Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə50/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   46   47   48   49   50   51   52   53   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

162


tez-tez  soruşurdu:  “Mən  sabah  kimin  yanında  olacağam,  mən  

sabah  kimin  yanında  olacağam?”  (Bunu  deməklə)  Aişənin  ya-

nında  qalmağı  istəyirdi.  Zövcələri  istədiyinin  yanında  qalsın  

deyə  razılıq  verdilər.  Peyğəmbər  Aişənin  evində  qaldı  və  onun  

yanında  vəfat  etdi.  Həzrəti  Aişə  deyirdi:  “Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

mənim  növbəmin  çatdığı  gündə  vəfat  etdi.  

Başı  mənim  sinəmdə  ikən  Allah  onun  canını  aldı”

1

.



Səhabələrin Həzrəti Aişəyə ehtiramı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Əsmadan  bir  boyunbağı  əmanət  götürmüşdüm.  İtirdim.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhabələrini  göndərdi  

ki,  boyunbağını  axtarsınlar.  (Yolda)  namaz  vaxtı  çatdı  və  onlar  

namazı  dəstəmazsız  qıldılar.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yanına  qayıtdıqlarında  bunu  ona  xəbər  verdilər.  

(Bu  səbəbdən)  təyəmmüm  ayəsi  nazil  oldu.  Üseyd  ibn  Hüzeyr  

(Həzrəti  Aişəyə  xitabən)  dedi:  “Allah  səni  xeyirlə  mükafatlan-

dırsın!  And  olsun  ki,  səninlə  əlaqəli  elə  bir  ayə  nazil  olmadı  ki,  

Allah  onun  vasitəsilə  sənə  çıxış  yolu  göstərməsin,  müsəlmanlara  

da  bərəkət  endirməsin!”

2

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  iki  

yerə  ayrılmışdılar.  Bir  tərəfdə  Aişə,  Həfsə,  Səfiyyə  və  Sevda,  

digər  tərəfdə  isə  Ümmi-Sələmə  və  başqaları  vardı.  Müsəlmanlar  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişəyə  bəslədiyi  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

163


sevgiyə  bələd  idilər.  Onlardan  biri  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

hədiyyə  vermək  istədiyində  gözləyirdi  o,  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişənin  evinə  getsin.  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aişənin  evində  ikən  hədiyyəni  ona  

göndərirdi”

1

.  



İbn  əbu  Müleykə  rəvayət  edir  ki,  İbn  Abbas  vəfatından  

qabaq  Həzrəti  Aişənin  yanına  girmək  üçün  icazə  istəmişdi.  

(Həzrəti  Aişəyə)  demişdilər:  “Gələn  Peyğəmbərin  əmisi  oğlu  

və  müsəlmanların  böyüklərindən  İbn  Abbasdır.”  Həzrəti  Aişə  

demişdi:  “Gəlsin.”  İbn  Abbas  soruşmuşdu:  “Barəmdə  fikrin  

nədir?”  Həzrəti  Aişə  demişdi:  “Allahdan  qorxduğun  təqdirdə  

yaxşı  kimsəsən.”  İbn  Abbas  demişdi:  “İnşallah  ki,  sən  yaxşısan,  

ey  Peyğəmbərin  xanımı!  O,  səndən  başqa  bakirə  ilə  evlənməmiş  

və  iff ətin

2

  haqqında  ayə  nazil  olmuşdu”



3

.

Hədisin  başqa  versiyasında  deyilir:



“Ey  Möminlərin  anası!  Sən  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

və  Əbubəkri  ucaltmada  hər  kəsi  geridə  qoymusan”.  



MÖMİNLƏRİN ANASI ÜMMİ-SƏLƏMƏ

Həbəşistana hicrət etməsi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 İfk   hadisəsini  nəzərdə  tuturdu.

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

164


“(Bir  dəfə)  Ümmi-Həbibə  və  Ümmi-Sələmə  Həbəşistanda  

gördükləri  kilsə  və  içərisindəki  şəkillərdən  danışırdılar.  Bunu  

Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

danışdıqlarında  

dedi:  “Onlar  öz  aralarından  əməlisaleh  bir  kəs  vəfat  etdiyində  

qəbrinin  üstündə  səcdəgah  tikmiş,  içərisində  həmin  şəkilləri  

çəkmişdilər.  Onlar  qiyamət  günü  Allahın  dərgahında  ən  yaman  

kimsələrdir”

1

.

Əri Əbu Sələməyə Peyğəmbərin ehtiramı



Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  

(Allah  ondan  razı  qalsın!) 

demiş-


dir:

“Əbu  Sələmə  gözləri  açıq  vəfat  etdiyində  Peyğəmbər  



(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

içəriyə  daxil  oldu,  gözlərini  bağlayaraq  

dedi:  “Can  alındığında  gözlər  onun  arxasınca  baxar.”  Bu  zaman  

Əbu  Sələmənin  ailəsindən  bəzi  kimsələr  səs-küylə  ağlamağa  

başladılar.  Peyğəmbər  dedi:  “Özünüz  üçün  yaxşılıqla  dua  edin,  

şübhə  yox  ki,  mələklər  dediklərinizə  “Amin!”  deyirlər.”  Sonra  

əlavə  etdi:  “Allahım,  Əbu  Sələməni  bağışla,  onu  hidayət  tapmış-

ların  məqamına  ucalt,  əhli-əyalına  arxa  ol!  Ey  Aləmlərin  rəbbi,  

bizi  və  onu  bağışla,  qəbrini  gen  və  nurlu  et!”

2

Peyğəmbərin əmrinə itaət edərək 



səbir göstərməsi

Rəvayət  edilir  ki,  Ümmi-Sələmə  deyib:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə