Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə45/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   41   42   43   44   45   46   47   48   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

147


biliklidir  (başqa  versiyada:  “Çünki  o,  Peyğəmbərlə  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxardı).”  Mən  də  Əlinin  yanına  

getdim.  O  da  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  


buyurduğunu  dedi:  “Məshin  müddəti  səfərdəkilər  üçün  üç  gecə  

və  gündüz,  səfərdə  olmayanlar  üçün  isə  bir  gün  və  gecədir”

1

.  


Küreyb  demişdir:

“(Bir  dəfə)  İbn  Abbas,  Misvər  ibn  Məxrəmə  və  Əbdürrəhman  

ibn  Əzhər  məni  Aişənin  yanına  göndərib  dedilər:  “Bizdən  ona  

salam  söylə  və  ondan  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruş.  Ona  de:  “Eşitmişik  ki,  sən  bu  iki  rükəti  qılır-

san.  Halbuki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  


qadağan  edib.”  

İbn  Abbas  deyib:  “Ömər  ibn  Xətt abla  mən  insanlara  həmin  

iki  rükəti  qılmağı  qadağan  edirdik”.  

(Küreyb  sözünə  davam  edir:)  “Aişənin  yanına  gedib,  deyilən-

ləri  ona  xəbər  verdim.  Dedi:  “Bunu  Ümmi-Sələmədən  soruş.”  

Onun  yanından  ayrılıb  onların  yanına  getdim  və  Aişənin  

dediyini  onlara  xəbər  verdim.  Onlar  da  məni  Aişənin  yanı-

na  göndərdikləri  kimi  Ümmi-Sələmənin  yanına  göndərdilər.  

Ümmi-Sələmə  dedi:  “Eşitmişdim  ki,  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

bu  iki  rükəti  qadağan  edib.  Sonra  gördüm  

ki,  ikindini  qıldığında  bu  iki  rükəti  də  qılır.  (Bir  dəfə)  ənsarın  

Bəni-Həram  qəbiləsinin  qadınları  ilə  birlikdə  ikən  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldi.  Yanına  bir  cariyə  göndərib  

dedim:  “Yanına  gedib  de:  “Ey  Allahın  rəsulu,  Ümmi-Sələmə  

deyir  ki,  sənin  bu  iki  rükəti  qadağan  etdiyini  eşitmişəm,  an-

caq  görürəm  ki,  onları  qılırsan.”  Görsən  ki,  əli  ilə  sənə  işarə  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

148


edir,  ondan  kənara  dur.”  Cariyə  (deyilənləri)  etdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əli  ilə  işarə  etdi,  o  da  kənarda  

dayandı.  (Peyğəmbər  namazını)  başa  vurduqdan  sonra  dedi:  

“Ey  Əbu  Ümeyyənin  qızı,  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruşursan.  Yanıma  Əbdülqeys  qəbiləsindən  insanlar  

gəlmişdilər.  Başımı  qatdılar  və  mən  günorta  namazının  son  iki  

rükətini  qıla  bilmədim.  (İndi  qıldığım)  həmin  iki  rükətdir”

1

.



Rəvayət  olunur  ki,  İbrahim  deyib:

“(Bir  dəfə)  əl-Əsvədə  dedim:  “Möminlərin  anası  Aişədən  

nədə  (xurma)  şirəsi  çəkmənin  məkruh

2

  olmağı  haqda  soruş-



dunmu?”  Dedi:  “Bəli,  ondan  soruşdum:  “Ey  Möminlərin  ana-

sı,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

nədə  (xurma)  

şirəsi  çəkməyi  qadağan  etmişdi?”  Dedi:  “O,  içiboş  qabaqda  

və  qatranlanmış  qabda  şirə  çəkməyi  qadağan  etdi.”  Dedim:  

“Küpə  və  ya  yaşıl  bardağı  da  soruşdunmu?”  (Aişə)  dedi:  “Mən  

Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

nə  eşitmişəmsə,  

onu  danışıram.  Eşitmədiyimi  necə  danışım?”

3

Hicab əmrindən əvvəl böyük işlərə həvəsi

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Uhud  günü  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  Aişə  

və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuqlarınadək  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Məkruh  –  edilməməsini  Allah  və  ya  peyğəmbərinin  qəti  şəkildə  tələb  

etmədiyi  şeydir.  Etməyənə  savab  yazılar,  edənə  də  cəza  düşməz  –  tər-

cüməçinin  qeydi.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

149


çırmayaraq  bellərinə  su  tuluğu  yükləyib  daşıyır,  yaralılara  su  

verir,  su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  

yaralıların  ağzına  tökürdülər”

1

.



Hicab əmrindən sonra böyük işlərə həvəsi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  dedim:  “Ey  Allahın  rəsulu,  görürük  ki,  cihad  ən  

üstün  əməldir.  Bəs  biz  cihad  etməyəcəyikmi?”  Dedi:  “(Sizin  

üçün)  ən  üstün  cihad  yerli-yerində  edilən  həcdir  (başqa  yerdə:  

“Sizinlə  yürüşə  çıxıb  cihad  etməyəcəyikmi?”  Dedi:  “(Sizin  

üçün)  ən  yaxşı  və  ən  gözəl  cihad  həcdir,  yerli-yerində  edilmiş  

həcdir”).  (Aişə)  deyir:  “Bunu  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

eşitdikdən  sonra  həcc  etməyi  heç  qaçırmadım”

2

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Həcc  aylarında  həccə  niyyət  edib  yola  çıxdıq.  Sərəfdə

3

  



düşərgə  saldığımızda  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

səhabələrinə  dedi:  “Kimin  qurbanlığı  yoxdursa  və  həccini  

ümrə  ilə  əvəzləmək  istəyirsə,  əvəzləsin.  Kimin  varıdırsa,  etmə-

sin.”  Peyğəmbərin  səhabələri  arasında  qurbanlığı  olanlar  var-

dı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanıma  gəldi  və  

mən  ağlayırdım.  Soruşdu:  “Səni  ağladan  nədir?”  Dedim:  “Sə-

habələrinə  dediyini  eşitmişəm.  (Qurbanlığı  olanlara)  ümrəni  

qadağan  etmisən  (başqa  hədisdə:  “Ey  Allahın  rəsulu,  insan-

lar  –  iki,  mən  isə  bir  savablamı  (evə)  qayıdacağam?”  (başqa  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Kənd adı.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə