MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

sistemində bütün əmək məhsulları ilə yanaşı istehsal amilləri də əmtəəyə çevrilir. 
Kapitalist əmtəə təsərrüfatında bazar münasibətləri də ümumi xarakter daşıyır. Bu 
təsərrüfatda bütün iqtisadi sistem əşyalaşır, iqtisadi münasibətlər insanlar 
arasında «şeylərin» münasibəti kimi çıxış edir. 
Əmtəə istehsalının yüksək səviyyəyə çatması kapitalizmin bir istehsal üsulu 
kimi qərarlaşması ilə  əlaqədardır. Lakin kapitalist istehsal üsulunun yaranması 
ilkin kapital yığımı ilə də bağlıdır.  
İlkin kapital yığımının  birinci tərəfi ondan ibarətdir ki, bilavasitə 
istehsalçıların istehsal vasitələrindən məhrum olması çox zəif getdiyindən sadə 
əmtəə istehsalında keyfiyyət dəyişiklikləri baş vermir və bunu hələ ilkin kapital 
yığımı adlandırmaq olmaz. İlkin kapital yığımının bu mərhələsinin sürətləndirilmə-
sində dövlət mühüm rol oynayır. Belə ki, dövlət zorakılıq yolu ilə bilavasitə 
istehsalçıları - kəndliləri torpaq mülkiyyətindən məhrum edir. 
İlkin kapital yığımının  ikinci tərəfi ondan ibarətdir ki, pul vəsaiti azlığın 
əlində yığılır və ilkin kapitalistlər meydana çıxır. 
İlkin kapital yığımının əsas mənbəyi pul sərvətinin toplanmasıdır. Pul sərvəti 
müstəmləkəçilik sistemi, dövlət istiqrazları sistemi, vergi sistemi, proteksionizm 
sistemi vasitəsilə  əldə edilmişdir.  İlkin kapital yığımının nəticəsində kapitalist-
fermerlər və sənaye kapitalistləri yaranır. 
Yeni istehsal üsulunun yaranması üçün zorakılıq heç bir şərait yaratmır, 
çünki istehsal üsulları obyektiv qanunauyğunluqlar  əsasında meydana gəlir və 
inkişaf edirlər. 
 
§4. Əmtəə tədavülü və pulun meydana gəlməsi 
 
Əmtəədə  təcəssüm olunan və mübadilə zamanı  təzahür edən ictimai əmək 
əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir-birinə mübadilə 
edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə  dəyərilə bağlıdır. Dəyər 
əmtəənin daxili xassəsidir, mübadilə  dəyəri isə  əmtəə  dəyərinin təzahür 
formasıdır. 
Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında 
xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında 
(saat, gün) sərf etdikləri  əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər. 
Lakin natural təsərrüfat  şəraitində onların sərf olunmuş  əməyi dəyər forması 
almırdı.  Əmtəə  təsərrüfatında isə  əmək dəyər münasibətləri kimi təzahür edir. 
Deməli,  əmtəə  təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur. 
İctimai əmək əmtəə istehsalında dolayısı yolla - yə’ni mübadilə prosesində təzahür 
edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o 
deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən 
ictimai  əməyə  bərabərdir. Beləliklə, dəyər təkcə  əmək məsrəfi deyil, o eyni 
zamanda  əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində 
təzahür edir. 
Deməli,  əmtəənin dəyəri istehsal prosesində  əmək vasitəsilə yaradılır. 
Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. 
Buna  mübadilə  dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə  dəyər 
 
46


formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda 
ifadə olunmuşdur. Taxıl baltanın dəyərini  əks etdirir. Baltanın dəyəri taxılın 
istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın 
istehsalına  əmək sərf edilmişdir. Bu iki əmtəənin bir-birinə  bərabər tutulması o 
deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş  əmək bərabərdir. 
Əmtəələrin bir-birinə  bərabər olmasının  əsasını bu əmtəələrdə  təcəssüm edən 
bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə (balta) 
nisbi dəyər forması, öz dəyərini (taxıl) baltanın istehlak dəyərində  əks etdirən 
əmtəə ekvivalent dəyər formasıdır. 
İlk mübadilə  təsadüfi xarakter daşımış  və bir növ məhsulun başqa növ 
məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına  sadə  və ya təsadüfi 
dəyər forması deyilir. 
Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil 
alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə  əkinçi 
tayfaların və  sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu 
tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf 
nəticəsində  dəyərin ikinci mübadilə forması - tam və ya dolğun dəyər forması 
yaranır. 
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə 
əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə  də  əmtəələr  əmtəələrə 
dəyişdirilir.  İctimai  əmək bölgüsünün və  əmtəə istehsalının inkişafı, onların 
dərinləşməsi, bir əmtəənin digər  əmtəəyə  dəyişdirilməsi qənaətbəxş olmur. 
Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya, balta sahibinin 
taxıla olan ehtiyacı artır. Beləliklə,  əmtəə  təsərrüfatı genişləndikcə  əmtəə 
istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması meydana çıxır ki, 
bütün  əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. 
Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər 
forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə 
ümumi dəyər forması deyilir. 
Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir 
əmtəəyə, yə’ni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz, 
duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif 
əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar 
tələbatını ödəyə bilmir. Əmtəə  təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, 
müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və 
dəyərin pul forması yaranır, yə’ni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini 
dəyərin pul formasına verir. Pul rolunu müxtəlif metallar yerinə yetirib və nəhayət, 
gümüş  və  qızıl öz xassələrinə görə  tədavüldən bütün ekvivalentləri sıxışdırıb 
çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və 
həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir. 
Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan 
qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun 
bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə - pul 
yaranır. 
 
 
47


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə