Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə33/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   29   30   31   32   33   34   35   36   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

111


malıdır!”  –  dedilər,  sonra  da  oraya  bir-iki  nəfər  göndərdilər.  

Göndərilən  adamlar  suyu  görəndən  sonra  qayıdıb  onlara  xəbər  

verdilər.  Onların  hamısı  yığışıb  oraya  getdilər.  O  vaxt  İsmayı-

lın  anası  suyun  kənarında  oturmuşdu.  Onlar  (ona  yaxınlaşıb)  

dedilər:  “Bizə  sənin  yanında  qalmağa  izn  verirsənmi?”  Hacər  

dedi:  “Bəli,  ancaq  mənim  iznim  olmadan  bu  sudan  istifadə  

etməyəcəksiniz.”  Onlar:  “Razıyıq”,  –  dedilər.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Bu  

təklif  İsmayılın  anasının  könlünə  yatdı.  Çünki  o,  insanlarla  

ünsiyyətdə  olmağı  sevirdi”.

(İbn  Abbas  sözünə  davam  edir:)  “Beləliklə,  onlar  orada  

məskən  saldılar,  sonra  yaxınlarına  xəbər  göndərib  onları  öz  

yanlarına  çağırdılar,  onlar  da  orada  məskən  saldılar.  Hacərlə  

onların  ailələri  arasında  əlaqə  yarandı.  Nəhayət,  uşaq  böyüyüb  

boya-başa  çatdı  və  onlardan  ərəb  dilini  öyrəndi,  onlar  üçün  

dəyərli  oldu.  Onlar  ondan  xoşlanmağa  başladılar.  O,  yetkinlik  

yaşına  çatanda  onu  öz  qızlarından  biri  ilə  evləndirdilər”

1

.



PEYĞƏMBƏRİN ZÖVCƏSİ 

XƏDİCƏ BİNT XÜVEYLİD

Əli  ibn  əbu  Talib  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “İsrailo-

ğullarının  ən  yaxşı  qadını  –  İmranın  qızı  Məryəm,  bu  ümmətin  

ən  yaxşı  qadını  isə  Xüveylidin  qızı  Xədicədir”

2

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

112


Yaxşı həyat yoldaşı olmağı

Rəvayət  olunur  ki,  Möminlərin  anası  Həzrəti  Aişə  



(Allah  ondan  

razı  qalsın!)

  deyib:  

“Allahın  elçisinə  ilk  vəhyin  gəlməsi  gözəl  yuxularla  olmuşdu.  

Onun  gördüyü  elə  yuxu  yox  idi  ki,  sübh  aydınlığı  kimi  gerçək  

olmasın.  Sonra  onun  qəlbinə  tənhalığa  çəkilmək  meyli  salındı.  

Peyğəmbər  Hira  mağarasında  xəlvətə  çəkilib,  ailəsinin  yanına  

qayıdanadək  bir  neçə  gecə  orada  ibadət  edərdi.  Özü  ilə  azuqə  

götürərdi.  Sonra  Xədicənin  yanına  qayıdar,  azuqəsini  tədarük  

görərdi.  Nəhayət,  Peyğəmbər  Hira  mağarasında  olarkən  ona  

haqq  nazil  oldu...”.



Parlaq zəkası və səmimi təvəkkülü

(Hədisin  davamında  deyilir:)  “Mələk  onun  yanına  gəlib:  

“Oxu!”  –  dedi.  O  isə:  “Mən  oxumağı  bacarmıram!”  –  deyə  

cavab  verdi.  

(Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:)  “O  

zaman  mələk  məni  tutub  taqətim  kəsilənədək  sıxdı,  sonra  da  

buraxıb:  “Oxu!”  –  dedi.  Mən  də:  “Oxumağı  bacarmıram!”  –  

dedim.  O,  ikinci  dəfə  məni  tutub  nəfəsim  kəsilənədək  sıxdı,  

sonra  da  buraxıb  dedi:  “Oxu!”  Mən  isə:  “Oxumağı  bacarmı-

ram!”  –  dedim.  O,  üçüncü  dəfə  məni  tutub  nəfəsim  kəsilənədək  

sıxdı,  sonra  da  buraxıb  dedi:  “(Ya  Peyğəmbər!  Qurani-Kərimi  

bütün  məxluqatı)  yoxdan  yaradan  Rəbbinin  adı  ilə  (bismillah  

deyərək)  oxu!




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

113


O,  insanı  laxtalanmış  qandan  yaratdı.

(Ya  Peyğəmbər!)  Oxu!  Sənin  Rəbbin  ən  böyük  kərəm  sa-

hibidir!

O  Rəbbin  ki,  qələmlə  (yazmağı)  öyrətdi.

(O  Rəbbin  ki)  insana  bilmədiklərini  öyrətdi”

1

.



(Bu  hadisədən  sonra)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

qorxudan  ürəyi  əsə-əsə  həmin  ayələrlə  geri  döndü.  O,  

Xədicə  bint  Xüveylidin  (evinə)  daxil  olub:  “Üstümü  örtün!  

Üstümü  örtün!”  –  dedi.  Onun  üstünü  örtdülər.  Nəhayət,  qor-

xu  ondan  keçib  getdi  və  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

başına  gələn  hadisəni  Xədicəyə  xəbər  verib  dedi:  “Mən  

başıma  bir  iş  gələcəyimdən  qorxuram.”  Xədicə  dedi:  “Xeyr!  

Allaha  and  olsun  ki,  Allah  səni  heç  vaxt  rüsvay  etməz!  Çünki  

sən  qohumlarına  baş  çəkirsən,  yıxılmışa  dayaqsan,  yoxsula  əl  

tutansan.  Qonağa  yaxşı  baxırsan.  Bəlaya  tuş  gəlmişlərə  də  yar-

dım  edirsən”.

Peyğəmbərin qayğısını çəkməsi

(Hədisin  davamında  deyilir:)  “Xədicə  Peyğəmbəri  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

əmisi  oğlu  Vərəqə  ibn  Nofəl  ibn  Əsəd  ibn  

Əbdülüzzanın  yanına  apardı.  O,  Cahiliyyətdə  nəsrani  olmuş  bir  

adam  idi  və  ibranicə  yazmağı  bacarır,  İncildən  ibrani  dilində  

Allahın  dilədiyi  qədər  yazırdı.  O,  artıq  gözləri  kor  olmuş  bir  

qoca  idi.  Xədicə  dedi:  “Ey  əmim  oğlu!  Qulaq  as  gör  qardaşın  

oğlu  nə  deyir!”  Vərəqə  soruşdu:  “Ey  qardaşım  oğlu,  sən  nə  

görürsən?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gördüyü  

1

 “əl-Ələq”  surəsi,  1-5-ci  ayələr.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə