəsi 
qiymətli kağızların normal tədavülünün təmin olunmasından, onların 
məzənnəsinin müəyyənləşdirilməsindən və  aşkarlandırılmasından, beləliklə  də 
qiymətli kağız bazarının iştirakçılarına lazımi  şərait yaratmaqdan və onların 
fəaliyyətini tənzimləməkdən ibarətdir. Lakin müasir bazar iqtisadiyyatının 
quruluşunda fond birjası daha yüksək - xalq təsərrüfatı əhəmiyyətinə də malikdir. 
Belə ki, sənayenin, kənd təsərrüfatının, ticarətin və xalq təsərrüfatının bir sıra 
digər sahələrinin inkişafına kapital qoyuluşları üçün zəruri olan pul vəsaiti fond 
birjaları vasitəsilə səfərbərliyə alınır. 
Fond birjalarında qiymətli kağızların alveri onlara olan tələb və təklifin təsiri 
altında tez-tez dəyişən birja kursu əsasında həyata keçirilir. Öz növbəsində həmin 
kursun səviyyəsinə qiymətli kağızlardan götürülən gəlirin (dividentin) və borc 
faizinin həcmi təsir göstərir.  
Fond birjaları bazar iqtisadiyyatının  ən  əsas barometri rolunu oynayır. 
İqtisadiyyatın inkişafı dövründə qiymətli kağızların kursu əsasən yüksəlir
tənəzzül, durğunluq və iqtisadi böhran zamanı isə aşağı düşür. Bundan əlavə, birja 
kursunun qalxıb-enməsi təkcə iqtisadi şərait üzündən yox, siyasi səbəblərdən də 
(müharibə, hakimiyyət böhranı və s.) baş verə bilər. 
Hazırda dünyada təqribən 200 fond birjası fəaliyyət göstərir ki, bunlardan da 
aparılan  əməliyyatların miqyasına görə  ən iriləri və  məşhurları Nyu-York, 
London, Tokio, Frankfurt birjalarıdır. 
Bazar iqtisadiyyatı əsasən açıq iqtisadiyyat və azad sahibkarlıq prinsiplərinə 
əsaslandığına görə mövcud olan bütün fond birjaları bir-birilə qarşılıqlı  əlaqə  və 
qarşılıqlı təsir halında fəaliyyət göstərirlər. 
Bazar iqtisadiyyatı  şəraitində ölkələrarası valyuta ticarətinin  əsas hissəsi 
banklar arasında, ölkə daxilində isə banklarla qeyri-bank müəssisələri arasında 
aparılır. Bununla belə bu ölkələrdə valyuta ticarətinin bir hissəsi valyuta 
birjalarının payına düşür və bu birjalarda uyğun tələb və  təklifin müəyyən bir 
hissəsi ifadə olunur. Lakin qeyd etmək lazımdır ki, bir çox ölkələrdə valyuta bir-
jası vasitəsilə aparılan ticarətin payı heç də çox deyildir. Məsələn, Qərbi 
Almaniyada (birləşməmişdən  əvvəl) 4 valyuta birjasının olmasına baxmayaraq, 
burada valyuta ticarətinin cəmisi 10 faizi mərkəzləşmişdir. Valyuta birjasında 
 
79


aparılan ticarət valyuta kursu əsasında, yəni iki bir-birindən fərqli pul 
vahidlərinin mübadilə nisbəti əsasında həyata keçirilir. 
Valyuta kursunun formalaşmasına ölkənin tə’diyə balansının vəziyyəti və 
inkişafı böyük tə’sir edir. Mə’lumdur ki, tə’diyə balansı  əsasən idxalla-ixracın 
nisbəti ilə müəyyən edilir, lakin kapitalın hərəkəti və xidmətlərin mübadiləsi 
ticarət balansının qeyri-sabitliyini müəyyən qədər pozur. Bundan əlavə, valyuta 
kursunun formalaşmasına dövlətin iqtisadi siyasəti də xeyli tə’sir edir.  
Valyuta birjalarının mövcud olduğu ölkələrdə (heç də bütün ölkələrdə belə 
birjalar yoxdur) valyuta bazarında həm azad, həm də rəsmi valyuta kursu fəaliyyət 
göstərir. Rəsmi kurs əsasında dövlətin bütün valyuta əməliyyatları həyata keçirilir. 
Bu kurs həm də valyuta birjalarının iş saatından kənar vaxt ərzində  də  həyata 
keçirilən bütün valyuta əməliyyatları üçün əsas me’yar sayılır. 
 Valyutanın azad kursu banklararası valyuta ticarəti sahəsində  tələb və 
təklifin təsiri altında yaranır. Bu kurs bankın tədiyə qabiliyyətindən, onun 
vəsaitinin dövretmə xüsusiyyətindən, banklararası  işgüzar münasibətlərin 
xarakterindən asılı olur. Lakin bununla belə burada da həmin kursun əsas bazasını 
birjada formalaşan rəsmi kurs təşkil edir. Başqa ölkələrin pul vahidləri ilə mü-
qayisədə götürülən valyuta kursu birjalarda tam ədədin mində bir hissəsinə qədər 
dəqiqliklə müəyyən edilir. 
Bazar iqtisadiyyatı ölkələrində  iş qüvvəsi bazarı bir qayda olaraq dövlətə 
məxsus olan əmək birjaları vasitəsi ilə ifadə olunur. Hələ XIX əsrin əvvəllərində 
yaranan bu birjalardan məqsəd öz iş qüvvəsini satmaq istəyən  şəxslə sahibkar 
arasında alqı-satqı prosesində vasitəçilik etməkdən ibarətdir. Hazırkı dövrdə əmək 
birjaları  işsizlərin siyahıya alınması  və onların işlə  təmin olunması, iş yerlərini 
dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər. 
Bundan  əlavə  əmək birjaları  iş qüvvəsinin tələb və  təklifi üzrə bazarda olan 
vəziyyəti öyrənir, tələb olunan ixtisaslar haqqında zəruri mə’lumat verir, gənclərin 
peşəyönümündə onlara kömək edir. Bir sıra ölkələrdə  məsələn, Böyük 
Britaniyada,  İtaliyada, Fransada əmək birjaları  işsizləri uçota alır, onlara müa-
vinət verir. Məsələn, ABŞ-da belə bir müavinət 26-34 həftə ərzində (bəzi hallarda 
47 həftə),  əmək haqqının 50 faizi həcmində, Yaponiyada 3 aydan 1 ilə  qədər, 
işçinin yaşından, ixtisasından və s. amillərdən asılı olaraq əmək haqqının 60-80 
faizi həcmində verilir. Bununla yanaşı, birjalar həm də işsiz adamı müəyyən iş yer-
lərinə göndərməklə  məşğul olurlar. Əgər işsiz  şəxs  əmək birjası  tərəfindən təklif 
olunan iş yerinə getməzsə o, işsizliyə görə verilən haqdan məhrum edilir. Lakin 
qeyd etmək lazımdır ki, bir sıra hallarda əmək birjasının göndərdiyi işçini 
sahibkarlar müəyyən səbəblərə görə (müasir dövrdə əsasən ixtisası uyğun gəlmə-
diyinə görə) işə götürmürlər. Bu sahibkarlar işçini öz müəssisələrində hazırlamağı, 
təhsil yerlərindən müstəqil axtarıb tapmağı, başqa ölkələrdən yüksək ixtisaslı 
mütəxəssisləri müxtəlif  şərtlərlə  cəlb etməyi daha üstün tuturlar. Deməli,  əmək 
birjalarının göndərişi heç də sahibkarlar üçün yerinə yetirilməli olan mütləq qanun 
deyildir. 
 
§3. Yarmarkalar, auksionlar, lizinq 
və sığorta kampaniyaları 
 
80


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə