Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   53   54   55   56   57   58   59   60   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

185


Əri  ilə  gözəl  rəftarı

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Bir  gün  başımda  toxum  daşıyarkən  Peyğəmbərlə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

rastlaşdım.  Yanında  ənsardan  bəzi  şəxslər  

var  idi.  Məni  çağırdı  və  (dəvəsini  saxlamaq  üçün)  dedi:  “İx!  

İx!”  Məni  dəvəsinin  arxasına  mindirmək  istəyirdi.  Kişilərlə  

getməkdən  utandım,  Zübeyrin  qısqanclığını  xatırladım.  Zü-

beyr  çox  qısqanc  idi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

biləndə  ki,  utanıram,  keçib  getdi.  Zübeyrin  yanına  çatıb  dedim:  

“Yolda  başımda  toxumları  daşıyarkən  Peyğəmbərlə  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

rastlaşdım.  Yanında  ənsardan  bəzi  şəxslər  var-

dı.  Minməyim  üçün  dəvəsini  yerə  çökdürdü,  mən  isə  utanaraq  

minmədim,  çünki  qısqanclığını  bilirəm.”  Zübeyr  dedi:  “Allaha  

and  olsun  ki,  başında  toxum  daşımağın  mənə  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dəvəsinə  minməkdən  daha  ağır  gəlir”.  

Bundan  sonra  Əbubəkr  mənə  bir  xidmətçi  göndərdi.  Mən  də  

ata  baxmaqdan  xilas  oldum.  O,  məni,  sanki,  (köləlikdən)  azad  

etmişdi”

1

.  



Möminliyi və Allahın 

əmrlərinə riayət etməsi

Rəvayət  olunur  ki,  Əsma  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

so-


ruşdum:  “Ey  Allahın  rəsulu,  Zübeyrin  mənə  verdiyindən  başqa  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

186


heç  nəyim  yoxdur.  (Amma  sədəqə  çıxmaq  istəyirəm.)  Sədəqə  

verə  bilərəmmi?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ver  və  əsla  xəsislik  etmə,  yoxsa  sənə  də  xəsislik  olunar!”

1

  

Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  anam  bizə  gəlmişdi.  Peyğəmbərin  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

sağlığında  ikən  müşrik  idi.  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdum:  “Anam  yanıma  gəlib,  

istəyir  ki,  ona  yaxşılıq  edim,  köməklik  göstərim.  Ona  iltifat  

göstərimmi?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Bəli,  ona  iltifat  göstər!”

2

Allah yolunda əliaçıqlığı

Rəvayət  olunur  ki,  Əsma  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Bir  kişi  yanıma  gəlib  dedi:  “Ey  Abdullahın  anası,  mən  ka-

sıb  biriyəm.  İstəyirəm  evinin  kölgəsində  alış-veriş  edim.”  Alıb-

satmağa  başladı,  qazancı  oldu.  Hətt a  ona  bir  kəniz  də  satdım.  

Zübeyr  evə  gəldiyində  satdığım  kənizin  pulu  dizimin  üstündə  

idi.  Zübeyr  dedi:  “Onu  mənə  hədiyyə  et.”  Dedim:  “(Yox,  pulu)  

sədəqə  verəcəyəm”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yəni,  bir  şeyi  

qaba  yığma,  yoxsa  Allah  da  səndən  lütfünü  əsirgəyər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

187


Öyrənməyə və ibadətə hərisliyi

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“(Günəş  tutulduğu  vaxt)  Aişənin  yanına  getmişdim.  Namaz  

qılırdı.  Dedim:  “Bu  insanlar  nə  edirlər?”  (Günəşin  tutulduğu-

nu  göstərmək  üçün)  başı  ilə  səmaya  işarə  etdi.  (Həmin  vaxt)  

insanlar  namaz  qılırdılar.  Aişə  dedi:  “Sübhənallah!”  Soruşdum:  

“Bu  bir  əlamətmi?”  Başı  ilə  “Bəli!”  dedi.  Mən  də  taqətdən  

düşənədək  namaz  qıldım...”

Hədisin  Cabir  ibn  Abdullaha  istinadla  Müslim  tərəfindən  

rəvayət  edilmiş  versiyasında  deyilir:  

“İsti  gündə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

səhabələri  ilə  namaz  qılırdı.  Namazı  o  qədər  uzatdı  ki,  

(səhabələr)  yorğunluqdan  yıxılmağa  başladılar.  Mən  də  başıma  

su  tökməyə  başladım  (Müslimin  Əsmaya  istinadla  rəvayət  etdi-

yi  başqa  versiyada  oxuyuruq:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

namazı  o  qədər  uzatdı  ki,  oturmaq  istədim.  Amma  

çevrilib  zəif  bir  qadın  gördüm.  “Bu  qadın  ki  məndən  daha  

zəifdir!  Elə  isə  ayaqda  duracağam!”  –  dedim.  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

rükuya  gedib  rükusunu  uzatdı.  Sonra  

belini  dikəldib  uzun  müddət  ayaqda  dayandı.  Əgər  (bu  zaman)  

bir  adam  (oraya)  gəlsəydi,  elə  güman  edərdi  ki,  Peyğəmbər  

heç  rükuya  getməyib”).  Namazdan  sonra  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

Allaha  həmd-səna  edib  dedi:  “Elə  bir  

şey  qalmadı  ki,  bu  məqamda  (namazda)  mənə  göstərilməmiş  

olsun!  Hətt a  cənnət  və  cəhənnəm  göstərildi.  Mənə  vəhy  edildi  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə