MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

zəruri iqtisadi amillərdən biri olmalıdır. 
İqtisadi cəhətdən normal inkişaf edən ölkələrdə bu belədir və belə də olmalıdır. Çünki qiymətin ən vacib başlıca 
funksiyalarından biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o, 
istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə  və 
iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin. Başqa sözlə, istehsalçıda istehsalın inkişafına və nəticələrinə güclü 
maddi maraq yaratsın. Deməli, qiymətin bu funksiyası həmişə gözlənilməli və ona əməl olunmalıdır.  
Bazar münasibətlərinə keçid daha iki anlayışın - «qiymətqoyma» və «qiymətlərin əmələ gəlməsi» anlayışlarının 
fərqləndirilməsini də  zəruri edir. Qiymətqoyma - istehlak bazarında məhsulun keyfiyyətindən,  əhalinin sosial 
müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında 
qiymətlərin formalaşmasıdır. O, həmçinin konkret dövrdə ictimai təkrar istehsalın iqtisadiyyatın inkişafı qanunlarına 
uyğun olan nisbətlərini təmin etmək məqsədilə vahid sistem yaradan qiymətlərin dinamikasının, quruluşu və  sə-
viyyəsinin formalaşması prosesidir. 
Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin müəyyən edilməsi 
üzrə  təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki, məhsul 
istehsalçıdan istehlakçıya çatdırılana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir. 
Qiymətqoyma prosesi hər  şeydən  əvvəl qoyulan məqsədin konkretliyi ilə xarakterizə olunur. Məsələn, 
maksimum mənfəət  əldə etmək, satış bazarının zəbt edilməsi (mənimsənilməsi), xərclərin azaldılması, rəqiblərin 
sıxışdırılması və s. 
Bazar münasibətləri şəraitində əsasən «qiymətin əmələ gəlməsi» anlayışına üstünlük verilir. Bu da qiymətqoyma 
prosesinin həyata keçirilməsində inzibati amillərin rolunun yüksək olması ilə  əlaqədardır.  İqtisadi idərəetmə 
metodlarına keçid dövründə  şübhəsiz ki, «qiymətin  əmələ  gəlməsi» prosesi daha üstün mövqeyə malik olmalıdır. 
Həmin üstünlük «qiymətin əmələ gəlməsi»nin mahiyyətində də öz əksini tapır: qiymətlərin əmələ gəlməsi konkret 
əmtəələrə metodiki baxımdan qiymətlərin müəyyən edilməsi (hesablanması) prosesidir. Bu proses bilavasitə bazar 
iqtisadiyyatı ilə əlaqədar olduğundan onun özünəməxsus nəzəri əsasları vardır. İqtisadi ədəbiyyatda öz əksini tapmış 
müddəa və ideyaları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, dəyər qanunu, tələb-təklif qanunu və pul tədavü-
lü qanunu bir biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda qiymətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edirlər.  
Bazar münasibətləri şəraitində qiymətin əmələ gəlməsi mexanizmi  qiymətlər və onların dinamikası ilə təzahür 
edir. Qiymətlərin dinamikası iki mühüm amilin - strateji və taktiki amillərin təsiri altında formalaşır. Strateji amil 
ondan ibarətdir ki, qiymətlər əmtəənin dəyəri əsasında əmələ gəlir. Qiymətlərin dəyər ətrafında daim tərəddüdləri 
baş verir. Taktiki amil ondan ibarətdir ki, konkret əmtəələrin qiymətləri bazar konyukturasının təsiri altında forma-
laşır. Birinci amil uzunmüddətli, perspektivli fəaliyyət amili, ikinci amil isə  dəyişkən amildir, çünki konyuktura 
dəyişmələrinin dinamikası çox yüksəkdir. Hər iki amil bazar iqtisadiyyatı şəraitində son dərəcə mühüm amillərdir və 
onları daim təkmilləşmiş formada qavramaq və paralel olaraq istifadə etməyi öyrənmək lazımdır.  
Birinci amil müasir texnikaya, texnologiyaya malik olan, əməyin təşkilinin qabaqcıl metodlarından istifadə edən 
müəssisələr üçün daha əlverişli  şərait yaradır. Bu zaman daha aşağı istehsal xərclərinə malik müəssisələr yüksək 
mənfəət  əldə edirlər.  İkinci amil isə konyukturadan daha təkmil və tez istifadə etməyi bacaran müəssisələr üçün 
əlverişli  şərait yaradır. Bu halda da çeviklik, istehsalın və istehsal infrastrukturunun mükəmməl hazırlığı, bazarın 
dərindən öyrənilməsi (marketinq tədqiqi), habelə yüksək peşəkarlıq səviyyəsinə malik kadrların mövcudluğu tələb 
olunur. Lakin bazarda müvəffəqiyyət və qazanca daha böyük inamı  hər iki amildən istifadə etmək imkanına və 
qabiliyyətinə malik olan müəssisələr əldə edirlər.  
 
§2. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri 
 
İqtisadi ədəbiyyatda qiymətin əsas funksiyaları sırasına uçot, nəzarət və aqreqatlaşdırma, «ödəməli» və ya «gəlir 
əmələ gətirən», informasion və ya indikator, stimullaşdırıcı, bölüşdürücü, tələb və təklifin balanslaşdırılması funk-
siyaları aid edilir.  
Qiymətin funksiyaları onun iqtisadi mahiyyətini, təyinatını, təsərrüfat həyatındakı rolunu, habelə digər iqtisadi 
kateqoriya və hadisələrlə qarşılıqlı münasibətlərini  əks etdirir. Qiymətin  əsas funksiyalarından biri sayılan uçot 
funksiyasına bəzən ictimai əmək xərclərinin uçotu və ölçülməsi funksiyası da deyilir. Bu funksiya dəyərin pul 
ifadəsi kimi qiymətin mahiyyəti ilə müəyyən edilir. Qiymətlər göstərir ki, bu və ya digər məhsula tələbatın 
ödənilməsi cəmiyyətə neçəyə başa gəlir. Qiymət  əmtəənin hazırlanmasına nə  qədər  əmək, xammal, material, 
komplektləşdirici məmulat sərf olunmasını müəyyən edir və əməyin hansı səmərəliliklə sərf olunmasını xarakterizə 
edir. Son nəticədə qiymət təkcə məcmu əmtəə istehsalı və tədavülü xərclərinin kəmiyyətini deyil, həm də mənfəətin 
ölçüsünü müəyyən edir.  
Uçot funksiyasında qiymət bütün dəyər göstəricilərinin hesablanması vasitəsi kimi çıxış edir. Bunlara həm 
kəmiyyət göstəriciləri - ümumi daxili məhsul (ÜMD), milli gəlir, kapital qoyuluşunun həcmi,  əmtəə dövriyyəsi 
göstəriciləri, firma, müəssisə və sahələrin məhsul həcmləri, həm də keyfiyyət göstəriciləri - rentabellik, əmək məh-
suldarlığı, fond verimi və s. aiddir. Beləliklə, qiymət istehsalın səmərəliliyinin müəyyən edilməsi üçün istifadə 
edilir, təsərrüfat qərarlarının qəbul edilməsinin, firmadaxili planlaşdırmanın çox mühüm aləti kimi çıxış edir. 
Qiymətlər  əmtəə vahidini və ya kütləsini  əldə etmək üçün alıcının satıcıya ödəməli olduğu pulun kəmiyyətini 
ifadə edirlər.  Əgər  əmtəələrin siyahısına işçi qüvvəsi də daxil edilərsə, onda qiymətlər həmçinin müxtəlif bazar 
agentlərindən daxil olan gəlirləri də əks etdirirlər.  Onların bu rolu «ödəməli» və ya «gəlir əmələ gətirən» funksiya 
adlandırılır. 
 
67


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə