Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə37/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   33   34   35   36   37   38   39   40   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

123


Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Əlinin  oğlu  Həsən  qədər  Peyğəmbərə  oxşayan  kimsə  yox  

idi”


1

.

Əbu  Davud,  Tirmizi  və  Nəsai  rəvayət  edirlər  ki,  Ənəs  ibn  



Malik  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Görmədim  ki,  kimsə  Fatimə  qədər  Peyğəmbərə  simada,  

görünüş  və  vüqarda  oxşasın.  Duruşu  və  oturuşu  da  onun  kimi  

idi”.

Allahın Fatiməyə ehtiramı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Fatiməyə  demişdi:  

“Cənnət  əhli  qadınlarının  böyüyü  olmaq  istəməzsənmi?!”

2

  



MÖMİNLƏRİN ANASI HƏZRƏTİ AİŞƏ

Rəvayət  olunur  ki,  Əmr  ibn  As  deyib:

“(Bir  dəfə)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

so-


ruşdum:  “Kim  sənə  daha  sevimlidir  (ey  Allahın  rəsulu)?”  Dedi:  

“Aişə.”  (Təkrar)  sual  etdim:  “Bəs  kişilərdən?”  “Atası”,  –  deyə  

cavab  verdi”

3

.  



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

124


Boya-başa çatdığı mühit

Rəvayət  olunur  ki,  Ürvə  ibn  Zübeyr  deyib:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Aişə  

demişdir:  “Ağlım  kəsdiyi  vaxtdan  valideynlərim  həmişə  bu  dinə  

sitayiş  etmişlər  və  elə  bir  gün  olmazdı  ki,  Allahın  rəsulu  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhər  və  axşamçağı  gəlib  bizə  baş  

çəkməsin.  Müsəlmanlar  müsibətlərə  məruz  qalmağa  başla-

dıqdan  sonra  Əbubəkr  Həbəşistana  hicrət  etməyi  qərara  aldı.  

O,  Bərk  əl-Ğimadaya  çatdıqda  Qarə  qəbiləsinin  başçısı  İbn  

əd-Dəğinəyə  rast  gəldi  və  o  soruşdu:  “Haraya  gedirsən,  ey  

Əbubəkr?”  Əbubəkr  belə  cavab  verdi:  “Həmqəbilələrim  məni  

qovdular  və  mən  də  yer  üzündə  gəzib  dolaşaraq  rəbbimə  

ibadət  etmək  istəyirəm.”  İbn  əd-Dəğinə  dedi:  “Ey  Əbubəkr,  

doğrudan  da,  sənin  kimi  bir  adam  heç  hara  getməməli,  qo-

vulmamalıdır.  Axı  sən  imkansızlara  əl  tutursan,  qohumlar-

la  əlaqə  saxlayırsan,  zəifl ərə  ağır  yüklərini  daşımağa  kömək  

edirsən,  adamlara  qonaqpərvərlik  göstərirsən,  onlara  taleyin  

iztirablarını  yüngülləşdirməkdə  yardım  edirsən  və  məhz  buna  

görə  də  mən  səni  öz  himayəmə  götürürəm.  Geri  qayıt  və  

(yaşadığın)  şəhərdə  öz  rəbbinə  ibadət  et!”  Əbubəkr  geri  qa-

yıtdı,  onunla  birlikdə  İbn  əd-Dəğinə  də  gəldi.  O,  axşamçağı  

bütün  adlı-sanlı  qüreyşlilərin  yanında  oturmuş  və  onlara  de-

mişdi:  “Əbubəkr  kimi  adam  nə  öz  şəhərini  tərk  etməli,  nə  

də  qovulmalıdır.  Əcəba,  siz  imkansızlara  əl  tutan,  qohumlarla  

əlaqə  saxlayan,  zəifl ərə  ağır  yüklərini  daşımaqda  kömək  edən,  

adamlara  qonaqpərvərlik  göstərən  və  onlara  taleyin  iztirabları-




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

125


nı  yüngülləşdirməkdə  yardım  edən  bir  insanımı  qovursunuz?”  

Qüreyşlilər  İbn  əd-Dəğinənin  Əbubəkri  himayəsinə  götürməsini  

rədd  etmədilər,  amma  ona  dedilər:  “Əbubəkrə  tapşır  ki,  rəbbinə  

öz  evində  ibadət  etsin.  O,  evində  namaz  da  qıla  bilər,  Quran  

da  oxuya  bilər,  başqa  nə  istəyirsə  edə  bilər,  lakin  qoy  o,  öz  

ibadəti  ilə  bizə  sataşmasın  və  bunu  açıqlıqda  etməsin,  çünki  

biz  onun  arvad-uşaqlarımızı  yoldan  çıxaracağından  qorxuruq.”  

İbn  əd-Dəğinə  bunu  Əbubəkrə  çatdırdı  və  o,  bir  müddət  öz  

rəbbinə  evində  ibadət  etdi,  daha  heç  yerdə  açıq  şəkildə  na-

maz  qılmadı,  evindən  başqa  heç  yerdə  Quran  oxumadı.  Bir  

qədər  sonra  Əbubəkrin  ağlına  səcdəgah  tikmək  fikri  gəldi  və  o  

(bu  səcdəgahı)  öz  evinin  həyətində  tikdi,  orada  namaz  qılma-

ğa  və  Quran  oxumağa  başladı.  Müşriklərin  arvad-uşaqları  isə  

izdihamlı  dəstələrlə  onun  ətrafına  yığılır,  onun  hərəkətlərinə  

təəccüblənir  və  onu  diqqətlə  nəzərdən  keçirirdilər.  Əbubəkr  

Quran  oxuyan  zaman  ağlayardı,  göz  yaşlarını  saxlaya  bilməzdi  

və  bütün  bunlar  adlı-sanlı  bütpərəst  qüreyşliləri  qorxudurdu.  

Buna  görə  onlar  İbn  əd-Dəğinənin  dalınca  adam  göndərdilər.  O  

gəldikdə  müşriklər  dedilər:  “Biz  sənin  Əbubəkrə  himayədarlıq  

etməyini  bir  şərtlə  qəbul  etdik  ki,  o  öz  Rəbbinə  evində  ibadət  

etsin.  Lakin  o,  bu  şərti  pozdu,  evinin  həyətində  səcdəgah  tikdi  

və  açıq  şəkildə  namaz  qılıb,  Quran  oxumağa  başladı.  Biz  artıq  

onun  arvad-uşaqlarımızı  yoldan  çıxaracağından  ehtiyat  edirik.  

Ona  tapşır  ki,  bu  işə  son  qoysun!  O,  rəbbinə  ancaq  və  ancaq  

öz  evində  ibadət  etməyə  razıdırsa,  qoy  bunu  etsin,  yox,  razı  

deyilsə,  ondan  tələb  et,  himayəndən  çıxsın,  çünki  biz  səninlə  

bağladığımız  əhdi  pozmaq  istəmirik,  amma  Əbubəkrin  bütün  

bunları  açıq-aşkar  etməsi  ilə  razılaşa  da  bilmərik!”




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə