Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə28/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   24   25   26   27   28   29   30   31   ...   158

Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

93

Hafiz  ibn  Həcər  demişdir:  



“Özünü  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

hədiyyə  

edən  qadının  əhvalatından  məlum  olur  ki,  özündən  üstün  olan-

la  evlənmək  istəyən  qadın  eyib  işləmir.  Ələlxüsus,  ortada  düz-

gün  məqsəd  varsa.  Bu,  ona  görədir  ki,  ya  həmin  kişi  dinində  

üstündür,  ya  da  (qadın)  onun  pis  yola  düşməsindən  ehtiyat  

edir”

1

.  



İbn  Dəqiq  əl-Eyd  demişdir:

“Bu  hədisdə,  bir  qadının  mömin  olduğuna  ümid  etdiyi  kişiyə  

özünü  təklif  etməsi  barədə  dəlil  vardır”

2

.  



Qadın ərindən ayrılmaq 

hüququna sahibdir

Aşağıdakı  hədis  haqqında  biz  qadının  ailədəki  yerindən  

danışarkən  bəhs  etmişik.  İndi  isə  ona  yenidən  toxunuruq.  

Məqsədimiz  qadının  çoxlarının  rədd  etdiyi  bir  hüquqa  sahib  

olduğunu  təsdiqləməkdir.  Bu,  qadının  ər  seçmə  hüququdur.  

Ərini sevmədiyi üçün Sabit ibn Qeysin 

zövcəsi ondan ayrılmışdır

İbn  Abbas  rəvayət  edir  ki,  (bir  dəfə)  Sabit  ibn  Qeysin  zöv-

cəsi  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  

dedi:  “Ey  Allahın  rəsulu,  Sabitin  nə  əxlaqına,  nə  də  dindarlığı-

na  etirazım  yoxdur,  amma  (o,  mənim  ürəyimə  yatmır  və  mən)  

1

 Yenə  orada,  səh.  122.



2

 Ehkam  əl-əhkam  fi   şərh  ümdə  əl-əhkam,  II  cild,  səh.  201.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

94

istəmirəm  ki,  müsəlman  olduğum  halda  küfr  edəm.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Onun  (sənə  mehr  

olaraq)  verdiyi  bağı  ona  qaytara  biləcəksənmi?”  Qadın:  “Bəli”,  

–  deyə  cavab  verdi.  Peyğəmbər  (Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!  –  Sabitə)  dedi:  “Bağı  götür,  ondan  ayrıl”

1

.



Atikə bint Zeyd camaat namazı qılmaq 

hüququna sahib olmuşdur

Rəvayət  olunur  ki,  İbn  Ömər  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Ömərin  zövcəsi  sübh  və  işa  namazlarını  məsciddə  camaatla  

qılırdı.  (Bir  dəfə)  ona  dedilər:  “Nə  üçün  məscidə  gedirsən?  Sən  

ki  bilirsən  Ömər  bundan  xoşlanmır  və  (səni)  qısqanır.”  (Qa-

dın)  dedi:  “Bunu  mənə  qadağan  etməyə  ona  nə  mane  olur  ki?”  

Dedilər:  “Ona  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sözü  


mane  olur.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Allahın  bəndələrinə  məscidlərə  getməyi  qadağan  etməyin”

2

.  



Hafiz  ibn  Həcər  demişdir:

“Zöhriyə  istinadən  Əbdürrəzzaq  ibn  Mə`mər  deyib:  “Zövcəsi  

məscidə  getdiyində  Ömər  bərk  şikayətlənmişdi”

3

.  



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  34.  




Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

95

QADINLAR PUL QAZANMAQ ÜÇÜN BƏZİ 



PEŞƏLƏRLƏ MƏŞĞUL OLMUŞLAR

Zeynəb bint Cəhş ruzisini öz əlləri ilə 

qazanır və sədəqə verirdi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Ən  comərdimiz  Zeynəb  idi.  Çünki  öz  əlləri  ilə  qazanır  və  

sədəqə  verirdi”

1

.  


Cabir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:  

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zey-


nəbin  yanına  gəlmişdi.  Bu  zaman  Zeynəb  dəri  aşılayırdı”

2

.  



Hafiz  ibn  Həcər  “Fəth  əl-Bari”də  yazır  ki,  (bu  hədisi)  

“Müstədrək”ində  Hakim  rəvayət  etmiş  və  demişdir:  “Müsli-

min  (səhihlik)  şərtlərinə  görə  (səhih  sayılan  hədisdə  deyilir:)  

“Zeynəb  (ruzisini)  əlləri  ilə  qazanan  qadın  idi.  Dəri  aşılayır,  

(paltar)  tikir,  Allah  yolunda  sədəqə  verirdi”

3

.  



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IV  cild,  səh.  29-30.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

96

İbn Məsudun xanımı ruzisini 



öz əlləri ilə qazanır, həm ərinə, 

həm də yetimlərə xərcləyirdi

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsudun  



(Allah  ondan  razı  qal-

sın!)

  xanımı  Zeynəb  demişdir:  

“(Bir  dəfə)  məsciddə  idim.  Gördüm  ki,  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  səsləndi:  “Ey  qadınlar,  bəzək  

əşyalarınızdan  da  sədəqə  verin!”  Mən  Abdullaha  və  hücrəmdə-

ki  yetimlərə  xərcləyirdim.  Abdullah  ibn  Məsudun  yanına  gedib  

dedim:  “Sən  kasıb  adamsan.  Peyğəmbər  bizə  sədəqə  verməyi  

əmr  edib.  Onun  yanına  gedib  soruş  ki,  sədəqəni  sənə  versəm  

savablıdır,  yoxsa  onu  başqalarına  verim?”  Abdullah  dedi:  

“Sənin  getməyin  məsləhətdir.”  (Zeynəb  sözünə  davam  edir:)  

“Evdən  çıxdım.  Yolda  mədinəli  bir  qadınla  rastlaşdım.  O  da  

eyni  məsələ  üçün  yola  çıxmışdı.  (Peyğəmbərin  evinə  çatdıq).  

Qabağımıza  Bilal  çıxdı.  Ona  dedim:  “Peyğəmbərin  yanına  get  

və  de  ki,  qapının  ağzında  iki  qadın  soruşur:  “Ərlərimizə  və  

himayəmizdəki  yetimlərə  sədəqə  vermək  bizə  savab  gətirərmi?”  

Ancaq  kim  olduğumuzu  söyləmə.”

Bilal  Peyğəmbərin  yanına  girib  deyilənləri  ona  çatdırdı.  Pey-

ğəmbər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Onlar  kimdir?”  

Bilal  dedi:  “Mədinəli  bir  qadınla  Zeynəbdir.”  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

təkrar  sual  etdi:  “Hansı  Zeynəb?”  Bi-

lal  dedi:  “Abdullah  ibn  Məsudun  xanımı  Zeynəb.”  Peyğəmbər  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə