Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə54/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   50   51   52   53   54   55   56   57   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

176


na  apardım.  Əlində  (heyvanları)  dağlama  çubuğu  ilə  gördüm.  

Məni  gördükdə  dedi:  “Deyəsən,  Ümmi-Süleym  uşaq  dünyaya  

gətirib.”  “Bəli!”  –  dedim.  Əlindəkini  yerə  qoydu.  Mən  də  uşağı  

aparıb  qucağına  qoydum.  Peyğəmbər  Mədinənin  “əcvə”  xur-

masından  istədi  və  xurmanı  ağzına  qoyub  əriyənədək  yavaşca  

çeynədi.  Sonra  uşağın  ağzına  tökdü.  Uşaq  dili  ilə  xurmanın  

qalanını  ağzına  soxdu,  sonra  dilini  çıxarıb  dodaqlarını  yalamağa  

başladı.  Bu  vaxt  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Ənsarın  xurma  sevgisinə  bir  baxın!”  Sonra  uşağın  üzünə  sığal  

çəkib  adını  “Abdullah”  qoydu”

1

.

Peyğəmbərin Ümmi-Süleymin 



qeydinə qalması

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

rəvayət  edir  ki,  Peyğəm-

bər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Süleymin  evindən  

başqa  Mədinəyə  heç  bir  evə  tez-tez  getməzdi.  Amma  xanım-

ları  müstəsna  idi.  Ondan  bunun  səbəbini  soruşanlara  demiş-

di:  “Ona  ürəyim  yanır,  çünki  qardaşı  mənim  yanımda  şəhid  

olmuşdur”

2

.

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Süleym  

evdə  olmadıqda  onlara  gəlir,  onun  yerində  yatırdı.  Bir  dəfə  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gələrək  onun  yerində  

yatdı.  Ümmi-Süleym  evinə  qayıtdıqda  ona  dedilər:  “Bu  (yatan)  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  



Müslimindir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

177


Peyğəmbərdir,  gəlib  sənin  evində,  sənin  yerində  yatıb.”  (Ənəs  

deyir:)  “Ümmi-Süleym  gəldiyində,  (Peyğəmbər)  tərləmiş,  təri  

yataqdakı  dəri  parçasında  toplanmışdı.  Ümmi-Süleym  sandıq-

çasını  açıb,  həmin  təri  şüşələrə  sıxmağa  başladı.  Bu  əsnada  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ayılıb  soruşdu:  “Ey  

Ümmi-Süleym,  nə  edirsən?”  Dedi:  “Ey  Allahın  rəsulu,  onun  

(tərin)  övladlarımız  üçün  bərəkətli  olacağını  ümid  edirik.”  Pey-

ğəmbər  buyurdu:  “Düz  edirsən”

1

.



Özü və ailəsinin

2

 Peyğəmbərə 

qayğı göstərməsi

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Mühacirlər  Mədinəyə  gəldiklərində  heç  nələri  yox  idi.  Ən-

sarın  (mədinəli  müsəlmanların)  isə  torpaq  sahələri  və  mülkləri  

vardı.  Mədinəli  müsəlmanlar  məhsulun  yarısını  onlara  vermək  

şərti  ilə  (bu  sahələri  onlarla  bölüşmüşdülər).  Ənəsin  anası  da  

(Ümmi-Süleym)  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  


neçə  xurma  ağacı  hədiyyə  etmişdi”

3

.  



Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Mədinəyə  gəldikdə  

on  yaşım  vardı.  Valideynlərim  məni  Peyğəmbərə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

xidmət  etməyə  həvəsləndirirdilər.  Mən 

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Söhbət Ümmi-Süleym, oğlu, əri, bacısı və anasından gedir. 

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

178


Peyğəmbərə  on  il  xidmət  etdim,  o, vəfat  etdiyində  iyirmi  yaşım  

vardı”


1

.

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“(Bir  dəfə)  uşaqlarla  oynayarkən  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanıma  gəldi  və  məni  bir  iş  dalınca  göndərdi.  

Bu  üzdən  anamın  yanına  gec  qayıtdım.  Soruşdu:  “Nə  üçün  

gecikmisən?”  Dedim:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

məni  bir  iş  dalınca  göndərmişdi.”  Soruşdu:  “O  nə  işdir  

elə?”  Dedim:  “Bu  sirdir.”  Dedi:  “Elə  isə  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

sirrini  kimsəyə  danışma”

2

.

Dərrakəsi və səmimi qəlbdən 



təvəkkül etməsi

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  Əbu  Təlhə  Ümmi-Süleymə  dedi:  “Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səsi  zəif  çıxır.  Bilirəm  ki,  ac-

dır.  (Yeməyə)  nəyinsə  varmı?”  Ümmi-Süleym:  “Bəli!”  –  deyib,  

arpa  kökələri  və  örtüyünü  çıxardı.  (Ənəs  deyir:)  “Kökələri  

örtüyündən  bir  parça  ilə  sarıyıb  mənə  verdi  və  qalan  parça  

ilə  əlimə  bənd  etdi.  Sonra  məni  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  göndərdi.  Çörəkləri  Peyğəmbərə  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

apardım.  Peyğəmbəri  məsciddə  tap-

dım,  yanında  adamlar  vardı.  Yaxınlaşdığımda  soruşdu:  “Səni  

Əbu  Təlhəmi  göndərib?”  “Bəli!”  –  dedim.  (Təkrar)  soruşdu:  

“Yeməkləmi  göndərib?”  Dedim:  “Bəli!”  Peyğəmbər  

(Ona  Allahın  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə