Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə35/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   31   32   33   34   35   36   37   38   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

117


PEYĞƏMBƏRİN QIZI FATİMEYİ-ZƏHRA

Atasının qayğısına qalmağı

1.  Kiçik  yaşlarında.  Abdullah  ibn  Məsud  

(Allah  ondan  razı  qal-

sın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Kəbənin  yanında  namaz  qılırdı.  Bir  dəstə  qüreyşli  də  (yaxınlıq-

da)  məclis  qurub  oturmuşdu.  Birdən  onlardan  biri  dedi:  “Bu  

riyakarı  görürsünüzmü?!  Hansı  biriniz  filan  qəbilənin  (yenicə  

kəsdiyi)  dəvənin  yanına  gedib,  onun  mədəsindən  çıxanı,  qanını  

və  döl  qişasını  gətirər,  sonra  (bu  riyakar)  səcdəyə  gedənədək  

gözləyər  və  (o,  səcdədə  ikən)  bunu  onun  kürəkləri  arasına  

qoyar?”  Onların  ən  bədbəxti  oraya  gedib  (o  murdar  şeyləri  

gətirdi)  və  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səcdəyə  

qapıldığı  zaman  bunu  onun  kürəkləri  arasına  qoydu.  Peyğəm-

bər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səcdəyə  qapandığı  vəziyyətdə  

qaldı.  Müşriklər  gülüşdülər,  hətt a  gülməkdən  bir-birinin  üstünə  

yıxılmağa  başladılar.  Bu  arada  bir  nəfər  Fatimənin  dalınca  get-

di.  Fatimə  (həmin  vaxt)  balaca  qız  idi.  Tələsik  qaçıb  gəldi.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

  hələ  də  səcdədə  idi.  

Nəhayət,  Fatimə  onun  belini  təmizlədi,  sonra  da  qüreyşlilərə  

tərəf  dönüb  həqarət  yağdırdı”

1

.  


2.  Böyüklüyündə.  Səhldən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

Uhud  günündə  yaralanmağı  haqqında  soruşduqda  

demişdir:

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

118


“Peyğəmbərin  üzü  yaralanmış,  iki  qabaq  dişi  sınmış,  başın-

dakı  dəbilqəsi  parçalanmışdı.  Bu  zaman  Fatimə  Peyğəmbərin  

qanını  silir,  Əli  də  (Peyğəmbəri)  tuturdu.  Fatimə  görəndə  ki,  

qan  dayanmayıb  axır,  bir  həsir  götürüb  yandırdı,  külünü  (yara-

ya)  basdı.  Bununla  da  qan  dayandı”

1

.



Həzrəti Əli ilə evlənməsi

Həzrəti  Əli  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərin  qızı  Fatimə  ilə  evlənmək  istədiyimdə  Bəni-

Qəynuqə  qəbiləsindən  bir  boyaçı  ilə  razılığa  gəlmişdim  ki,  

mənimlə  gedəcək  və  (satmaq  üçün)  izxir

2

  gətirəcəyik.  Onu  



boyaçılara  satmaq,  (əldə  etdiyim  qazancla)  toy  ziyafətimi  

keçirmək  istəyirdim”

3

.  


Səbir göstərməsi və ər evinin 

qayğısına qalması

Həzrəti  Əli  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Fatimə  

(Ona  salam  olsun!)

  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

yanına  gəldi  ki,  əldəyirmanı  çevirməkdən  əlində  

yaranmış  qabardan  ona  şikayət  etsin.  Eşitmişdi  ki,  Peyğəmbərə  

kölələr  göndərilib.  Amma  Peyğəmbəri  evində  tapmadı.  Başına  

gələnləri  Aişəyə  danışdı.  Peyğəmbər  (evə)  gəldiyində  Aişə  olan-

ları  ona  xəbər  verdi.  (Əli  deyir:)  “(Bunu  eşidən)  Peyğəmbər  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Ətirli  qamış  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

119


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  baş  çəkdi.  Yerimizi  sa-

lıb  yatmışdıq.  (Gəldiyini  görüb)  durmaq  istədik.  Amma  o:  

“Yerinizdən  qalxmayın”,  –  dedi  və  gələrək  aramızda  əyləşdi.  

Və  mən  onun  qarnıma  toxunan  ayaqlarının  soyuqluğunu  hiss  

etdim.  Bundan  sonra  dedi:  “Məndən  istədiyiniz  şeydən  daha  

yaxşısını  sizə  deyimmi?  Yataqlarınızı  saldığınızda  və  ya  yata-

ğınıza  girdiyinizdə  otuz  üç  dəfə  “sübhənallah”,  otuz  üç  dəfə  

“əlhəmdulilləh”,  otuz  üç  dəfə  “Allahu  Əkbər”  deyin.  (Bilin  ki,)  

bu,  sizin  üçün  xidmətçilərdən  daha  yaxşıdır”

1

.

Hədisin  Əbu  Davud  tərəfindən  rəvayət  olunmuş  versiyasında  



deyilir:

“Əli  dedi:  “Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qızı  


Fatimə  yanımda  idi.  Əldəyirmanını  hərlətməkdən  əlləri  qabar  

olmuşdu.  Su  qabını  daşımaqdan  boynu  ağrıyırdı.  Evi  silib-

süpürməkdən  paltarları  toz  içində  idi.  Çörək  bişirmək  isə  üzü-

nün  rəngini  dəyişmişdi”

2

.  


Peyğəmbərin Fatiməyə görə hirslənməsi

Rəvayət  olunur  ki,  Misvər  ibn  Məxrəmə  deyib:  

“(Bir  dəfə)  Əli  Əbu  Cəhlin  qızı  ilə  nişanlandı.  Bunu  eşidən  

Fatimə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gəlib  dedi:  “Hər  kəs  iddia  edir  ki,  sən  qızların  üçün  (kiməsə)  

hirslənməzsən.  Bu  Əli  isə  Əbu  Cəhlin  qızı  ilə  nikah  kəsmək  

istəyir.”  (Bunu  eşidən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

ayağa  qalxıb  insanlara  səsləndi.  Allaha  həmd  edib,  Onun  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XIII  cild,  səh.  336.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə