MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

 
Müasir birjaların, xüsusən əmtəə birjasının ən klassik formaları yarmarkalar 
və auksionlar şəklində mövcud olmuşdur. Bununla belə qeyd etmək lazımdır ki, 
ticarətin göstərilən klassik formaları bu gün də bazarın infraquruluşunda özünə 
məxsus əhəmiyyət kəsb edirlər. 
Yarmarka sözünün alman dilində  hərfi tərcüməsi «hər il keçirilən bazar» 
deməkdir. Öz mahiyyətinə görə topdansatış ticarəti forması olan yarmarkaların, 
göründüyü kimi, əsas fərqləndirici xüsusiyyəti onların müəyyən dövrdən bir, 
həftədə  və yaxud ildə bir neçə  dəfə keçirilməsidir. Birjadan fərqli olaraq, 
yarmarkada alqı-satqı əməliyyatında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak  
edirlər,  ya  da  ki,  bura öz səlahiyyətli nümayəndələrini (agentlərini) göndərirlər. 
Onu da qeyd etmək lazımdır ki, yarmarkalarda bağlanılan ticarət 
sövdələşmələrinin həcmi heç də kiçik olmur. Müasir dövrdə ölkə daxilində baş 
verən ticarət  əməliyyatlarında yarmarkaların rolu xeyli azalsa da beynəlxalq 
münasibətlərdə onlar hələ öz əhəmiyyətlərini müəyyən dərəcədə qoruyub saxlaya 
bilmişlər. Bu baxımdan beynəlxalq yarmarkaların hal-hazırda bir neçə növü fəaliyyət 
göstərir. Bunlara daxildir: universal yarmarkalar (məsələn, Türkiyənin  İzmir  şə-
hərində), çoxsahəli yarmarkalar (Fransanın paytaxtı Parisdə), ixtisaslaşdırılmış 
yarmarkalar (Almaniyanın Münxen şəhərində) və s. 
Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə 
mübadiləsini inkişaf etdirmək məqsədi ilə 1925-ci ildə Parisdə Beynəlxalq 
Yarmarkalar İttifaqı yaradılmışdır. 
Yuxarıda göstərildiyi kimi, bazar infrastrukturunun vacib ünsürlərindən biri 
də auksionlardır. Qeyd etmək lazımdır ki, auksionların klassik forması kimi mal, 
maddi  əşya tərkibinə malik məhsul auksionları  çıxış edirlər. Hal-hazırda belə 
auksionlardan həm ölkədaxili, həm də beynəlxalq ticarət əməliyyatlarında kifayət 
qədər istifadə edirlər. Bununla bərabər, xüsusilə inzibati-amirlik iqtisadiyyatından 
bazar iqtisadiyyatına keçid dövründə  həyata keçirilən dövlət mülkiyyətinin 
özəlləşdirilməsi ilə əlaqədar olaraq çek auksionları da geniş yayılmışdır. 
Mal auksionu dedikdə, əvvəlcədən müəyyən edilmiş dövrdə və yerdə bir sıra 
əmtəələrin (çayın, xəz dərinin, tütünün və s.) ayrı-ayrı hissələrlə,  şifahi ticarət 
yolu ilə ümumi aşkarlıq şəraitində satılması başa düşülür. 
 Auksionun könüllü və məcburi növləri vardır. Könüllü auksion öz əmtəəsini 
daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. Məcburi auksionlar isə 
məhkəmə  və dövlət orqanları  tərəfindən borclarını verə bilməyənlərin (və ya 
vermək istəməyənlərin)  əmlakını, müsadirə edilmiş  əmtəələri və yükləri, girov 
qoyulub  vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən 
əmtəələri və s. satmaq məqsədilə təşkil olunur. 
Qeyd etmək lazımdır ki, alqı-satqının mal auksion növü beynəlxalq ticarətdə 
daha geniş yayılmışdır. Beynəlxalq auksion ticarəti ildə bir neçə  dəfə, bir qayda 
olaraq, iri ticarət mərkəzləri olan liman şəhərlərində  (Londonda, Nyu-Yorkda
Amsterdamda, Kəlküttədə, Liverpulda, Sidneydə və s) təşkil olunur. 
Auksionların çek formasını adi mal auksionları ilə eyniləşdirən bir sıra 
cəhətlər vardır. Belə ki, auksionun hər iki formasının iştirakçılarının sayı qeyri-
məhduddur, satışa çıxarılan məhsulun qiyməti ona olan tələbin həcmindən asılı 
 
81


olaraq dəyişir və s. Qeyd etmək lazımdır ki, çek auksionlarında satışa çıxarılan 
obyekt kimi öz dəyərini səhmlərdə  əks etdirən hər hansı bir müəssisə  çıxış edir. 
Həmin müəssisə nə qədər zəngin olarsa və gəlirlə işləyərsə, onu almaq istəyənlərin 
sayı da bir o qədər çox, onun qiyməti də bir o qədər baha olacaq. 
Bununla belə çek auksionlarının bəzi fərqli cəhətləri vardır. Buna sübut 
olaraq hal-hazırda respublikada fəaliyyət göstərən çek auksionlarını misal 
çəkmək olar. Hər  şeydən  əvvəl göstərmək lazımdır ki, burada satışa çıxarılan 
məhsulun qiyməti adi mal auksionunda olduğu kim pulla deyil, çeklərlə ödənilir. 
Müəssisələrin qiymətinin çeklərlə ödənməsi  əsasən sosial ədalətin gözlənilməsi 
zərurətindən doğur, belə ki, bütün özəlləşdirmə çekləri respublikanın bütün 
vətəndaşları arasında bərabər bölündüyü üçün, onlar eyni, ilkin, start 
vəziyyətindən çıxış edirlər. 
Digər bir cəhət ondan ibarətdir ki, auksiona gələn alıcılar səhmlərini almaq 
istədikləri müəssisəni seçərək bu barədə müvafiq sifariş verirlər. Bu sifariş 
haqqında yalnız sifarişçi özü və  onu qəbul edən auksion işçisi bilirlər, yəni bu  
proses «bağlı», gizli şəkildə aparılır. Auksionun nəticəsi auksion komissiyası 
tərəfindən müvafiq hesablamalar aparıldıqdan və nəticə çıxarıldıqdan sonra məlum 
olur. Müəssisəyə  məxsus səhmlərin sifarişçilər arasında bölüşdürülməsi hər bir 
sifarişçi tərəfindən təqdim edilmiş çekin və ümumi sifarişlərin həcminə görə 
həyata keçirilir. Auksiona çıxarılan müəssisəni almaq üçün verilmiş sifarişlərin 
(təqdim edilən çeklərin) sayı nə qədər az olarsa, onlara düşən səhmin payı da bir 
o qədər çox olar və əksinə. Göründüyü kimi, çek auksionlarının adi auksionlardan 
fərqi bir də ondadır ki, çek təqdim edən sifarişçilərin hamısına müəssisənin 
dəyərindən son nəticədə müəyyən miqdar pay düşür. 
Bazar  iqtisadiyyatının  infraquruluşunda müxtəlif xidmətlər göstərən 
kampaniyalar da mühüm rol oynayırlar ki, bunların da biri fiziki və hüquqi şəxslərə 
lizinq xidməti göstərən kampaniyalardır. Xidmətin bu növü Qərb ölkələrində əsasən 
XX əsrin 60-cı illərindən başlayaraq geniş vüs’ət almışdır. Hər şeydən əvvəl gös-
tərmək lazımdır ki, lizinq dedikdə, istehlakçının sifarişi  əsasında  əmlakı satın 
almaqla onu istehlakçıya icarəyə vermək məqsədi ilə həyata keçirilən xidmət növü 
başa düşülür. Lizinq müqaviləsinin obyekti kimi istehsal vasitələri - istehsal təyinatlı 
binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak ola bilər. 
Lizinq müqaviləsinin subyektləri öz əmlakını lizinq müəssisəsinə satan hüquqi və 
fiziki  şəxslər,  əmlakı satın almaqla (öz mülkiyyətinə daxil etməklə) onu icarəyə 
verən lizinq müəssisələri,  əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslərdən 
ibarətdir. Göründüyü kimi, lizinq iştirakçıları kimi üç tərəf - satıcı, lizinq müəssi-
səsi və icarəçi çıxış edirlər. Bununla belə bəzən lizinq xidməti iki tərəfin iştirakı 
ilə  də  həyata keçirilə bilər. Bu halda maliyyə  vəsaitinə ehtiyacı olan müəssisə öz 
mülkiyyətində olan əmlakı lizinq müəssisəsinə satdıqdan sonra, onu yenidən 
həmin müəssisədən icarəyə götürür. 
Müxtəlif ölkələrdə lizinq xidməti ya bu məqsədlə yaradılmış kampaniyalar, 
ya da ki, maliyyə-kredit təşkilatları tərəfindən həyata keçirilir. 
Lizinq  əməliyyatı müəyyən mənada  əmtəənin alqı-satqısını  məhdudlaşdırsa 
da, ümumiyyətlə, mövcud istehsal vasitələrindən səmərəli istifadə üçün şərait 
yaradır. Bir sıra hallarda isə icarəyə götürən tərəf müqavilə müddəti qurtardıqdan 
 
82


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə