Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə46/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   42   43   44   45   46   47   48   49   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

150


yerdə:  “Ey  Allahın  rəsulu,  insanlar  iki  ibadət  etdikləri  halda  

mən  birinimi  edəcəyəm?!”)  Dedi:  “Nə  olub  sənə?”  Dedim:  

“(Aybaşı  olduğumdan)  namaz  qıla  bilmirəm.”  Dedi:  “Bunun  

sənə  zərəri  yoxdur.  Sən  də  başqaları  kimi  Adəmin  qızların-

dan  birisən.  Allah  onlara  nəyi  yazıbsa,  sənə  də  onu  yazıb.  

Həccinə  niyyətdə  sabit  ol.  Bəlkə,  (gələcəkdə)  Allah  sənə  də  

ümrə  nəsib  edər.”  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  həccində  Ərəfata  qalxdıq.  Sonra  Minaya  gəldik.  Artıq  (ay-

başıdan)  təmizlənmişdim.  Minadan  çıxdım,  (Məkkəyə  qayıdıb)  

Kə`bədə  təvaf  etdim.  Minadan  son  qayıdışımda  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

idim.  Mühəssəbdə  qonaqladıq.  

Peyğəmbər  Əbdürrəhman  (ibn  Əbubəkri)  çağırıb  dedi:  “Bacın-

la  birlikdə  haram  ərazidən  çıxıb  ümrə  üçün  niyyət  edin...  Sizi  

burada  gözləyirəm”

1

.  



Fəzilət sahiblərinin 

fəzilətindən danışmağı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mən  Xədicəyə  qısqandığım  qədər  Peyğəmbərin  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

zövcələrindən  heç  birinə  qısqanma-

mışam.  Hərçənd  ki  onu  heç  görməmişdim,  lakin  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  tez-tez  yad  edərdi.  Olurdu  

ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qoç  kəsib,  onu  

hissələrə  bölür,  sonra  da  Xədicənin  rəfiqələrinə  göndərirdi.  

Hərdən  mən  ona:  “Elə  bir  yer  üzündə  Xədicədən  başqa  qadın  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

151


yoxdur”  –  deyərdim,  o  da  cavabında:  “Xədicə  (nəcib  bir  qadın)  

idi,  üstəlik  mənim  ondan  övladlarım  olmuşdur”

1

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Zövcələri  Zeynəb  bint  Cəhşi  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

yanına  göndərdilər.  Zeynəb  Peyğəmbərin  nəzərində  

mənimlə  eyni  idi.  Qadınlar  arasında  Zeynəb  qədər  xeyirxah,  

Allahdan  qorxan,  düz  danışan,  qohumlarına  tez-tez  baş  çəkən,  

çox  sədəqə  verən  birini  görməmişdim.  Allah  Təalaya  yaxınlaş-

maqda,  sədəqə  verməkdə  heç  tərəddüd  etməzdi.  Xasiyyətin-

dəki  hiddət  səbəbi  ilə  bir  az  özündən  çıxar,  ancaq  tez  də  özünü  

ələ  alardı...”

2

.

Hişam  rəvayət  edir  ki,  atası  demişdir:  



“(İfk   günlərində)  Aişəni  ən  çox  Həssan  ibn  Sabit  töhmət  

etmişdi.  (Sonralar  qadınlardan  biri  Həssana)  söydüyündə  Aişə  

demişdi:  “Boşla  onu,  çünki  o,  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

tez-tez  (şerləri  ilə)  müdafiə  edirdi”

3

.

Rəvayət  olunur  ki,  Ürvə  ibn  Zübeyr  deyib:



“Aişə  kiminsə  onun  yanında  Həssana  söyməsindən  xoşlan-

mazdı.  Deyirdi  ki,  Həssan  onun  haqqında  deyib:

Şübhəsiz,  atam,  onun  atası  və  namusum  –  

Məhəmmədin  namusunu

4

  sizdən


5

  qoruyurlar”

6

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  

Müslimindir.  

4

 Həzrəti  Aişəni  –  tərcüməçinin  qeydi.



5

 Həzrəti  Aişəyə  böhtan  atanlardan  –  tərcüməçinin  qeydi.  

6

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

152


Zahidliyi və əliaçıqlığı

Əbdülvahid  ibn  Əymən  atasının  belə  dediyini  rəvayət  et-

mişdir:  

“Aişənin  



(Allah  ondan  razı  qalsın!)

  yanına  getmişdim.  Əynində  5  

dirhəmlik  (tikişi  olmayan)  pambıq  paltar  vardı.  Aişə  dedi:   

“Gözünü  qaldır  cariyəmə  bax.  Ona  bax.  O  mənim  paltarımı  

evdə  geyinməkdən  xoşlanır.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

vaxtında  da  bu  cür  paltarım  var  idi.  Mədinədə  zifaf  

gecəsi  üçün  bəzənən  elə  bir  qadın  yox  idi  ki,  onu  (paltarımı)  

icarəyə  götürmək  üçün  mənə  xəbər  göndərməsin”

1

.

Əz-Zühri  demişdir:  



“Mənə  Övf  ibn  Tüfeyl  (Həzrəti  Aişənin  qardaşının  oğludur)  

danışıb  ki,  Aişə  deyib:  “(Bir  dəfə)  mənə  xəbər  verdilər  ki,  Ab-

dullah  ibn  Zübeyr  (mənim  ona  satdığım,  ya  da  verdiyim  bir  

şey  barəsində)  deyib:  “Allaha  and  olsun  ki,  ya  Aişə  bu  işə  son  

qoyar,  ya  da  mən  bu  işdə  ona  əngəl  olaram.”  (Bir  rəvayətdə  

deyilir:  “Abdullah  ibn  Zübeyr  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

və  Əbubəkrdən  sonra  Aişənin  ən  çox  sevdiyi  kəs  

idi.  Aişə  Zübeyrə  çox  yaxşılıq  edirdi.  Allahın  yetirdiyi  hər  

ruzidən  ona  sədəqə  verirdi”).  Aişə  (bunu  eşidib)  soruşdu:  “O,  

bunu  deyibmi?”  Dedilər:  “Bəli!”  Dedi:  “İbn  Zübeyrlə  heç  vaxt  

danışmamağı  Allaha  nəzir  deyirəm!  (yəni,  onunla  heç  vaxt  

danışmayacağam!)”  Bu  ayrılıq  uzun  çəkdiyindən  Abdullah  ibn  

Zübeyr  (mühacirlərdən)  xahiş  etdi  ki,  Aişə  ilə  onu  barışdırsın-

lar.  Amma  Aişə  dedi:  “Yox,  Allaha  and  olsun  ki,  bu  işdə  heç  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə