Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə42/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   38   39   40   41   42   43   44   45   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

138


ki,  hələ  altı  şəxs  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sağ  ikən  bunu  etmək  istəmiş,  Peyğəmbər  də  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

onlara  bunu  qadağan  edib  demişdi:  “Məgər  

məndə  sizin  üçün  nümunə  yoxdur?”  Onlar  bunu  ona  xəbər  

verdiklərində  Sə`d  boşadığı  qadınının  yanına  qayıtdı  və  bu  

haqda  şahidlər  tutdu.  Bundan  sonra  İbn  Abbasın  yanına  gəlib,  

ondan  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vitr  namazı  

haqda  soruşdu.  İbn  Abbas  (ona)  dedi:  “Sənə  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vitr  namazına  yer  üzündə  yaşayan-

lardan  kimin  daha  çox  bələd  olduğunu  deyimmi?”  Sə`d  dedi:  

“Kimdir  o?”  İbn  Abbas  dedi:  “Aişə.  Tez  onun  yanına  get,  sual-

larını  ver.  Sənə  nə  cavab  versə,  mənə  də  bildir.”  (Sə`d)  deyir:  

“Aişənin  yanına  yollandım.  Həkim  ibn  Əfl əhə  baş  çəkərək,  onu  

da  Aişənin  yanına  aparmaq  istədim.  Dedi:  “Mən  onun  yanına  

gedə  bilmərəm.  Çünki  bu  iki  məsələ  haqqında  danışmağı  ona  

qadağan  etsəm  də,  rədd  edib.”  Mən  Həkimə  and  verib  dedim  

ki,  mənimlə  gəlsin.  Yola  çıxdıq.  Yanıb  çatdıqda  içəri  girmək  

üçün  icazə  istədik.  İcazə  verdi  və  biz  yanına  girdik.  Dedi:  

“Sən,  Həkimsənmi?”  (Görünür,  tanıyıbmış)  Dedi:  “Bəli.”  Aişə  

soruşdu:  “Yanında  kim  var?”  Dedi:  “Sə`d  ibn  Hişam.”  Aişə  

soruşdu:  “Kim  Hişam?”  Dedi:  “Amirin  oğlu  Hişam.”  Bunu  eşi-

dən  Aişə  ona  rəhmət  oxudu  və  haqqında  yaxşı  sözlər  söylədi  

(Qətadəyə  görə,  Hişam  Uhud  döyüşündə  ölmüşdür).  Dedim:  

“Ey  Möminlərin  anası,  mənə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

əxlaqı  barədə  danış.”  Dedi:  “Sən  heç  Quran  oxumur-

sanmı?”  Dedim:  “Təbii  ki,  oxuyuram.”  Dedi:  “Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əxlaqı  Quran  idi.”  (Bundan  sonra)  

ayağa  qalxıb  getməyi  və  ölənədək  heç  kəsdən  nə  isə  soruşma-



Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

139


mağı  düşündüm.  Sonra  bir  anlığa  fikrimdən  daşınıb  soruşdum:  

“Mənə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gecə  ibadəti  

haqda  danış.”  Dedi:  “Müzzəmmil”i  oxumursanmı?”  “Oxuyuram”,  

–  dedim.  Dedi:  “Qüdrətli  və  Böyük  Allah  bu  surənin  əvvəlində  

gecə  ibadətini  vacib  buyurmuşdu.  (Bu  səbəbdən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  səhabələri  bir  il  gecə  ibadəti  

ilə  məşğul  oldular.  Allah  bu  surənin  axır  (hissəsini)  on  iki  ay  

səmada  saxladı  (yəni,  nazil  etmədi).  Nəhayət,  Allah  bu  surə  

haqqında  yüngülləşdirmə  nazil  etdi.  Bundan  sonra  gecə  ibadəti  

vacib  deyil,  könüllü  oldu.”  Dedim:  “Ey  Möminlərin  anası,  

mənə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vitr  namazı  

haqqında  danış.”  Dedi:  “Biz  onun  üçün  misvakı  və  paklanma  

suyunu  hazırlayırdıq.  Allah  da  onu  gecə  nə  vaxt  istəsə,  həmin  

vaxt  oyadırdı.  O  da  (əvvəlcə)  misvakdan  istifadə  edir,  dəstəmaz  

alıb  doqquz  rükət  namaz  qılırdı.  Ancaq  səkkizinci  rükətdə  

oturur,  Allahı  zikr  edir,  Ona  həmd-səna  deyir,  dua  etdikdən  

sonra  salam  vermədən  qalxır,  doqquzuncu  rükəti  qılırdı.  Sonra  

oturur,  Allahı  zikr  edir,  Ona  həmd-səna  deyir,  dua  edir,  axırda  

da  salam  verirdi  –  biz  bunu  eşirdik.  Salam  verdikdən  sonra  

oturaq  vəziyyətdə  iki  rükət  namaz  qılırdı.  Ey  oğlum,  bu,  on  bir  

rükət  edir.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yaşlanıb,  

bir  az  kökəldiyində  vitr  namazını  yeddi  rükət  qılmağa  başladı.  

Bu  iki  rükəti  isə  əvvəlki  kimi  qılmağa  davam  etdi.  Bununla  da,  

doqquz  rükət  (qılırdı),  oğlum.  (Bil  ki,)  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

bir  namazı  qıldıqda  onu  davamlı  qılmağı  

sevirdi.  Yuxusu  gəldikdə  və  ya  ağrısı  olduqda  gündüz  on  iki  

rükət  namaz  qılardı.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bir  gecədə  Quranı  başdan  ayağadək  oxumağı,  səhərədək  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

140


namaz  qılmağı  və  ya  Ramazandan  başqa  bütöv  bir  ay  oruc  tut-

mağı  haqda  heç  nə  bilmirəm.”  Bundan  sonra  İbn  Abbasın  ya-

nına  gedib,  Aişənin  dediklərini  ona  danışdım.  İbn  Abbas  dedi:  

“Doğru  deyib!  Ona  yaxın  olsaydım,  yanına  gedər,  dediklərini  

ağzında  (birbaşa)  eşidərdim.”  Dedim:  “Əgər  sənin  onun  yanına  

getmədiyini  bilsəydim,  dediklərini  sənə  danışmazdım”

1

.  


Rəvayət  edilir  ki,  Əbdürrəhman  ibn  Şəmmasə  deyib:

“(Bir  dəfə)  bir  şey  soruşmaq  üçün  Aişənin  yanına  getmiş-

dim.  Soruşdu:  “Kimlərdənsən?”  Dedim:  “Misirdənəm.”  Dedi:  

“Bu  savaşınızda  valiniz  sizinlə  necə  idi?”  Dedim:  “Ondan  heç  

bir  yamanlıq  görməmişik.  Birimizin  dəvəsi  ölsə,  dəvə  verər,  

köləsi  ölsə  –  kölə.  Dolanacağa  ehtiyacı  olana  da  xərclik  ve-

rir.”  Həzrəti  Aişə  dedi:  “Qardaşım  Məhəmməd  ibn  Əbubəkrin  

mənə  etdikləri  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

eşitdiklərimi  sənə  söyləməyimə  əngəl  ola  bilməz.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  eşitdiyimi  evimdə  söyləmişdi:  

“Allahım,  ümmətimə  (hər  hansı  bir  vəzifədə)  rəhbərlik  edən  

şəxs  onlarla  zorakı  davranarsa,  Sən  də  onunla  zorakı  davran!  

Yox,  ümmətimə  o,  onlarla  mülayim  (mehriban)  davranarsa,  Sən  

də  ona  mehriban  ol!”

2

Rəvayət  edilir  ki,  Məsruq  deyib:



“(Bir  dəfə)  Aişənin  yanına  getmişdik.  Yanında  Həssan  ibn  

Sabit  var  idi.  Həssan  ona  bir  beyt  dedi:

İff ətlidir,  ağıllıdır  və  şübhədə  itt iham  olunmaz,

Qafil  qadınların  ətlərini  yeməyərək  sabahını  açar

3

.

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Yəni,  qeybət  etməz  –  tərcüməçinin  qeydi.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə