Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə51/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   47   48   49   50   51   52   53   54   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

165


“Əbu  Sələmə  vəfat  etdiyində  dedim:  “Qərib  idi,  qəriblikdə  

də  (vəfat  etdi)

1

.  Ona  elə  ağlayacağam  ki,  (hər  kəs)  bu  haq-



da  danışsın.  Ağlamağa  hazırlaşırdım  ki,  Mədinənin  yuxarı  mə-

həlləsindən  bir  qadın  gəldi.  Mənə  qoşulub  ağlamaq  istəyirdi.  

Bu  əsnada  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  görüb  

dedi:  “Sən  şeytanı  Allahın  iki  dəfə  çıxardığı  evə  soxmaqmı  

istəyirsən?”  (Bunu  eşitdiyimdə)  ağlamaqdan  əl  çəkdim”

2

.

Əri Əbu Sələməyə vəfakarlığı



Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitdim:  “Başına  bir  bəla  gəldiyində  Allahın  ona  əmr  etdiyi  

(sözləri)  –  “Doğrudan  da,  biz  Allahınıq  və  Ona  da  qayıda-

cağıq!  Allahım,  bu  bəlaya  görə  mənə  savab  yaz,  ondan  daha  

xeyirlisini  mənə  nəsib  qıl!”  –  deyən  elə  bir  müsəlman  yoxdur  

ki,  Allah  ondan  (müsibətdən)  daha  xeyirlisini  onun  nəsibinə  

yazmasın”.  Əbu  Sələmə  vəfat  etdiyi  vaxt  (öz-özümə)  dedim:  

“Hansı  müsəlman  Əbu  Sələmədən  yaxşı  ola  bilər  ki?!  O  ki  

ailəsi  ilə  birlikdə  Allahın  rəsulu  naminə  hicrət  etmişdir.”  Bun-

dan  sonra  Allah  mənə  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

nəsib  qıldı”

3

.

1



 Əbu  Sələmə  Məkkəli  idi  və  Mədinədə  vəfat  etmişdi.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

166


Peyğəmbərlə evlənməsi

Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  



(Allah  ondan  razı  qalsın!)  

demiş-


dir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məni  özünə  nişan-

lasın  deyə  Hatib  ibn  əbu  Bəltəəni  yanıma  göndərdi.  (Hatibə)  

dedim:  “Mənim  bir  qızım  var  və  mən  qısqancam.”  (Bunu  

eşidən  Peyğəmbər)  dedi:  “Dua  edərik  ki,  qızı  ona  möhtac  

olmasın  (Allah  qızına  ruzi  yetirsin).  Onu  da  dua  edərəm  ki,  

Allah  onun  qısqanclığını  aparsın”

1

.



Ümmi-Sələmə  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

onunla  evləndiyində  yanında  üç  gün  qaldı.  Sonra  

dedi:  “Sən  (mənim)  üçün  dəyərsiz  deyilsən,  amma  qaydaya  

görə  dulun  yanında  üç  gün  qalırlar.  Əgər  istəsən,  yeddi  gün  

qalaram.  Əgər  sənin  yanında  yeddi  gün  qalsam,  gərək  digər  

zövcələrimin  də  yanında  o  qədər  qalım.  Amma  istəsən,  onların  

yanında  üç  gün  qalıb  sonra  yanına  gələrəm.”  Ümmi-Sələmə  

dedi:  “Üç  gün  bəsdir”

2

.

Güclü şəxsiyyəti



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  iki  

yerə  ayrılmışdılar.  Bir  tərəfdə  Aişə,  Həfsə,  Səfiyyə  və  Sevda,  

digər  tərəfdə  isə  Ümmi-Sələmə  və  başqaları  vardı.  (Bir  dəfə)  ya-

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

167


nındakılar  (ikinci  qrup)  Ümmi-Sələməyə  dedilər:  “Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

danış  ki,  insanlara  desin:  “Kim  

Peyğəmbərə  bir  şey  hədiyyə  etmək  istəsə,  ona  bu  hədiyyəni  

zövcələrinin  evində  olarkən  versin.”  Ümmi-Sələmə  (gedib  bunu  

Peyğəmbərə)  dedi...”

1

.



Xalqın problemləri ilə 

maraqlanması, müsəlmanların 

rəhbərinə diqqətlə qulaq asması

Ümmi-Sələmə  rəvayət  edir  ki,  (bir  dəfə)  insanların  (cənnət)  

hovuzundan  danışdıqlarını  eşidir.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

bu  haqda  ona  heç  nə  danışmamışdı.  Həmin  vaxt  

bir  cariyə  onun  saçını  darayırmış.  Ümmi-Sələmə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

minbərdən  “Ey  insanlar!”  –  deyə  

səsləndiyini  eşidib  saçını  darayan  cariyəyə  dedi:  “Mənə  bir  

az  möhlət  ver.”  Cariyə  dedi:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

ancaq  kişiləri  çağırdı,  qadınları  ki  deyil!”  Ümmi-

Sələmə  dedi:  “(Nə  olsun  ki?!)  Mən  də  insanam”

2

.  (Bu  zaman)  



Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyirdi:  “Mən  sizdən  

ötrü  Hovuzun  yanına  birinci  çatacağam.  Mənə  baxın!  Nəbadə  

sizdən  kimsə  itmiş  dəvə  necə  qovulursa,  yanıma  gəldiyində  elə  

qovulmasın;  mən  də:  “Bu  nəyə  görədir?”  –  deməyim;  mənə  də  

(cavabən:)  “Sən  onların  səndən  sonra  nə  etdiklərini  bilmirsən!”  

–  deyilməsin!  Mən  də:  “İraq  olsun!”  –  deməyim!”

3

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə