Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
132
dəhşətli olacaq ki, kimsə bir-biri ilə maraqlanıb (bir-birinə
baxmayacaq)”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Allahın rəsulundan Allahın “(Yadda saxla! Qiya-
mət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə,
göylər də başqa göylərlə əvəz olunacaq və onlar (bütün in-
sanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər
şeyə) qalib olan Allahın hüzurunda duracaqlar!” kəlamı
2
haqda
soruşub dedim: “Ey Allahın elçisi, həmin gün insanlar harada
olacaqlar?” Buyurdu: “Siratın üstündə”
3
.
Rəvayət olunur ki, Ürvə deyib:
“Həcc vaxtı Abdullah ibn Əmr yanımıza gəldi. Dedi: “Pey-
ğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini eşitmi-
şəm: “Şübhə yoxdur ki, Allah sizə elm verdikdən sonra onu
birbaşa geri almayacaqdır. Amma O, elmi (sizdən) alimlərin
elmləri ilə birlikdə ölüb getməsi və cahillərin də onlardan (in-
sanların) fitva istədiklərində öz rəylərinə əsasən fitva vermələri,
beləliklə, həm özlərini, həm də onları (insanları) zəlalətə salma-
ları ilə alır (çəkib götürür).” (Ürvə deyir:) “Hədisi Peyğəmbərin
xanımı Aişəyə danışdım. Abdullah ibn Əmr də həccini başa
vurmuşdu. (Aişə) dedi: “Ey bacım oğlu, Abdullahın yanına get
və ondan mənə danışdığın şeyin doğru olub-olmadığını öyrən.”
Yanına getdim və soruşdum. O da əvvəl necə demişdisə, elə
dedi. Aişənin yanına gəlib bunu xəbər verdim. Xoşuna gəldi
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
“İbrahim” surəsi, 48-ci ayə.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
133
və dedi: “Allaha and olsun ki, Abdullah ibn Əmr (hədisi nə
yaxşı) əzbərləyib”
1
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat etdiyində xa-
nımları Osmanı Əbubəkrin yanına göndərib, miraslarını almaq
istədilər. Bu zaman Aişə (onlara) dedi: “Məgər Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
buyurmayıb ki: “Biz, (peyğəmbərlər)
miras buraxmırıq və qoyub getdiyimiz (hər şey) sədəqə sayı-
lır”
2
.
2. Elmindən nümunələr. Rəvayət edilir ki, Ürvə Peyğəm-
bərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zövcəsi Aişədən
(Allah ondan
razı qalsın!)
soruşub: “Allahın bu sözü haqda fikrin nədir: “Nəha-
yət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı
hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara
yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlar-
dan əsla dəf olunmaz!”
3
Dedi: “Onları qövmləri yalançı he-
sab edib.” (Ürvə deyir:) “Soruşdum: “Allaha and olsun ki,
peyğəmbərlər zənlə deyil, yəqinliklə bildilər ki, qövmləri onları
yalançı sayır.” Dedi: “Ürvəcim, təbii ki, onlar bunu yəqinliklə
bilmişdilər.” Dedim: “Bəlkə də, ayə peyğəmbərlərin yalançı sa-
yılması deyil, aldadılmaları ilə əlaqəlidir (yəni, ayədə “kuzzi-
bu” deyil, “kuzibu” keçir).” Dedi: “Allah eləməsin! Heç bir
peyğəmbər Allah tərəfindən aldadıldığını ağlına gətirməz.” De-
dim: “Bəs bu ayə nədir?” Dedi: “Onlar Allaha iman gətirən, pey-
ğəmbərlərini təsdiqləyən, uzun müddət müsibətlərə tuş gələn
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
“Yusif ” surəsi, 110-cu ayə.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
134
və köməyin gecikdiyi peyğəmbərlərin davamçılarıdır. Və onlar
bu zaman qövmlərindən onları yalançı sayanlardan ümidlərini
kəsmiş və elə zənn etmişdilər ki, davamçıları da onları yalançı
sayır. (Bu zaman) onlara Allahın köməyi gəlmişdi)”
1
.
Rəvayət edilir ki, Ürvə deyib:
“(Bir dəfə) Aişədən Allahın “(Ey möminlər!) Həqiqətən,
Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrin-
dəndir). Evi (Kə`bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə)
ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanma-
sında) heç bir günah yoxdur” kəlamı
2
haqqında soruşub de-
dim: “Allaha and olsun ki, Səfa və Mərvəni təvaf etməyənə də
heç bir günah yoxdur.” Dedi: “Dediyin nə pisdir, bacım oğlu!
Əgər bu ayə sənin yozduğun kimi olsaydı, “təvaf etməməsində
günah yoxdur” kimi olardı. Bu ayə ənsarlar haqqında nazil
olmuşdu. Onlar müsəlman olmazdan əvvəl Müşəlləldə ibadət
etdikləri Mənat
3
üçün (ehrama girib) durur, “Ləbbeyk!” oxu-
yurdular. Onlar Səfa və Mərvəni təvaf etməyi çətinlik (və ya
günah) sayırdılar. Ənsarlar müsəlman olduqdan sonra bu haq-
da Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdular:
“Ey Allahın rəsulu, biz Səfa və Mərvəni təvaf etməyi günah sa-
yırdıq.” (Buna görə də) Allah “(Ey möminlər!) Həqiqətən, Səfa
və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir).
Evi (Kə`bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət
edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasın-
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
“əl-Bəqərə” surəsi, 158-ci ayə.
3
Cahiliyyət ərəblərində sitayiş obyekti seçilmiş böyük bütlərdən biri –
tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |