N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

– Siz, deyəsən, təəccüblənmisiniz, – deyə o mənim mat qaldığımı görüb
söylədi. – Məni maarifləndirdiyiniz üçün təşəkkür edirəm, amma tezliklə bütün
bunları unutmağa çalışacağam.
– Unutmağa?!
– Bilirsinizmi, zənnimcə, insan beyni boş, balaca bir çardağı xatırladır. Siz
ora əşyaları istədiyiniz kimi yığa bilərsiniz. Axmaq adam əlinə keçən köhnə-
kürüş nə varsa, ora dolduracaq və faydalı, xeyirli şeylərə yer qalmayacaq, bu
zir-zibilin içində onları tapmaq çətin olacaq. Ağıllı adam isə beyninin çardağına
yığmaq istədiklərini diqqətlə saf-çürük edəcək. O yalnız işində lazım ola bi lə -
cək ləvazimatları seçəcək və çox olmalarına baxmayaraq, səliqə ilə hərəsini
öz yerinə düzəcək. İnsanlar nahaq yerə elə düşünürlər ki, bu otağın divarları
elastikdir və onu istədiyin qədər dartmaq olar. Sizi inandırıram, vaxt gələcək
və yeni bir şey öyrəndiyiniz vaxt əvvəlkilərdən nəyisə unudacaqsınız. Buna
görə də lazımsız məlumatların lazım olanları sıxışdırıb çıxarmaması çox
vacibdir.
– Yaxşı, axı Günəş sistemi haqda məlumatsız olmaq!.. – deyə mən az qala
qışqırdım.
– Bu mənim nəyimə lazımdır axı? – deyə o, hövsələsiz şəkildə  sözümü
kəsdi. – Yaxşı, tutaq ki, biz, həqiqətən də, dediyiniz kimi, Günəşin ətrafında
fırlanırıq. Bəs birdən bizim Ayın ətrafında dövrə vurduğumuzu öyrənmiş
olsaydım, bunun mənə və ya işimə nə köməyi dəyə bilərdi?
Mətn dinlənildikdən sonra debat keçirilir:
I qrup Şerlok Holmsun mövqeyini müdafiə edir.
II qrup doktor Vatsonun mövqeyini müdafiə edir.
Dil qaydaları
(St. 4.1.2) 
7-ci tapşırıq dil qaydaları üçün motivasiya rolu oynaya bilər. Belə
ki, mətn də göy rənglə verilmiş vacib olan, xeyriyyə konsertləri, Paqanini kimi
ifadələri üzərində araşdırma aparılır. 
Müəllimin nəzərinə!
Şagirdlər 3-cü sinifdə söz birləşmələri haqqında məlumat almışlar.
Şagirdlər əvvəlki siniflərdə əldə etdikləri bacarıqlar əsa sında müəyyən
edirlər ki, Paqanini kimi ifadəsinin ikinci tərəfi müs təqil leksik mənaya
malik deyil, vacib olan isə mürəkkəb feildir. Tap şı rıqda nəzərdə tutul -
muş hər üç tələb yalnız xeyriyyə kon sertləri ifadəsinə aid edilə bilər.
Müşahidələrin nəticəsi kimi ümumiləşdirmə aparıb söz birləşməsi
haqqında ilkin nəzəri məlumatı şagirdlərlə birgə çıxarmaq olar. 
8 və 9-cu tapşırıqların icrası zamanı şagirdlər əvvəlcə özləri söz bir ləşməsi
qurur, sonra isə müxtəlif ifadələr içərisindən söz birləşmələrini seçirlər. 
36

BÖLMƏ 


Tədqiqatın davamı kimi söz birləşmələrini mürəkkəb sözlərdən və cümlə -
lər dən fərqləndirmək nəzərdə tutulur (10-11-ci tapşırıqlar). 12-14-cü tap şı rıq -
ların icrası müqayisəetmə bacarığını daha da möhkəmləndirir. Şagirdlər hər
hansı söz və ya ifadənin cümləyə çevrilə bilməsi üçün lazım olan xəbərlik
şəkilçisini əlavə edərək (predikativlik) cümlə ya 
rada, eyni zamanda söz
birləşməsi ilə cümləni müqayisə edə bilərlər.
15-ci tapşırığın icrası zamanı şagirdlər şeirdəki söz birləşmələrini və on -
ların arasındakı sintaktik əlaqələri müəyyənləşdirməlidirlər.  
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
37
KAMİLLİYƏ DOĞRU


Dərs 4. İNSAN BEYNİ (3 saat)
Motivasiya
BİBÖ:
Müəllimin nəzərinə!
Bu mətn riyaziyyat və biologiya fənləri ilə sıx inteqrasiya təşkil etdi -
yindən müəllim əvvəlcədən müvafiq fənn müəllimləri ilə məsləhətləş -
mələr apara bilər.
Söz ehtiyatı
(St. 2.1.2) 
6-cı tapşırıq. Fənlərarası inteqrasiya. “Əfsanə” və “mif” söz lə -
rinin mənası soruşulur. Çox güman ki, şagirdlər ədəbiyyat fənnindən aldıqları
biliklər əsasında bu sözlərin həqiqi mənasını izah edəcəklər. Belə olduqda
müəllim bu sözləri aşağıdakı cümlələrdə işlədir:
1. Onun danışdıqları başdan-ayağa əfsanədir.
2. XX əsrin sonuna yaxın SSRİ-də kommunizm mifi puç oldu.
Beləliklə, şagirdlər bu sözlərin kontekstdən asılı olaraq məcazi məna kəsb
etdiyini və “uydurma, yalan, boş söhbət” anlamına gəldiyini aydınlaşdırırlar.
Standartlar
Təlim nəticələri
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını nümunələrlə şərh
edir.
Kontekstdən çıxış edərək sözün həqiqi,
yoxsa məcazi mənada işləndiyini müəy -
yənləşdirir. 
2.2.2. Mətnin hissələri arasında əla -
qə ni şərh edir.
Mətnin müxtəlif hissələrində verilmiş
mə lumatlar arasında əlaqə yaradaraq
çıxardığı nəticəni qrafik informasiya
şəklində təqdim edir.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə -
məklə yazıya düzəlişlər edir. 
Mətnin giriş və əsas hissəsindəki məlu -
matlardan çıxış edərək sonluq yazır.
İfadə etmək istədiyi fikirləri abzaslar
üzrə qruplaşdırır və bitkin hissələr ara -
sına keçid cümlələri əlavə edir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt
və hadisələr barədə özünün fikir və
mü lahizələrini dəqiqləşdirir.
Dinlədiyi mətndəki məlumatlarla əv vəl -
lər əldə etdiyi biliklər arasındakı əlaqəni
müəyyənləşdirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Söz birləşməsinin əsas və asılı tərəfini
müəyyən edir.
İNSAN BEYNİ HAQQINDA
BİLİRƏM
İSTƏYİRƏM BİLİM
ÖYRƏNDİM
38

BÖLMƏ 


Oxu
(St. 2.2.2) 
Mətnin I hissəsini səsli oxu ilə oxutmaq tövsiyə olunur. Hissənin
oxusu  başa çat dıqdan sonra mətndaxili sual və tapşırıqlar yerinə yetirilir. 
1-ci mətndaxili tapşırığı yerinə yetirmək üçün belə bir ümumiləşdirmə
aparmaq olar: “Belə bir fikir var idi ki, insan öz beyninin yalnız 10%-dən
istifadə edir. Bu fikir amerikalı psixoloq tərəfindən irəli sürüldükdən sonra bir
sıra kitablar vasitəsilə daha da populyarlaşdı”.
Müəllimin nəzərinə!
2-ci mətndaxili sual şagirdlərdə çətinlik doğura bilər. Ümumiyyətlə,
mətnlərdə müəllif mövqeyinin müəyyənləşdirilməsi şagirdlərdə tənqidi
təfəkkürün inkişafı üçün vacib amillərdən biridir. Bu, şagirdi müstəqil
düşünməyə, aldığı məlumata şübhə ilə yanaşmağa vadar edir. Mətnin
ilk abzas larından görünür ki, müəllif bəzi alimlərin insan beyninin yalnız
10%-nin fəal olması ilə bağlı fikirlərini əfsanə hesab edir. “Bəs bu əf -
sa nə necə yarandı?” cümləsi oxucuya bunu düşünməyə imkan verir.
3-cü mətndaxili sual proqnozlaşdırma üsulunun tətbiqi üçün imkan
yaradır. Şagirdlər öz biliklərinə və təxəyyüllərinə uyğun bu problemlə
bağlı öz fikirlərini izah edə bilərlər.
Oxunu davam etdirərkən Qeydlər götürməklə oxu üsulundan istifadə
etmək olar. 
Qruplarla iş. Mətn oxunduqdan sonra şagirdləri qruplara ayırıb 4-5-ci
sualları və 8-9-cu tapşırıqları ayrı-ayrı qruplara tapşırmaq olar.
Fəndaxili inteqrasiya. 4-cü və 5-ci mətndaxili suallar mətni daha dərindən
qavratmaqla yanaşı, riyaziyyat fənni ilə inteqrasiya yaradır. Şagirdlər 4-cü
sualı cavablandırmaq üçün aşağıdakı hesablamaları apara bilərlər:
6% : 2% = 3 
Deməli, bədən çəkisinin beyin çəkisinə nisbəti baxımından qarışqanın
beyni insan beynindən 3 dəfə böyükdür. Odur ki:
1500 q x 3 = 4500 q
Beləliklə, insan  beyni 4500 qram olmalıdır ki, qarışqaya çatsın.
Müəllim mətndəki məlumatlardan istifadə edərək yeni informasiya əldə
etmək üçün belə bir sualla şagirdlərə müraciət edə bilər: 
– Sizcə, qarışqanın orta çəkisi nə qədərdir?
Bu sualı sadə hesablama yolu ilə cavablandırmaq olar:
3 mq x 100% : 6% = 50 mq
Bu hesablamanın düzgünlüyünü yoxlamaq üçün 50 milliqramın 6%-ni tap-
maq kifayətdir (3 mq).
Müəllimin nəzərinə!
Elmi mənbələrdə göstərilir ki, qarışqanın çəkisi növündən asılı olaraq
1-150 milliqram arasında dəyişir. Lakin 100-150 mq çəkisində qarışqa
növləri çox azdır. Əksəriyyətinin çəkisi 20-50 mq arasındadır. Ona görə
də orta çəki olaraq 50mq götürülür.
39
KAMİLLİYƏ DOĞRU


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə