Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə43/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   39   40   41   42   43   44   45   46   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

141


Bu  zaman  Aişə  ona  dedi:  “Amma  sən  bu  cür  deyilsən.  

(Məsruq  deyir:)  “(Bu  vaxt)  ona  dedim:  “Nə  üçün  Həssanın  

sənin  yanına  gəlməyinə  icazə  verirsən?  Halbuki  Allah  Təala  

buyurub:  “Onlardan  günahın  böyüyünü  öz  üstünə  götürəni  

isə  (qiyamət  günü)  çox  böyük  (şiddətli)  bir  əzab  gözləyir!”

1

  



Aişə  mənə  dedi:  “Hansı  əzab  korluqdan  daha  şiddətlidir?  O  

(Həssan  –  öz  şerləri  ilə),  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

müdafiə  edirdi”

2

.

Rəvayət  olunur  ki,  Übeydullah  ibn  Abdullah  ibn  Ütbə  de-



yib:

“(Bir  dəfə)  Aişənin  yanına  gedib  dedim:  “Mənə  Peyğəmbə-

rin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xəstəliyi  haqda  danışmayacaq-

sanmı?”  Dedi:  “Əlbətt ə,  (danışacağam).  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

vəziyyəti  ağırlaşmışdı.  Soruşdu:  “İnsanlar  

namaz  qılıblarmı?”  Dedik:  “Xeyr,  ey  Allahın  rəsulu,  onlar  səni  

gözləyirlər.”  Dedi:  “Mənə  qabda  su  gətirin.”  Biz  də  (dediyini)  

etdik.  Qüsl  aldı  və  ayağa  qalxmaq  istədi,  ancaq  ürəyi  getdi.  

Özünə  gəldiyində  soruşdu:  “İnsanlar  namaz  qılıblarmı?”  Dedik:  

“Xeyr,  ey  Allahın  elçisi,  onlar  səni  gözləyirlər.  Dedi:  “Mənə  

qabda  su  gətirin.”  Biz  də  (dediyini)  etdik.  Oturub,  qüsl  aldı  

və  ayağa  qalxmaq  istədi,  ancaq  ürəyi  getdi.  Özünə  gəldiyində  

soruşdu:  “İnsanlar  namaz  qılıblarmı?”  Dedik:  “Xeyr,  ey  Alla-

hın  elçisi,  onlar  səni  gözləyirlər.  Bu  zaman  camaat  məsciddə  

oturub  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gözləyirdi  ki,  

onlara  axırıncı  –  işa  namazını  qıldırsın.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

Əbubəkrə  xəbər  göndərdi  ki,  camaata  namaz  

1

 “ən-Nur”  surəsi,  11-ci  ayə.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

142


qıldırsın.  (Peyğəmbərin)  göndərdiyi  adam  onun  yanına  gəlib  

dedi:  “Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sənə  əmr  

edir  ki,  camaata  namaz  qıldırasan.”  Əbubəkr  ürəyiyumşaq  oldu-

ğundan  dedi:  “Ey  Ömər,  camaata  namazı  sən  qıldır.”  Ömər  isə  

ona  dedi:  “Sənin  buna  daha  çox  haqqın  çatır.”  Beləliklə,  həmin  

günlərdə  camaata  namazı  Əbubəkr  qıldırdı.  (Bir  neçə  gün  son-

ra)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

halı  yaxşılaşdı  

və  iki  nəfər  onun  (sağından  və  solundan)  qoluna  girib,  günorta  

namazını  qılmaq  üçün  onu  (məscidə)  apardılar  (qoluna  girən  

şəxslərdən  biri  Abbasdır).  (Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

məscidə  daxil  olduqda)  Əbubəkr  (camaata)  namaz  qıl-

dırırdı.  Əbubəkr  onu  görən  kimi,  geriyə  çəkilmək  istədi,  lakin  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əli  ilə  işarə  etdi  ki,  

çəkilməsin.  Peyğəmbər  (

Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!

  –  o  iki  

nəfərə:)  “Məni  onun  yanında  oturdun”,  –  dedi.  Onu  Əbubəkrin  

yanına  oturtdurdular.  Bundan  sonra  Əbubəkr  Peyğəmbərə  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)

,  camaat  da  Əbubəkrə  tabe  olaraq  

namaz  qıldı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

namazı  


oturaq  halda  qıldı.”  (Übeydullah  deyir:)  “Abdullah  ibn  Abbasın  

yanına  gedib  dedim:  “Sənə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

xəstəliyi  haqda  Aişənin  dediklərini  danışmayımmı?”  

Dedi:  “Danış.”  Ona  Aişənin  dediklərini  danışdım.  Heç  bir  şeyi  

inkar  etmədi,  ancaq  dedi:  “(Aişə)  sənə  Abbasla  olan  ikinci  ada-

mın  adını  dedimi?”  “Yox”,  –  dedim.  Dedi:  “O,  Əli  idi.”

1

4.  Səhabələrin  səhvlərini  düzəltməsi.  Rəvayət  edilir  ki,  

Übeydullah  ibn  Ümeyr  deyib:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

143


“(Bir  dəfə)  Aişə  eşidir  ki,  Abdullah  ibn  Əmr  qadınlara  qüsl  

aldıqlarında  saçlarının  hörüklərini  açmalarını  əmr  edir.  Deyir:  

“Nə  qəribə  adamdır  bu  ibn  Əmr!  Qadınlara  qüsl  aldıqlarında  

hörüklərini  açmağı  əmr  edirmiş!  Bəlkə,  saçlarını  kəsməyi  əmr  

etsin!?  Halbuki  mən  və  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bir  qabdan  (su  götürüb  birlikdə)  qüsl  alırdıq.  Və  mən  

başıma  ancaq  üç  dəfə  su  tökürdüm”

1

.



Rəvayət  olunur  ki,  Ümrə  bint  Əbdürrəhman  deyib:

“Ziyad  ibn  əbu  Süfyan  Aişəyə  yazıb  bildirdi  ki,  Abdullah  ibn  

Abbas  deyib:  “Kim  kəsmək  üçün  heyvan  göndərərsə,  həmin  

heyvan  kəsilənədək  həcc  edənə  haram  sayılan  şeylər  ona  da  

haramdır.”  (Məktubu  alan)  Aişə  dedi:  “(Məsələ)  ibn  Abbasın  

dediyi  kimi  deyildir.  Mən  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

qurbanlıq  heyvanının  kəndirini  öz  əlimlə  açmışam.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

isə  onun  kəndirini  

öz  əlləri  ilə  bağladı,  atamla  göndərdi.  Onu  kəsənədək  Allahın  

halal  qıldığı  heç  nə  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

haram  sayılmadı”

2

.

Rəvayət  olunur  ki,  Məhəmməd  ibn  əl-Məntəşir  deyib:  



“(Bir  dəfə)  Aişəyə  İbn  Abbasın  belə  dediyini  bildirdim:  

“Gözəl  ətir  sürtmüş  halda  ehramlı  olmağı  xoşlamıram  (Müs-

limin  versiyasında:  “Bunu  etməkdənsə,  qatran  sürtməyi  üstün  

tutaram).”  Aişə  dedi:  “Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

gözəl  ətir  sürtdüm.  Qadınlarına  baş  çəkdi,  sonra  isə  eh-

rama  girdi”

3

.  



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə