MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

Hazırkı şəraitdə qiymətlərin dövlət tənzimlənməsi ziddiyyətli məsələlərdən biridir. Ümumən qiymətlərin dövlət 
tənzimlənməsi dövlətin qanunvericilik, inzibati və büdcə-maliyyə  tədbirlərinin köməyi ilə qiymətlərə  təsir etmək 
cəhdidir. Bu yolla dövlət iqtisadi sistemin sabit inkişafına, başqa sözlə, qiymətlər vasitəsilə təkrar istehsalın dövri tə-
rəddüdlərinin nizamlanmasına nail olmağa çalışır. 
Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və dolayı metodlarının 
üzvi əlaqəsi ilə reallaşır. Bu metodların ölkələr və ayrı-ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir. 
Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə (istehlak) sahələrində (elektroenergetika, 
nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə 
aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur. 
Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə
ümumən ölkənin tələbatına cavab verə bilən iqtisadiyyatın yüksək inkişaf sürətinin və struktur irəliləyişlərin 
stimullaşdırılması üçün tətbiq edilir. 
Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsi ilə bağlı olan 
amillərə təsir dairəsində ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin emissiyası da daxil olmaqla, vergi, kredit 
və valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox 
sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına 
və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir. 
Dövlət tənzimlənməsi təkcə planlı iqtisadiyyat şəraitində deyil, iqtisadiyyatın idarə olunmasının inzibati 
üsullarından bazar iqtisadiyyatına xas olan iqtisadi keçid dövründə də zəruridir. 
Qiymətlərin dövlət tənzimlənməsinin iki üsulu mövcuddur: iqtisadi və inzibati. Tənzimləmənin iqtisadi üsulu da-
ha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir. 
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi 
əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır. 
Bazar  şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın böhran 
keçirdiyi, sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində  tənəzzül baş verdiyi şəraitdə dövlət üçün 
strateji  əhəmiyyət kəsb edən ayrı-ayrı malların, digər məhsulların qiymətlərinin sürətli artımından  əhalini sosial-
müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil 
olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir. 
Qiymətlərin dövlət tərəfindən inzibati üsullarla tənzimlənməsindən imtina olunması  əhalinin  əksəriyyəti üçün 
arzuolunmaz sosial nəticələrə, qiymətlərin qarşısıalınmaz dərəcədə artımına gətirib çıxara bilər. 
Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə  gəldikdə isə qeyd edilməlidir ki, bu dövlət büdcəsinin 
mənafeyinin ayrı-ayrı  əmtəə istehsalçılarının,  ən vacibi isə son istehlakçıların, vergi ödəyən adi vətəndaşların 
mənafeyi ilə üst-üstə düşməsini təmin edən vergi siyasəti vasitəsilə yerinə yetirilir. 
Dövlət tənzimlənməsinin birbaşa metodları ilə yanaşı qiymətin  əmələgəlmə prosesinə  təsir göstərən dolayı 
metodlar da mövcuddur ki, onlar əlaqəli şəkildə dövlət-inhisar tənzimlənməsinin ümumi alətləri hesab edilirlər. 
Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər.  
 
 
 
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 10. BAZAR İQTİSADİYYATININ MODELLƏRİ 
 
 
§1. Bazar iqtisadiyyatı modellərinin fərqləndirici me’yarları 
§2. Bazarın liberal modelinin spesifik xüsusiyyətləri 
§3. Sosial yönümlü bazar iqtisadiyyatı modeli 
§4. Sosial-demokrat bazar modelinin xarakterik xüsusiyyətləri 
§5. Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
1. 
 «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред. 
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с. 
 
69


3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11.
 
Экономика  переходного  периода / Под  ред.  В.В.     Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12.
 
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,                 1994,–
736с. 
 
 
§1. Bazar iqtisadiyyatı modellərinin 
fərqləndirici me’yarları 
 
Müstəqillik  əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması  və onun 
tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Bununla bağlı, 
inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhə-
miyyətə malikdir. 
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:  
1.Liberal model. 2.Sosial yönümlü bazar iqtisadiyyatı modeli. 3.Bazar iqtisadiyyatının sosial-demokratik modeli. 
1. Liberal model 
aşağıdakı cəhətləri ilə səciyyələnir: 
a) xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması; 
b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini tə’min etməklə onların dövlət tərəfindən 
ola biləcək tə’sirindən qorunması; 
v) dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi; 
q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi; 
d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizlərə  və 
həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi; 
e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi çəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət 
investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması. 
Bu model az və çox dərəcədə xalis formada XX əsrin  əvvəllərindən 20-ci illərin sonuna qədər ABŞ-da 
mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır. 
2. Sosial yönümlü bazar iqtisadiyyatı
 modelinin əsas cəhətləri aşağıdakılardır: 
a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması; 
b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı-ayrı sahələrinin dövlət 
tərəfindən tənzimlənməsi; 
v) dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı 
olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial tə’minat yaradılması, hər bir 
vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə tə’minat verilməsi; 
q) tənzimlənmənin azad rəqabətin saxlanmasına, kapitalların olduqca az əllərdə  cəmlənməsinin qarşısının 
alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi; 
d) işsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi; 
 
70


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə