MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

Geniş mənada «İqtisadi insan» anlayışına «İnsan kapitalı»nı da aid etmək olar. 
İnsan biliyini, təşəbbüskarlığını, fəallığını, dərin təfəkkür tərzini, vərdişini, onun 
əmtəə istehsalı sahəsində  və xidmət dairəsində istifadə olunan enerjisini və s. 
həmin kapitalın komponentləri hesab etmək olar. «İnsan kapitalı»na gəlir mənbəyi 
kimi baxılır. 
 
 
§7. Keçid dövründə Azərbaycanda bazar iqtisadiyyatının formalaşması haqqında 
 
Keçid dövründə qarşıda elə ümumi, strateji proqram vəzifələri durur ki, onların 
həyata keçirilməsi bir tərəfdən yeni demokratik cəmiyyətin və eyni zamanda bazar 
iqtisadiyyatının yaradılmasının təməl daşı hesab olunur. Bu ilk növbədə sabiq 
mülkiyyət münasibətlərində aparılmalı əsaslı dəyişikliklərlə bağlıdır. 
Özəl mülkiyyətin bərqərar olması ilə artıq xeyli vaxtdır ki, xüsusi sahibkarlıq, 
biznes fəaliyyətdədir və getdikcə dinamik xarakter alır. Bu, müasir bazar 
iqtisadiyyatının yaranmasına, hərəkətinə  təsir göstərməyə başlayıbdır. Fəqət bu 
hələ özəl mülkiyyətin, sahibkarlığın tam miqyas alması demək deyildi.  
Hal-hazırda respublikada orta və iri müəssisələrin özəlləşməsi prosesinə keçilir. 
Bu, özəlləşmə proqramında başlıca yer tutacaqdır. Nə  qədər ki, özəl mülkiyyət, 
xüsusi sahibkarlıq, biznes fəaliyyəti geniş  əhatəli miqyas almayıb,  şübhəsiz belə 
bir  şəraitdə  hələlik real bazar iqtisadiyyatının qərarlaşmasından söhbət gedə 
bilməz. 
İndi respublikada hər yeri götürmüş xırda alış-veriş, dəllallıq, kasıbçılıq üzündən 
ev-eşiyindən şeyləri gətirib satmaq və s. sivilizasiyalı bazar iqtisadiyyatı anlayışına 
adekvat deyildir.  
Bu gün respublikada real sivilizasiyalı bazarın yaradılmasının hələlik erkən 
çağıdır. 
Keçid dövründə çoxmülkiyyətliliyin mövcudluğu və onların fəaliyyəti miqyas 
aldıqca, xüsusilə özəl sektor yüksək dərəcədə inkişaf etdikcə, bazar başlıca olaraq 
bunları  təmsil edən müəssisələrin istehsal etdikləri məhsullara, məmulatlara 
söykəndikcə, azad rəqabət artdıqca, bazar infrastrukturu genişləndikcə  və s. real 
bazar iqtisadiyyatı daim tam formalaşmaq istiqamətində irəliləyəcəkdir. 
 
 
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 8. TƏLƏB VƏ TƏKLİF. BAZAR TARAZLIĞI 
 
 
§1. Tələbin mahiyyəti və ona tə’sir göstərən amillər 
§2. Təklifin mahiyyəti və ona tə’sir göstərən amillər 
 
57


§3. Tələb və təklifin tarazlığı 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1. 
«İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
 
Ə.P. Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11. Экономика  переходного  периода / Под  ред.  В.В.     Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
 
§1. Tələbin mahiyyəti və ona təsir göstərən amillər 
 
İnsan dünyaya gələndən, onun həyat fəaliyyətinin  əsas məqsədi tələbatlarını 
ödəməkdir. Bazar iqtisadi sistemində tələbat - tələb və təklif kateqoriyaları ilə üzvi 
şəkildə bağlıdır. Tələb dedikdə, alıcının müəyyən dövr ərzində  hər hansı bir 
əmtəədən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı 
başa düşülür. Tələbat geniş  məfhumdur, tələb onun yalnız ödəmə qabiliyyəti ilə, 
yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır. Ödənmə formasından asılı ol-
mayaraq, tələb həmişə tələbatdan kəmiyyətcə azdır, belə ki, o, bazar münasibətləri 
şəraitində  tədiyə qabiliyyətli tələbə çevrilir. Tədiyə qabiliyyətli tələb dedikdə isə 
əhali tərəfindən hər hansı bir əmtəənin alınmasına və xidmət növündən istifadəyə 
 
58


real surətdə yönəldilən və ya yönəldilə biləcək müəyyən pul məbləği başa düşülür.  
Bazar iqtisadiyyatı şəraitində tədiyə qabiliyyətli tələb tələbatın spesifik təzahür 
forması olsa da, onlar arasında müəyyən kəmiyyət və keyfiyyət fərqləri, həmçinin 
ziddiyyət mövcuddur. Kəmiyyətcə fərq özünü tələbatın həmişə tədiyə qabiliyyətli 
tələbdən çox olmasında göstərir, belə ki, zəhmətkeşlərin tələbatlarının ödənməsi 
dərəcəsi onların tədiyə qabiliyyətli imkanlarından (müəyyən pul məbləğlərindən) 
asılıdır və onunla məhdudlaşdırılır. Belə bir hal həmçinin tələbatla tələb arasında  
müəyyən ziddiyyətin də olduğunu göstərir. Digər tərəfdən, tədiyə qabiliyyətli tələb 
təkcə müəyyən məbləğ pulla məhdudlaşdırılan tələbat deyildir, o, həmçinin bazara 
çıxarılan, yalnız orada reallaşdırılan, həm də bu zaman konkret əmtəə  və xidmət 
növünə yönəldilmiş tələbatdır. 
 
à ì àí àòëà 
Ò ÿäÿäëÿ 
10  
 
8
 
6
 
4
 
2
 
0
1                 
2
  3   
  4             
 
Şəkil 1. Tələbin qrafiki. 
Q-qiymət; T-tələbin kəmiyyəti.  
 
Tələbatla tədiyə qabiliyyətli tələb arasında keyfiyyət fərqi isə özünü onda 
göstərir ki, tədiyə qabiliyyətli tələbin ödənməsi mütləq bazarın mövcudluğunu 
tələb edir, tələbata gəldikdə isə onun meydana gəlməsi və ödənilməsi  əmtəə-pul 
münasibətlərindən, deməli, bazar münasibətlərindən kənarda da baş verə bilər. 
Tələbin səviyyəsi  əsasən tələb qanununun təsiri altında formalaşır. Bu qanuna 
uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə  tərs 
mütənasibdir. Başqa sözlə,  əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin 
kəmiyyəti azalır və əksinə. 
Tələb qanununun fəaliyyətini cədvəl 3-də aşağıdakı kimi göstərə bilərik. 
Cədvəl 3 
Qiymət 
10 




Tələbin həcmi 





 
Tələb qanununun fəaliyyəti ilə bağlı bir sıra xüsusiyyətləri qeyd etmək lazımdır. 
Əvvəla, bu qanun tələbin səviyyəsinə təsir edən bir çox amillərin rolunun nəzərə 
alınmadığı bir şəraitdə yalnız qiymət amilinin təsiri üçün doğrudur. Əgər məhsul 
satılmayaraq yığılıb qalarsa, istehsalçılar onu yalnız qiymətini aşağı salmaq yolu 
ilə reallaşdıra  bilərlər. Bununla yanaşı, qiymətin enməsi alıcıya imkan verir ki, 
nəinki bu maldan əvvəlki həcmdə alsın, həm də pulunun artıq qalmış hissəsi hesa-
bına digər bir məhsulu, onun üçün əvvəllər birinci məhsulun alternativini təşkil 
edən başqa məhsulu da əldə etsin. İqtisadi ədəbiyyatda belə bir hal «gəlirin səmərə-
 
59


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə