Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə36/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   32   33   34   35   36   37   38   39   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

120


təkliyinə  və  özünün  peyğəmbər  olmağına  şəhadət  gətirdikdən  

sonra  dedi:  “Mən  (Zeynəbi)  Əbülas  ibn  ər-Rəbi  ilə  evləndirdim.  

O,  (Zeynəbdən  başqası  ilə  evlənməyəcəyinə)  söz  verdi  və  sözü-

nü  tutdu.  Fatimə  məndən  bir  parçadır.  Ona  (kiminsə)  yaman-

lıq  etməsi  xoşuma  gəlmir”.  (Başqa  bir  rəvayətdə:  “Onun  dində  

fitnəyə  düşməyindən  ehtiyatlanıram.  Mən  halalı  –  haram,  hara-

mı  da  halal  etmirəm.  Lakin,  and  olsun  ki,  Peyğəmbərin  qızı  ilə  

Allahın  düşməninin  qızı  əsla  yan-yana  gəlməz!”  (Bunu  eşidən)  

Əli  (Əbu  Cəhlin  qızı  ilə)  evlənməkdən  vaz  keçdi”

1

.



  

Peyğəmbərin Fatiməyə, Əli və övladlarına

ehtiram bəsləməsi

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Bir  səhər  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evindən  

bayıra  çıxmışdı.  Əynində  qara  qıldan  hörülmüş  tikişsiz  paltar  

var  idi.  Elə  bu  vaxt  Əlinin  oğlu  Həsən  gəldi.  Peyğəmbər  onu  

paltarının  altına  aldı.  Sonra  Hüseyn  gəldi.  Peyğəmbər  onu  da  

paltarının  altına  aldı.  Sonra  Fatimə  gəldi,  Peyğəmbər  onu  da  

paltarının  altına  aldı.  Daha  sonra  Əli  gəldi.  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  da  paltarının  altına  alıb  dedi:  

“Ey  əhli-əyalım!  Allah  sizdən  yamanlığı  uzaqlaşdırmaq,  sizi  

təmizləmək  istəyir”

2

.  


Möminlərin  anası  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Biz,  Peyğəmbərin  zövcələri  hamılıqda  onun  yanında  ikən  

Fatimə  gəldi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

121


gördüyündə  salamlayaraq  dedi:  “Xoş  gördük,  qızım!”  Sonra  

onu  sağında,  ya  da  solunda  oturtdu.  Daha  sonra  gizlicə  ona  nə  

isə  dedi.  Fatimə  bərk-bərk  ağladı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

görəndə  ki,  Fatimə  qəm-qüssəyə  batıb,  ikinci  dəfə  

ona  gizlicə  nə  isə  dedi.  Bu  dəfə  Fatimə  güldü.  Fatiməyə  dedim:  

“Mən  onun  zövcəsiyəm.  Yanımızda  ikən  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

sənə  gizlicə  nə  isə  söylədi.  Sən  isə  ağladın.”  

(Aişə  sözünə  davam  edir:)  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

getdikdən  sonra  Fatimədən  soruşdum:  “O,  sənə  nə  

söylədi?”  Dedi:  “Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sir-


rini  kiməsə  deməyəcəyəm.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

vəfat  etdikdən  sonra  Fatiməyə  dedim:  “Peyğəmbərin  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sənə  dediyini  mənə  xəbər  vermədiyin  

üçün  boynunda  haqqım  var.”  Dedi:  “Bəli,  indi  deyərəm.  Birinci  

dəfə  mənə  dedi  ki,  “Cəbrayıl  hər  il  onunla  Quranı  bir  dəfə  

təkrarladığı  halda  bu  il  iki  dəfə  təkrarlayıb.  Görünür,  əcəlim  

yaxınlaşıb.  (Ey  Fatimə!)  Allahdan  qorx  və  səbir  göstər!  Mən  

sənin  nə  yaxşı  sələfinəm!”  Və  mən,  sənin  də  gördüyün  kimi,  

ağladım.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

görəndə  ki,  

narahatam,  ikinci  dəfə  gizlicə  dedi:  “Ey  Fatimə!  Bu  ümmətin  

mömin  qadınlarının  böyüyü  olmaq  istəməzsənmi?”  Mən  də  

bunu  eşidən  kimi,  güldüm”

1

.



Əbu  Davud,  Tirmizi  və  Nəsai  isə  belə  rəvayət  etmişlər:  

“(Bir  dəfə)  Fatimə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəldi.  Peyğəmbər  (onu  gördükdə)  ayağa  qalxıb  

onu  öpdü  və  yanında  oturtdu.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

onun  yanına  getdiyində  o  da  eyni  cür  hərəkət  edirdi.  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

122


Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xəstələndiyi  zaman  

Fatimə  onun  yanına  gəldi,  onu  qucaqlayıb  öpdü”

1

.  



Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  günortaüstü  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

evindən  çıxdı.  Nə  o  mənə  bir  söz  dedi,  nə  də  mən  

ona  bir  söz  dedim.  Nəhayət,  gəlib  Qəynuqə  bazarına  çatdıq.  

Fatimənin  evinin  həyətində  oturdu  və:  “Balaca  oradadırmı?  

Balaca  oradadırmı?”  –  deyə  soruşdu.  (Fatimə)  uşağı  bir  az  

ləngitdi.  Mən  isə  onun  uşağa  ətirli  boyunbağı  taxdığını  və  

ya  onu  yuyundurduğunu  zənn  etdim.  Sonra  Həsən  qaça-qaça  

gəlib  (Peyğəmbərin  qucağına  atıldı),  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

onu  qucaqlayıb  öpdü  və  belə  dua  etdi:  “Alla-

hım,  onu  və  onu  sevənləri  sev!”

2

  



Rəvayət  olunur  ki,  İbn  Ömər  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “Onlar  (Həsən  və  Hüseyn)  mənim  bu  dünyadakı  

iki  gülümdür”

3

.

Həzrəti Fatimə və oğlu Həsənin 



Peyğəmbərə oxşaması

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Fatimə  (bizə)  gəldi.  Gəzişi  Peyğəmbərin  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

gəzişi  kimi  idi”

4

.  


1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  IX  cild,  səh.  200.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə