Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə19/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   15   16   17   18   19   20   21   22   ...   89
16
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Oğlu Ə.Hüseynov spitli içkilərə aludə olduğundan atası L.Həsənova və ona qarşı hədələyici hərəkətlərlə
sağlığında atasına əmlakın kiməsə vəsiyyət etməsinə imkan verməmişdir. Ə.Hüseynov 2004‐cü ilə
qədər ailəsi ilə birlikdə onun himayəsində yaşamasına və onun hesabına dolanmasına baxmayaraq
onu öldürməklə hədələmiş, əmlakını oğurlamaq və talamaqla əmlkını öz adına keçirməyə cəhd etmiş
v
ə edir, iradəsini sərbəst ifadə etməyə imkan vermir.
F.Həsənovanın işi üzrə birinci instansiya məhkəməsi 28 iyul 2008‐ci il tarixli qətnaməsi ilə iddia
tələbini rədd edərək, qətnaməsində məhkəmə göstərmişdir ki, “...iddiaçı miras açılan vaxtdan və
vərəsələr onu qəbul etdikdən on üç il sonra cavabdehin ləyaqətsiz vərəsə sayılması və vərəsəlik üzrə
mirasın 1/8 hissəsinə əldə eydiyi payın ləğv edilməsi barədə tələb irəli sürmüşdür. ...Lakin iddiaçı
h
əm mülki hüquq münasibətlərinin yarandığı müddətdə qüvvədə olan Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 73‐cü maddəsinin, həm də 2000‐ci il sentyabrın 1‐də qüvvəyə minmiş Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 373‐cü maddəsinin tələbinə riayət etməyərək qanunda nəzərdə
tutulan müddətdə şəxsin ləyaqətsiz vərəsə sayılmasına və payın ləğv edilməsinə dair iddia tələbi ilə
məhkəməyə müraciət etməmişdir.”
Ləyaqətsiz vərəsənin aşağıdakı vəzifələri vardır:
1. Geri qaytarmaq vəzifəsi
Yuxarıda qeyd etdiyimiz kimi ləyaqətsiz vərəsənin vəzifələrindən yalnız “geri qaytarmaq” vəzifə
si
normativ hüququ aktda nəzərdə tutulmuşdur. Belə ki, MM‐in 1142‐ci (Ləyaqətsiz vərəsə sayılmış
şəxsin vəzifələri) maddəsinə əsasən, əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz
vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa
borcludur. (2)
Şərh edilən maddənin məzmunundan görsənir ki, şəxs mirası aldıqdan sonra maraqlı şəxsin ərizəsi
əsasında məhkəmə tərfindən ləyaqətsiz vərəsə hesab edilərsə, o zaman vərəsəlik qaydasında
aldıqlarının hamısını, onların bəhərləri və gəlirləri ilə birlikdə qaytamalıdır. Geri qaytarılan əmlak
vərəsələr arasında bölüşdürülür. Belə ki, MM‐in 1144‐cü (Vərəsəlik hüququndan məhrum edilmiş
şəxsin miras payı) maddəsinə əsasən, vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə
çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür.
Layiq olmayan vərəsədən və vəsiyyətnamənin mətnində göstərilməklə vərəsəlik hüququndan mə
hrum
olunmuşdan başqa, istənilən vərəsənin xeyrinə mirasdan imtina edilməsi mümkündür. Belə imtinadan
digər vərəsələr məhkəməyə şikayət verə bilər
(Ətraflı məlumat üçün bax: Mülki hüquq. (Dərslik).
Azərbaycan dilində. Tərcümə edən İ.Tahirov. Bakı, “Qanun” nəşriyyatı, 2006. 572 səhifə. Səhifə 347.)
Əgər şəxs vərəsəliyi əldə edərkən mirasın yaxşılaşdırılması və yaxud genişləndirilməsi üçün öz
vəsaitindən hər hansı bir miqdarda pul xərcləmişsə və sonradan o ləyaqətsiz vərəsə hesab edilərə
k
mirasdan bütövlükdə məhrum olmuşsa, o zaman miras üçün çəkdiyi xərcləri digər vərəsələrdən tələb
etmək hüququna malikdir.
Geri qaytarmaq vəzifəsi tarixə nəzər yetrirsək hələ Qədim Roma hüququnda mövcud olmuşdur. Qədim
Romada v
icdansız sahib “hereditatis petitio” üzrə mirasdan bütün bəhrələri və artımları ilə birlikdə
aldığının hamısını iddiaçıya verməli idi, alınmış sərvətlərin təqsirli (iddia verilən andan isə həm də
təsadüfi) məhv olunmasına və ya xarab olmasına görə məsuliyyət daşıyırdı və yalnız çəkdiyi zəruri
və faydalı məsrəfləri, həm də faydalı məsrəfləri onların hazırladıqları əşyaların dəyərini artırdığı qədər
saxlaya bilərdi
(Ətraflı məlumat üçün bax: И.Б.Новитски. Рома hyгугу. Bakı, “Qanun” nəşriyyatı – 1999,
224
с. səh. 214‐215)
Geri qaytarmaq vəzifəsi eyni zamanda Rusiya Federasiyasının və
Qazaxstan
Respublikasının Mülki Məcəllələrində nəzərdə tutulmuşdur.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə