MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətlərindən biri də onun güclü sosial siyasət sisteminə 
malik olmasıdır. Bu siyasət  əhalinin gəlirləri arasında mövcud olan fərqləri minimuma endirmək məqsədilə 
dövlətin həyata keçirdiyi yenidən bölgü siyasətini, sosial tə’minat və sosial sığorta sisteminin yaradılmasını  və 
inkişaf etdirilməsini, minimum yaşayış  həddinə  tə’minat verilməsini, mənzil təsərrüfatı sahəsinə subsidiyalar və 
imtiyazlar verməklə sosial yardımları əhatə edir. Sosial  siyasət  gəlirlərin  yenidən bölgüsünə əsaslanır. 
AFR-də sosial proqramları  həyata keçirmək üçün, həcminə görə dövlət büdcəsindən sonra ikinci olan, 
sosial tə’minat fondu yaradılıb. Bu fondun maliyyələşdirilməsi qarışıq xarakter daşıyır, onun bir hissəsi 
sahibkarların ödəmələri hesabına, digər hissəsi fəhlə və qulluqçuların əmək haqlarından ayırmalar, üçüncü hissəsi 
isə dövlət büdcəsindən verilən transfert ödəmələr hesabına həyata keçirilir. 
Sosial siyasətin  əsas vəzifələrindən biri də  əmək bazarına tə’sir göstərməkdir. Burada əsas məqsəd 
məşğulluğun səviyyəsinin yüksəldilməsinə nail olmaq, yeni iş yerlərinin açılmasına təkan vermək, işsizliyin 
yarada biləcəyi mənfi nəticələri azaltmaq üçün fəhlələrə maddi yardımlar və imtiyazlar göstərmək, fəhlələrin peşə 
hazırlığını  və ixtisaslarını yüksəltmək nəzərdə tutulur. Bazarın bu modelində istehsalın idarə edilməsində 
fəhlələrin yaxından iştirakını  tə’min edən bütün dövlət və xüsusi müəssisələrdə istehsalat sovetləri yaradılır, 
qəbul olunan bütün qərarlar əvvəlcədən bu sovetlərlə məsləhətləşdirilir. 
Almaniyada əhalinin ən az tə’minatlı hissəsinin iqtisadi və sosial cəhətdən yaşayışını tə’min etmək üçün, 
inkişaf etmiş sosial sığorta sistemi mövcuddur. İşsizliyə görə yaradılan müavinət fondunun formalaşmasında, 
sahibkarlar və fəhlələr xalis gəlirlərindən eyni həcmdə ödəmələr keçirərək, onun yaradılmasında bərabər iştirak 
edirlər. 
Sosial bazar iqtisadiyyatı modelinin təməlini təşkil edən iqtisadi və siyasi azadlığa, hər bir insanın, 
bütünlükdə cəmiyyətin yüksək rifahına, sosial müdafiəyə və sosial ədalətə, sosial dəyərlərə və demokratiyaya eyni 
zamanda nail olmaq qeyri-mümkündür. Sosial bazar iqtisadiyyatı  – göstərilən məqsədlərin həyata keçirilməsi 
yolunda mövcud olan bazar modelinin ayrıca bir növüdür. 
 
§4. Sosial-demokrat bazar modelinin 
xarakterik xüsusiyyətləri 
 
Bazarın sosial-demokrat modeli Skandinav ölkələrində  və eyni zamanda İspaniyada, Portuqaliyada, 
Yunanıstanda həyata keçirilən iqtisadi islahatların müxtəlif mərhələlərində öz əksini tapmışdır. Bu model üçün 
iqtisadi siyasət sahəsində sosial-demokrat ideyalarının üstünlük daşıması xarakterikdir. Bazarın bu modeli İsveç 
təcrübəsində tətbiq edildiyinə görə, çox vaxt ona İsveç modeli də deyirlər. 
Sosial-demokrat bazar modelində kapitalizmin bir sıra  əsas cəhətlərinin (gəlirlərin və mülkiyyətin 
bölgüsündə qeyri-bərabərlik) qalmasına baxmayaraq, vətəndaşların hüquq bərabərliyi və sosial müdafiəsi, 
istehsalın nəticələrinin çox hissəsinin bölgüsü və yenidən bölgüsünün bazar prinsipləri əsasında deyil, insanların 
tələbatlarına uyğun həyata keçirilməsi, kütləvi yoxsulluğun və  işsizliyin ləğv edilməsi, pul hakimiyyətinin 
vətəndaşların hakimiyyəti ilə əvəz olunması bu modelin əsas xüsusiyyətlərindən biridir. 
Bazar iqtisadiyyatının sosial-demokrat modeli, bazar iqtisadiyyatına xas olan çatışmazlıqların - 
mülkiyyətin və gəlirlərin cəmiyyətin kiçik bir hissəsinin əlində cəmləşməsinin aradan qaldırılmasına şərait yaradır. 
Bazarın amerikan və alman modellərində iqtisadi siyasətin əsas me‘yarı, hər şeydən əvvəl, yüksək iqtisadi artıma 
(artım tempi, struktur dəyişiklikləri, inflyasiyanın cilovlanması və s.) nail olmaq sayılır. İsveç modelində isə iqtisa-
diyyatın səmərəliliyinin başlıca me’yarı sosial nəticələrin (məşğulluğun artması, gəlirlər arasındakı  fərqlərin 
aradan qaldırılması, yoxsulluğun ləğv edilməsi, istehsal demokratiyasının inkişaf etdirilməsi) əldə olunmasıdır. 
Sosial siyasət transfert ödəmələr hesabına sosial tələbatların yüksək səviyyədə ödənilməsini tə’min edir. 
Amerikan və alman modellərindən fərqli olaraq, sosial-demokrat bazar modelində  vətəndaşların sosial xidmətlərə 
olan tələbatları onların maliyyə imkanlarına görə deyil, dövlət hesabına büdcədən verilən vəsaitlər hesabına 
ödənilir. Bazarın bu modelində sosial xidmətlər sferası ictimai həyatın xüsusi sahəsi kimi nəzərdən keçirilir, burada 
bölgü münasibətləri bazar tənzimlənməsinin qanunauyğunluqlarına tabe olmur. Bunun sayəsində  əhali sosial 
xidmətlərin xeyli hissəsini bazardan kənarda  əldə edir. Vətəndaşların təhsilə, səhiyyə  və i.a. tələbatı yalnız 
müəyyən səviyyədən sonra bazar prinsipləri əsasında ödənilir. Sosial sferanın xidmətlərinin pulsuz və ya imtiyaz-
lı formada ödənilməsi bazarın sosial-demokrat modelinin humanistlik me’yarlarına daha çox cavab verdiyini 
göstərir. 
Bazar modellərinin səciyyələndirilməsində mikroiqtisadi xüsusiyyətlər mühüm əhəmiyyət kəsb edir. 
Mikroiqtisadi xüsusiyyətlərə firmadaxili münasibətlər (işə  qəbul etmək və  işdən azad etməklə bağlı  əmək 
şəraitinin müəyyən edilməsi,  əmək vəzifələrinin bölgüsü ilə  əlaqədar  əmək münasibətləri), müəssisələrdə 
mülkiyyətin forması, mübadilə münasibətlərini  əks etdirən müəssisələr arasındakı üfüqi əlaqələr daxildir. İsveç 
modeli üçün bütün müəssisələrdə mülkiyyət formasından asılı olmayaraq istehsal demokratiyasının inkişafı 
xarakterikdir. Fəhlə  təşkilatları  işə  qəbul etmək və  işdən azad etmək qaydalarını müəyyən edir,   müavinətləri 
tə’yin edir, məşğulluq agentliyi yaradır. Sahibkarların və vəzifə borclarına aid edilən işçilərin firmadaxili əmək 
funksiyalarının bölgüsü də fəhlə təşkilatlarına verilir. Onlar eyni zamanda kommersiya, istehsal və maliyyə mə‘lu-
matlarını əldə etmək hüququna malikdirlər. Fəhlələrin şirkətlərin idarə olunmasında da öz nümayəndələri var. İsveç 
həmkarlar təşkilatları sahibkarlarla əmək haqqının səviyyəsi və  əmək  şəraiti,  əmək haqqının inflyasiyadan 
qorunması barədə müqavilələr bağlayırlar. 
Bazarın bütün modelləri üçün bazar mexanizmi ilə dövlət tənzimlənməsinin uyğunlaşması  səciyyəvidir. 
 
73


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə