MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

məqsədini güdür. Azərbaycanda da özəlləşdirmə bu vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir. 
Azərbaycanda özəlləşdirmənin başlıca məqsədləri aşağıdakılardır: 
- təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən 
bazar iqtisadiyyatı mühitinin yaradılması; 
- xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması; 
- iqtisadi prosesə bütöv növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi; 
- milli iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi; 
- əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması. 
Bütövlükdə Azərbaycanda özəlləşdirmə prosesinin gedişini 4 mərhələyə bölmək olar: 
 
I mərhələ - 1996-1998-ci illər; 
II mərhələ - 1998-2000-ci illər; 
III mərhələ - 2000-2001-ci illər; 
IV mərhələ - 2001-2005-ci illər. 
 
Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə bağlıdır
Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərindən biri də onun kənd təsərrüfatından başlanmasıdır
Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərindən biri də özəlləşdirmənin dünya ölkələrinin üzünə 
açıq olmasıdır.  
Azərbaycanda özəlləşdirmə modelinin fərqləndirici cəhətlərindən biri də dövriyyəyə buraxılan 
özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmamasıdır.  
 
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 6. ƏMTƏƏ İSTEHSALI VƏ PUL  
 
§1. Təsərrüfat tipləri 
§2. Əmtəə və onun xassələri 
§3. Əmtəə istehsalının formaları 
§4. Əmtəə tədavülü və pulun meydana gəlməsi 
§5. Pulun mahiyyəti və funksiyaları 
§6. Pulun təkamülü 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
1.  «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, 
Ə.P.Babayevin və 
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 
2.   K.Marks, «Kapital», ı cild, ı fəsil. Bakı, 1969. 
3.   Дж.Харрис, «Денежное теория». Москва, 1992. 
4.  Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И. 
Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, 
–592 с. 
5.   Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П.  Журавлевой, 
В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,–757с. 
6.   Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
7.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И.  Добрынина, 
Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 с.  
 
39


8.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
9.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.:  Гуманит. 
Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
10. Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н.  Чепурина, 
Е.А. Киселевой. –Киров: АСА, 1997. 
11. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
 
 
 
 
 
 
 
 
 
§1. Təsərrüfat tipləri 
 
Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir. 
Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi 
həyatın ümumi formaları  fəaliyyət göstərir.  İqtisadi həyatın ümumi formaları 
keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar.  İqtisadi həyatın 
bu formaları  və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və 
iqtisadi inkişaf səviyyəsi ilə  səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və 
hadisələr vaxtaşırı  dəyişirlər və  təsərrüfat formalarının inkişafında təkamül 
yaradırlar. 
Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın 
qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. İqtisadi həyatda fəaliyyət 
göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır:  a) natural təsərrüfat;  b) 
sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı. 
Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. 
Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst-üstə 
düşür.  
Natural təsərrüfat feodal mülkiyyəti ilə  də çox xarakterikdir. Torpaq sahibi 
olan mülkədarlar kəndlilərdən töycü olaraq ya məhsul ya da pul alırdılar. Natural 
təsərrüfatda məhsul tədavülə deyil, bilavasitə istehlak sferasına daxil olur. Bu, 
ictimai  əmək bölgüsünün inkişaf etməməsilə bağlı idi. Natural təsərrüfatda 
istehsalçının  şəxsi mülkiyyəti olan ibtidai, bəsit  əmək alətlərindən istifadə 
olunurdu.  
Natural təsərrüfatın  əsasını  əkinçilik, maldarlıq və ev sənayesi təşkil edir. 
Natural təsərrüfat dağınıq idi və onun xarici mühitlə heç bir əlaqəsi yoxdur. 
İqtisadiyyatın təşkilinin belə formasına qapalı təsərrüfat deyilir.  
Natural təsərrüfatda tədricən baş verən təkamül istehsalla istehlak arasında 
olan  əlaqələri möhkəmləndirir və beləliklə, iqtisadi sabitlik təmin olunmağa 
başlayır. Natural təsərrüfatda ən’ənəvi istehsal, eyniadlı, eyniçeşidli məhsul istehsalı 
 
40


xarakterik xüsusiyyət kəsb edir. Eyniçeşidli məhsulların istehsalı, sahələr mütənasib-
liyi, daima təkrar olunan bu təsərrüfat tipinin təşkili əmtəə istehsalına kimi üstünlük 
təşkil edən iqtisadi həyatın ümumi formasıdır. 
Natural təsərrüfatda durğunluq, zəif iqtisadi inkişaf mövcud idi. Bu təsərrüfat 
tipində torpaq üzərində xüsusi mülkiyyət yox idi, hər  şey dövlətin  əlində 
cəmlənmişdi, mülkiyyət dövlət hakimiyyətilə qovuşmuşdu. Natural təsərrüfat 
dinamik deyil, konservativ, sabit və  dəyişməz xarakter daşıyırdı. Tarixi təcrübə 
göstərir ki, natural təsərrüfatçılıq formasının müxtəlif modelləri olub: ibtidai 
icma,  Asiya icması, alman icması, slavyan icması və s. 
Natural təsərrüfatın  əmtəə  təsərrüfatı ilə  əvəz olunması uzunmüddətli, 
mürəkkəb və çoxcəhətli bir proses olmuşdur. Bu onunla müəyyən olunur ki, 
natural təsərrüfat inersiyalı  və durğun təsərrüfat tipidir. Bunlara baxmayaraq 
bütün sonrakı istehsal formalarının, o cümlədən  əmtəə  təsərrüfatının  əsasını 
natural təsərrüfat tipi təşkil edir. Cəmiyyət miqyasında  əmtəə münasibətlərinin 
meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişaf etməsi natural təsərrüfat 
daxilində baş vermişdir. 
Deməli,  əmtəə münasibətlərinə natural təsərrüfat daxilində diferensasiyaya 
uğrayaraq mürəkkəbləşən bir təsərrüfat forması kimi baxmaq olar. 
Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili 
formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil 
olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur: 
1.  İctimai  əmək bölgüsü. Əmtəə istehsalı  şəraitində müxtəlif təsərrüfat 
sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə 
ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif 
sahələri yaranır. 
2. Mülkiyyət formaları. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması 
əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri üzərində 
olan mülkiyyət sahibinə  məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz məhsulunu 
əmtəə kimi digər zəruri  əmtəəyə  dəyişdirməlidir, yə’ni məhsul mübadilə 
olunmalıdır. 
3.  İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi 
olmalıdır.  İctimai  əmək bölgüsünün nəticəsi olaraq istehsalçılar ayrı-ayrı  məhsul 
istehsalı üzrə ixtisaslaşdıqlarına görə bu istehsalçıların başqa məhsullara olan 
ehtiyacı da artır. Digər tərəfdən, xüsusi mülkiyyət də istehsalçıları ayırır və bu isteh-
salçılar zərurət üzündən bazar vasitəsilə bir-birilə  əlaqə saxlamaq məcburiyyəti 
qarşısında qalırlar. 
4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri. Satış və mübadilə üçün əmtəə 
istehsal edildiyinə görə hər bir istehsalçı bir-birindən xəbərsiz məhsul istehsal edir 
və onlar yalnız bazarda qarşılaşırlar.  İstehsalçılardan kimin çox, kiminsə az 
məhsul istehsal edib mübadiləyə daxil etməsini müəyyən etmək çətindir. Onlar 
bir-birilə ancaq bazar vasitəsilə əlaqə saxlayırlar.  
 
§2. Əmtəə və onun xassələri 
 
Müxtəlif  əmtəələr (iqtisadi ne’mətlər) insanların müxtəlif tələbatını ödəyir. 
 
41


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə