MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

artıqlığı»  əmələ  gələcək, belə ki, aşağı qiymət  şəraitində alıcılar daha çox almaq 
istəyəcəklər. Digər tərəfdən, əmtəənin real bazar qiymətinin ucuzluğu istehsalçıları 
həmin əmtəəni az təklif etməyə sövq edəcəkdir. Nəticədə qiymətin artması baş ve-
rir ki, bu da bir tərəfdən məhsulun istehsalının genişlənməsinə, digər tərəfdən isə 
istehlakın azalmasına gətirib çıxarır. Bu proses də  əvvəlki kimi tarazlıq 
səviyyəsinin əmələ gəlməsinə qədər baş verəcəkdir. 
Qeyd etmişdik ki, bazarda əmtəənin qiyməti sabit qalmaqla, qeyri-qiymət 
amillərinin tələb və  təklifə  təsiri nəticəsində onların dəyişməsi baş verir. 
Deyilənlərə  əlavə edərək göstərmək lazımdır ki, qeyri-qiymət amillərinin təsiri 
nəticəsində  tələbin və ya təklifin artması  və ya azalması tarazlıq qiymətində  də 
müvafiq dəyişikliyə səbəb olur. Bununla əlaqədar olaraq aşağıdakı dörd hal müm-
kündür: 
- Tələb artarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti yüksələcəkdir
- Tələb azalarsa, təklif isə  dəyişməz qalarsa, onda tarazlıq qiyməti aşağı 
düşəcəkdir; 
- Təklif artarsa, tələb isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti azalacaqdır; 
- Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, tarazlıq qiyməti artacaqdır. 
Yuxarıda deyildiyi kimi, məhsulun qiymətinin dəyişməsi tələb və  təklifin də 
həcmində müvafiq dəyişikliyə səbəb olur. Qiymətlə həcm arasında olan bu asılılıq 
tələb və təklifin elastikliyinin əsasını təşkil edir.  
Göstərmək lazımdır ki, heç də həmişə məhsulun qiymətinin azaldılması (və ya 
artması) səviyyəsi tələb və  təklifin səviyyəsində  də  həmin miqyasda müvafiq 
dəyişikliyə  səbəb olmur. Məhz bu dəyişikliyin səviyyəsi tələb və  təklifin elastik 
olub-olmadığını müəyyən etməyə imkan verir. 
Dediklərimizi tələb və  təklifin elastikliyi timsalında ayrı-ayrılıqda izah edək. 
Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun qiymətinin müəyyən miqdar 
dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi başa düşülür. Bu 
elastiklik aşağıdakı əmsalla ifadə olunur: 
E
Q
Q
P
P
d
p
=
Δ
Δ
:
 
Burada 
 - tələb edilən məhsulun səviyyəsindəki dəyişikliyi
ΔQ
Q
   - ilkin tələbin səviyyəsini, 
ΔP
 - qiymətin dəyişmiş səviyyəsini, 
P
   - qiymətin ilkin səviyyəsini əks etdirir. 
Bununla E  - göstərir ki, burada söhbət tələbin (d) qiymətlə bağlı  (p
elastikliyindən (E) gedir. 
Tələbin elastik olub-olmadığını müəyyən etmək üçün hər  şeydən  əvvəl vahid 
elastiklik səviyyəsini müəyyən etmək lazımdır. Vahid elastiklik dedikdə, qiymətin 
azalması  səviyyəsinin (faizinin) tələbin artması  səviyyəsinə (faizinə) bərabərliyi 
başa düşülür. Məsələn, qiymətin 2 dəfə azalması ilə tələbin, yəni (məhsul satışının) 
həcminin də 2 dəfə artması bu məhsulla bağlı tələbin vahid elastikliyini sübut edir 
(yəni E=1). 
Tələbin elastikliyini təhlil etməzdən əvvəl göstərmək lazımdır ki, reallaşdırılmış 
tələbdən, yəni satışdan əldə edilən pul gəlirlərinin həcmi (R), məhsulun qiyməti (P) 
 
63


ilə onun bazara çıxarılan kəmiyyətinin (Q) hasilinə bərabərdir.  
Yəni:  
R = P  Q
×
 
Bu halda əgər qiymətin azalması  nəticəsində satışın artmasından  əldə edilən 
gəlir qiymətin azalmasından itirilən gəlirdən çox olarsa, gəlir elastik hesab edilir 
(yəni E>1) əksinə, qiymətin aşağı düşməsindən itirilən gəlir bunun nəticəsində 
tələbin (yəni satışın) artmasından əldə edilən gəlirdən çox olarsa, tələb qeyri-elas-
tikdir (yəni E<1). 
Elastik və qeyri-elastik tələbi misalla izah edək. Fərz edək ki, qiymətin 6 
manatdan 2 manata qədər (yəni 3 dəfə) azalması satışın həcminin 4 dəfə (2 
ədəddən 8 ədədə  qədər) yüksəlməsinə  səbəb olmuşdur. Bu zaman qiymətin 
azalması  nəticəsində satışdan  əldə edilən gəlir 12 manatdan (
) 16 manata 
(
) çatmışdır. 
6 2
×
2 8
×
Belə bir vəziyyət tələbin elastik olduğunu göstərir. Tələbin qeyri-elastikliyini 
aşağıdakı misalla göstərək. Fərz edək ki, satış qiymətinin 6 manatdan 2 manata 
qədər (yəni 3 dəfə) azalması tələbin (satışın) həcmini yalnız 2 dəfə (2 ədəddən 4 
ədədə qədər) artırmış, bu zaman satışdan əldə edilmiş gəlir 12 manatdan (
2 6
×
) 8 
manata (
) düşmüşdür. Bu vəziyyət tələbin elastik olmadığını göstərir. 
2 4
×
İqtisadi  ədəbiyyatda tələbin qiymətlə bağlı elastikliyi ilə yanaşı onun gəlirlə 
bağlı  və  kəsişən elastikliyi formaları da bir-birindən fərqləndirilir. Gəlirlə bağlı 
elastiklik nə deməkdir? Əvvəldə göstərmişdik ki, öz faydalı xüsusiyyətlərinə görə 
bir sıra əmtəələr normal məhsullar, digərləri isə aşağı keyfiyyətli mallar hesab edi-
lirlər. Əhalinin gəlirləri artdıqca normal məhsulların hətta yüksək qiymətində belə, 
onlara olan tələb yüksəlir, az keyfiyyətli malların isə aşağı qiymətində belə, onlara 
olan tələb azalır. Gəlirlə bağlı elastiklik aşağıdakı əmsalla hesablanır: 
       Tələb edilən məhsulun dəyişməsi səviyyəsi 
E = 
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ 
                 Gəlirin dəyişməsi səviyyəsi 
 
Tələbin kəsişən elastikliyi isə bir-birilə bağlı məhsullara olan tələblə əlaqədardır. 
Əgər 2 əmtəə bir-birinin əvəzediciləridirsə (məsələn, mal əti və qoyun əti) 
birincinin (mal ətinin) qiymətinin aşağı düşməsi, digərinin qiyməti dəyişməz 
qaldığı halda ona olan tələbi də aşağı salacaqdır.  
Digər halda, 2 əmtəə bir-birini tamamlayarsa, (məsələn, maqnitofon və kaset), 
birinin (maqnitofonun) qiymətinin yüksəlməsi digərinə olan tələbi aşağı salacaqdır. 
Tələbin kəsişən elastikliyi aşağıdakı əmsalla hesablanır: 
 
        X məhsula olan tələbin dəyişməsi səviyyəsi 
E = 
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ 
        Y məhsulunun qiymətinin dəyişməsi səviyyəsi 
 
Tələbin elastikliyi bir sıra amillərin (məsələn, məhsulun istehlakdakı payının, 
əvəzedici məhsulların olmasının) təsiri altında formalaşsa da, bu amillərdən  ən 
vacibi vaxt amilidir. Qısa vaxt ərzində  məhsula olan tələb qeyri-elastikdirsə, 
nisbətən uzun vaxt ərzində o daha elastikdir. Məsələn, qəndin qiymətinin yüksəl-
 
64


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə