Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə32/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   28   29   30   31   32   33   34   35   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

107


və  namaz  qıldı.  (Namazında  belə)  dua  etdi:  “Allahım,  Sənə  və  

peyğəmbərinə  iman  gətirdiyimi,  ərimin  namusunu  qoruduğu-

mu  bilirsən!  Bu  kafiri  mənə  müsəllət  etmə!”  (Bu  zaman  hökm-

darın)  nəfəsi  kəsildi,  xırıldadı  və  ayağını  yerə  vurmağa  başladı.  

Bunu  görən  Sara  dua  etdi:  “Allahım,  əgər  o  ölsə,  deyəcəklər  ki,  

o  (Sara)  onu  öldürüb.  Elə  isə  onu  sağalt”.



Allahın Saranın mükafatlandırması

(Yuxarıdakı  hədisin  davamında  deyilir:)  “(Allah)  üçüncü  

dəfə  onu  sağaltdı.  (Bunu  görən)  hökmdar  dedi:  “And  olsun  ki,  

siz  mənə  ancaq  bir  şeytan  gətirmişsiniz.  Onu  İbrahimə  qayta-

rın  və  ona  Hacəri  hədiyyə  edin.”  Sara  İbrahimin  yanına  qayıtdı  

və  dedi:  “Gördünmü,  Allah  bir  kafiri  zəlil  etdi,  bir  cariyəni  də  

bizə  xidmətçi  göndərdi?!”

1

  



Qonaqları qarşılamağı və mələklərdən 

müjdə almağı

Allah  Təala  buyurur:

“Həqiqətən,  elçilərimiz  (mələklər)  İbrahimə  müjdə  (İshaqın  

anadan  olacağı  xəbərini)  gətirib:  “Salam!”  –  dedilər.  (İbrahim  

də:  )  “Salam!”  –  deyə  cavab  verdi  və  dərhal  (gedib  onlara)  

qızarmış  bir  buzov  gətirdi.

(İbrahim  qonaqların)  əllərinin  yeməyə  uzanmadıqlarını  gör-

dükdə  onların  bu  hərəkəti  xoşuna  gəlmədi  və  qorxuya  düşdü.  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

108


Onlar  dedilər:  “Qorxma  (biz  Allahın  mələkləriyik),  biz  Lut  

tayfasına  (onu  məhv  etmək  üçün)  göndərilmişik!”

(İbrahimin)  arvadı  (Sara  pərdə  arxasında)  durmuşdu  (və  ya  

qonaqlara  qulluq  edirdi).  O  (bu  sözləri  eşidib  Lut  tayfasının  

başına  gələcək  müsibətdən  qafil  olduğuna  sevinərək  və  ya  qoca  

yaşında  oğlu  olacağına  təəccüblənərək)  güldü.  Bundan  sonra  

Biz  onu  İshaqla,  İshaqın  da  ardınca  Yəqubla  (İshaqın,  ondan  

sonra  Yəqubun  dünyaya  gələcəyi  ilə)  müjdələdik.

(İbrahimin  arvadı)  dedi:  “Vay  halıma!  Mən  qoca  bir  qarı,  bu  

ərim  də  ixtiyar  bir  kişi  olduğu  halda,  mən  necə  doğa  bilərəm?!  

Bu  çox  təəccüblü  bir  şeydir!”  (Hud,  69-72).

HƏZRƏTİ İSMAYILIN ANASI HACƏR

Allaha təvəkkül etməyi

İbn  Abbas  demişdir:

“Qurşaq  (toqqa,  kəmər)  bağlayan  ilk  qadın  İsmayılın  anası-

dır.  Qurşaq  bağlamışdı  ki,  hamiləliyini  Sara  bilməsin.  İbrahim  

zövcəsini  südəmər  oğlu  İbrahimlə  Kə`bəyə  –  Zəmzəmdən  yu-

xarıdakı  Məscidin  yanındakı  ağacın  yanına  gəlmişdi.  Həmin  

vaxtlar  Məkkədə  heç  kəs  yox  idi.  Su  da  tapılmırdı.  İbrahim  

onları  orada  tərk  etdi,  yanlarına  içərisində  xurma  olan  kisə,  su  

olan  qab  qoydu.  Sonra  İbrahim  üzünü  çevirib  getdi.  İsmayılın  

anası  onu  təqib  edib  dedi:  “Ey  İbrahim,  bizi  heç  kim  və  heç  

nəyin  olmadığı  bu  vadidə  qoyub  haraya  gedirsən?”  Bir  neçə  

dəfə  səslənsə  də,  İbrahim  fikir  vermədi.  (Bunu  görən)  Hacər  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

109


səsləndi:  “Bunu  sənə  Allahmı  əmr  edib?”  İbrahim:  “Bəli”,  –  

deyə  cavab  verdikdə  Hacər  dedi:  “Elə  isə  Allah  bizi  tək  qoy-

maz!”  Sonra  geriyə  –  İsmayılın  yanına  qayıtdı  (başqa  rəvayətdə  

deyilir:  “Ey  İbrahim,  bizi  kimə  qoyub  gedirsən?”  İbrahim:  “Al-

laha!”  –  deyə  cavab  verdikdə  Hacər  dedi:  “Allahdan  razıyam!”

1

Dözülməz şərtlər qarşısında səbatı

(Hədisin  davamında  deyilir:)  “İbrahim  üz  tutub  getdi.  On-

ların  (Hacər  və  İsmayılın)  onu  görə  bilməyəcəkləri  qədər  ara-

landıqdan  sonra  üzünü  Kə`bəyə  tutub  əllərini  qaldırdı:  “Ey  

rəbbimiz!  Mən  əhli-əyalımdan  bəzisini  (İsmayılı  və  anası  Hacəri)  

Sənin  Beytülhəramının  (Kə`bənin)  yaxınlığında,  əkin  bitməz  

bir  vadidə  (dərədə)  sakin  etdim.  Ey  rəbbimiz!  Onlar  (vaxtlı-

vaxtında,  lazımınca)  namaz  qılsınlar  deyə  belə  etdim.  Elə  et  

ki,  insanların  bir  qisminin  qəlbləri  onlara  (Kə`bənin  ziyarətinə,  

əhli-əyalıma  mərhəmət  göstərməyə)  meyl  etsin.  Onlara  (bu  

yerin  ağaclarının)  meyvələrindən  ruzi  ver  ki,  (nemətinə)  şükür  

edə  bilsinlər!”

2

İsmayılın  anası  İsmayılı  əmizdirməyə,  qabdakı  sudan  içməyə  



başladı.  Qabdakı  su  qurtardıqda  həm  özünü,  həm  də  oğlunu  

susuzluq  bürüdü.  Hacər  həyəcanla  oğluna  baxdı.  Oğlunun  (su-

suz  halını)  görməmək  üçün  (su  axtarmağa)  başladı.  Yaxındakı  

Səfa  təpəsinə  çıxdı.  Kimisə  görmək  ümidi  ilə  vadiyə  nəzər  saldı.  

Heç  kəsi  görmədi.  Səfadan  vadiyə  endi,  paltarını  çırmalayaraq,  

həyəcanlı  insanlar  kimi  qaçmağa  başladı.  Vadini  keçib  Mərva  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 “İbrahim”  surəsi,  37-ci  ayə.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

110


təpəsinə  çıxdı.  Kimisə  görmək  ümidi  ilə  vadiyə  nəzər  saldı.  

Heç  kəsi  görmədi.  Bunları  yeddi  dəfə  təkrarladı.  (İbn  Abbas  

deyir:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Bu  

səbəbdən  insanlar  Səfa  və  Mərva  arasında  yeddi  dəfə  qaçırlar”).

Allahın Hacəri mükafatlandırması

(Hədisin  davamında  deyilir:)  “Hacər  Mərva  təpəsinə  çat-

dıqda  bir  səs  eşitdi.  Özü-özünə  “sus”  deyib  qulaq  verdi.  Səsi  

bir  də  eşitdiyi  zaman  dedi:  “Səsini  eşitdim.  Əgər  kömək  edə  

biləcəksənsə,  et!”  Elə  bu  zaman  Zəm-zəmin  yerində  mələk  gör-

dü.  Ayağı  (qanadı)  ilə  (yeri)  axtarırdı.  Birdən  su  fışqırdı.  Hacər  

tez  suyun  ətrafını  torpaqla  dövrələyib  qabını  doldurdu.  Su  isə  

daşıb  axırdı.  (Bu  zaman  Peyğəmbər  dedi:)  “Allah  İsmayılın  

anasına  rəhm  etsin!  Əgər  Zəm-zəmə  əl  dəyməsəydi  (ətrafını  

torpaqla  dövrələməsəydi),  Zəm-zəm  indi  gur  çay  olardı.”  Hacər  

sudan  içib,  oğlunu  əmizdirdi.  Mələk  ona  dedi:  “Azmaqdan  

qorxmayın!  Allahın  evi  burada  olacaqdır.  Onu  bu  uşaq  və  atası  

tikəcəkdir.  Doğrudan  da,  Allah  onun  əhli-əyalını  tək  qoymaz!”  

Həyata qaynayıb-qarışması

(Hədisin  davamında  deyilir:)  “O  dövrdə  Kə`bənin  yalnız  

bünövrəsi  var  idi.  Sellər  gəldikdə  onun  həndəvərindən  axırdı.  

Onlar  bir  müddət  orada  qaldılar.  Nəhayət,  Kəda  tərəfdən  gəlmiş  

Cürhüm  qəbiləsindən  olan  bir  dəstə  adam  Məkkənin  aşağı  

tərəfində  dayanmalı  oldular.  Onlar  göydə  uçan  quşları  görüb:  

“Bu  quşlar  ancaq  su  olan  yerdə  uçarlar.  Axı  o  vadidə  su  olma-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə