MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

§7. Keçid dövründə Azərbaycanda bazar iqtisadiyyatının formalaşması 
haqqında 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə» dərslik, T.S.Vəliyev,
 
Ə.P. Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001. 
2.  Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. 
В.И.  Видяпина,  Г.П.  Журалвевой. –М.:  Изд-во:  экономической 
академии, 2000, –592 с. 
3.   Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
 
 
 
 
 
 
 
§1. Bazarın meydana gəlməsi. «Bazar» anlayışının elmi məzmunu 
 
Bazar bəşər sivilizasiyasının  ən mühüm nailiyyətlərindən biridir. Mənbələrdə 
onun 6-7 min il əvvəl meydana gəlməsi qeyd olunur. 
Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin,  əmtəə 
təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Bazarın 
obyektiv zəruriliyi müxtəlif mülkiyyət formalarının mövcudiyyəti, onun 
subyektlərinin  əlahiddələşməsi ilə  də üzvi şəkildə bağlıdır. Bunlarla yanaşı onun 
zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardır.  
Bazar anlayışının məzmununda onun funksiyaları daha mühüm yer tutur. Bu 
funksiyalara hər  şeydən  əvvəl istehsal ilə istehlak, tələblə  təklif, alıcı ilə satıcı 
arasında uzlaşma, öz daxili tənzimləmə və müvazinəti saxlama daxildir.  
«Bazar-iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusudur». «Bazar - ayrı-ayrı 
 
52


əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə  fəaliyyəti mexanizmidir». 
«Bazar - hər hansı  əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx 
fəaliyyət münasibətləridir». «Bazar - ticarət aparmaq üçün adamların bir-birilə hər 
hansı qarşılıqlı fəaliyyətidir». «Bazar - əmtəə və əmtəə-pul mübadiləsi formasıdır». 
«Bazar - əmtəə istehsalı  və pul tədavülü qanunları üzrə  təşəkkül tapan 
mübadilədir». 
Bu təriflərin hamısı bazar anlayışının məzmununa uyğun gələn müxtəlif formalı 
açıqlamalardır. 
Bazarın, mübadilənin ticarət fəaliyyəti ilə ayrılmaz  əlaqəliliyi ilk zamanlardan 
ticarət kapitalı adı ilə məlumdur.  
Bazar - iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla 
(tələblə) satıcıların (təkliflə)  əlaqələrinin məcmusudur. O, habelə  əmtəələrin və 
xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin 
mənafelərini təcəssüm etdirir və mübadiləni təmin edir. 
 
§2. Müasir bazar sistemi və strukturu 
 
Müasir dövrdə bazarların strukturu və sistemi onun obyektləri, subyektləri, 
məkan  əlamətləri,  əmtəələrlə doluluğu, rəqabət aparma dərəcələri, satış 
xarakterləri,  əmtəələrin çeşidliyi və  bəzi başqaları üzrə  səciyyələnirlər. Onlar 
mülkiyyət formaları,  əmtəə istehsalçılarının strukturu və  təsərrüfat subyektləri, 
əmtəə tədavülü dairəsinin xüsusiyyətləri, ölkədə fəaliyyət göstərən ticarətin növləri 
ilə müəyyən olunurlar. Bunların hər biri bazar sisteminə  və strukturuna özlərinə 
məxsus təsir göstərirlər. 
 
 
§3. Bazar və ticarət 
 
«Bazar» və «ticarət» anlayışları bir-birilə ən yaxın olan, bəzən identik mənada 
ifadə edilən iqtisadi kateqoriyalardır.  
Ticarət əmtəə təsərrüfatı ilə, onun meydana gəlməsi ilə üzvi surətdə əlaqədardır. 
O,  əmək bölgüsünün, istehsalın və  tədavülün mütəmadi inkişafı ilə bağlı olaraq 
daim tərəqqi etmiş, təkmilləşmiş və bugünkü müasir səviyyəyə qədər yüksəlmişdir.  
Ən müxtəsər  şəkildə ifadə etməli olsaq, ticarət, alqı-satqı aktları ilə  fəaliyyət 
göstərən iqtisadiyyat sahəsidir. Məhz bu mənada ticarətlə bazar anlayışları arasında 
keçilməz bir sədd yoxdur. Bazar iqtisadiyyatı sistemində ticarət istehsal istehlakı 
və  şəxsi istehlak üçün əmtəələrin, məmulatların istehsal dairəsindən istehlak 
dairəsinə hərəkətini təmin edən sahədir. 
Əmtəələrin hərəkəti müxtəlif mərhələlərdən keçir. Həmin mərhələlərlə əlaqədar 
olaraq o, iki yerə ayrılır: topdansatış və pərakəndəsatış ticarətlərinə. 
Topdansatış ticarət  əmtəə  tədavülü prosesinin tərkib hissəsi olub, vasitəçi 
xarakter daşıyır. O, əmtəə  tədavülündə başlanğıc mərhələdir, təsərrüfatlararası 
vasitə kimi çıxış edir. Burada müxtəlif sənaye və  kənd təsərrüfatı  məhsulları bir 
yerə toplanır, saxlanılır, sortlara, çeşidlərə bölünür və istehlakçı müəssisələrə, 
qurumlara yeridilir (satılır). 
 
53


Topdansatış ticarət - əmtəələrin iri partiyalarla satışıdır.  
Topdansatış ticarət həm sənaye və  həm də  kənd təsərrüfatında istehsal olunan 
bütün  əmtəələri  əhatə edir. Bazar iqtisadiyyatı  şəraitində topdansatış ticarətində 
əmtəə birjaları mühüm rol oynayır. Topdansatış ticarətində assosiasiyalar da 
fəaliyyət göstərir.  
Pərakəndəsatış ticarəti  əmtəələrin satışının bilavasitə istehlakçılarla aparılan 
növüdür, formalarıdır. Əmtəə tədavülünün son mərhələsidir. 
Ticarət həm ölkə daxilində  və  həm də xarici dövlətlərlə aparılır. Bunlarla 
əlaqədar olaraq ticarət yenə iki yerə, yəni daxili və xarici ticarətə ayrılır.  
Daxili ticarətin aşağıdakı formaları vardır: xüsusi, dövlət, kooperativ. 
Xarici ticarət beynəlxalq  əmək bölgüsü ilə  əlaqədardır. Burada əmtəələrin 
mübadiləsi idxal və ixrac üzrə aparılır. Xarici ticarətdə əmtəələrin mövcud ölkəyə 
digər ölkələrdən gətirilməsi idxal, əmtəələrin bir ölkədən başqa ölkələrə aparılması 
ixrac adlanır. 
 
 
§4. Marketinq və onun fəaliyyəti haqqında 
 
Marketinq, ingiliscə market sözündən olub, bazar mənasını verir. Marketinq 
termini ilk dəfə XX əsrin əvvəllərində (1901-ci ildə) ABŞ-da meydana gəlmişdir. 
O, bazar iqtisadiyyatı  şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı 
ifadə edir.  
Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O, 
bir sıra aspektlərə malikdir. Onlar onun məzmununu açıqlayır. Birincisi, o, 
məhsulların satışını  təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksi-
yalarını özündə  cəmləşdirir.  İkincisi, o, bazarda istehlakçıların (alıcıların) is-
tehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən 
edilməsini, bazara fəal təsir göstərmək üzrə  tədbirlər sistemi işləməyi qarşıya 
qoyur. Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir. 
Rəqabətin zəif və ya güclü olmasını  aşkar etmək, nəticədə bazarda optimal dav-
ranış modeli işləyib hazırlamağa imkan verir.  
Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal 
əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur. 
Marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir: 
1. Bazarın kompleks öyrənilməsinə; 2. Əmtəə çeşidlərinin təsnifatlı olmasına; 3. 
Mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə; 4.Təmin 
olunmayan təminatların üzə çıxarılmasına; 5. Potensial tələbatların dinamikasının 
aşkar edilməsinə və təhlilinə; 6.Bazar təchizatının planlaşdırılmasına; 7. İstehsalın 
və xidmətin təşkilinə və idarə edilməsinə. 
Marketinqin taktikası  və strategiyasının özünəməxsus prinsipləri vardır. O, 
bazara aid cari praktiki məsələləri yerinə yetirməklə  bərabər, strateji planda 
intensiv fəaliyyət göstərir. O, istehsal və ticarət müəssisələrinin, qurumların 
uzunmüddətli məqsədlərinə uyğun olaraq onların satış  fəaliyyətləri üzrə müsbət, 
son təsərrüfat nəticələrinə nail olunmasına səmt götürməlidir. Bu məqsədlə o, 
proqnozlaşdırma funksiyasını da yerinə yetirir. Proqnozlaşdırma müxtəlif 
 
54


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə