Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə49/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   45   46   47   48   49   50   51   52   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

159


yerinə  yetirəcəyəm.”  (Aişə)  dedi:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

ona  yaxınlaşdıqda  o,  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  rəsulu,  kitrə  yemisən?”  O:  

“Xeyr!”  –  deyə  cavab  verdi.  Sevda  soruşdu:  “Bəs  bu  nə  iydir  

burnuma  gəlir?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Həfsə  mənə  bal  içirdib.”  Sevda  dedi:  “Yəqin  ki,  arılar  bu  balı  

urfut  ağacından  çəkdiyi  şirədən  düzəldiblər.”  Sonra  o  mənim  

yanıma  gəldi  və  mən  də  ona  həmin  sözləri  dedim.  Daha  son-

ra  o,  Səfiyyənin  yanına  getdi  və  o  da  ona  həmin  sözləri  dedi.  

Nəhayət,  o,  Həfsənin  yanına  gəldikdə  Həfsə  dedi:  “Ey  Allahın  

rəsulu,  sənə  bal  verimmi?”  O  dedi:  “İstəmirəm.”  Bu  vaxt  Sevda:  

“And  olsun  ki,  biz  onu  baldan  məhrum  edə  bildik”,  –  dedi  mən  

də  ona:  “Sus!”  –  dedim”

1

.  


Rəvayət  olunur  ki,  Möminlərin  anası  Həzrəti  Aişə  

(Allah  ondan  

razı  qalsın!)  

deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xəstələndiyində  

dedi:  “Əbubəkrin  yanına  gedin,  qoy  insanlara  namaz  qıldır-

sın!”  Ona  dedim:  “Əgər  Əbubəkr  sənin  yerinə  namaza  dursa,  

insanlar  onun  ağlama  səsindən  başqa  heç  nə  eşitməzlər.  Əmr  

et  Ömər  insanlara  namaz  qıldırsın.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Əmr  edin,  Əbubəkr  insanlara  namaz  

qıldırsın!”  Mən  də  Həfsəyə  dedim:  “Sən  də  Peyğəmbərə  söylə  

ki,  Əbubəkr  ürəyiyumşaq  insandır,  qüssə  onu  tez  boğur.  Əgər  

Əbubəkr  sənin  yerinə  namaza  dursa,  insanlar  onun  ağlama  

səsindən  başqa  heç  nə  eşitməzlər.  Əmr  et  Ömər  insanlara  na-

maz  qıldırsın!”  Həfsə  (dediyimi)  etdi.  (Bunu  eşidən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəsdir,  ey  Yusif  dövrünün  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

160


qadınları!  Əbubəkrə  deyin  insanlara  namaz  qıldırsın!”  (Bundan  

sonra)  Həfsə  (gəlib)  Aişəyə  dedi:  “Məndən  sənə  fayda  gəlməz”.

Başqa  hədisdə  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Allaha  and  olsun  ki,  mən  “Əbubəkr  insanlara  namaz  qıl-

dırsın!”  əmrinə  görə  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

tez-tez  üz  tutdum.  Ona  o  səbəbdən  tez-tez  üz  tut-

dum  ki,  Peyğəmbərin  yerinə  keçəcək  kimsəni  insanların  sevə  

biləcəklərini  təsəvvürümə  gətirə  bilmirdim.  Zənn  edirdim  ki,  

Peyğəmbərin  yerini  tutacaq  kimsəyə  insanlar  bədbin  baxacaq-

lar.  Elə  bu  səbəbdən  istəmişdim  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

Əbubəkrlə  bağlı  fikrini  dəyişsin”

1

.  


Allah Təalanın Həzrəti Aişəyə ehtiramı

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

deyib:  


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  demişdi:  

“Sən  yuxuda  mənə  iki  və  ya  üç  dəfə  göstərildin.  Mələk  səni  

ipək  parçada  gətirərək  dedi:  “Bu,  sənin  zövcəndir.”  Üzündən  

örtüyü  götürdükdə  gördüm  ki,  sənsən.  Səni  görüncə  dedim:  

“Əgər  bu,  Allahın  təqdiridirsə,  Allah  onu  gerçəyə  çevirəcəkdir!”

2

  

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:  

  “(Bir  dəfə)  Peyğəmbər  mənə  dedi:  “Ey  Aişə,  bu  Cəbrayıldır,  

sənə  salam  söyləyir.”  Mən  də  dedim:  “Ona  da  salam,  Allahın  

rəhməti  və  bərəkəti  olsun!”

3

  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

161


Həzrəti  Aişə  rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər  (

Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!

  –  Ümmi-Sələməyə)  dedi:  “Ey  Ümmi-

Sələmə!  And  olsun  ki,  O,  sizdən  kimsə  ilə  yorğan  altında  ikən  

mənə  vəhy  endirmədi.  Ancaq  o  (Həzrəti  Aişə  –  mütərcim)  

istisnadır”

1

.  



Rəvayət  olunur  ki,  Əmmar  ibn  Yasir  deyib:

“Allaha  and  olsun  ki,  o  (Həzrəti  Aişə  –  mütərcim),  dün-

ya  və  axirətdə  peyğəmbərinizin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsidir”

2

.

Peyğəmbərin Həzrəti Aişəyə ehtiramı



  

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:

“Aişənin  başqa  qadınlardan  üstünlüyü  səridin

3

  digər  yemək-



lərdən  üstünlüyü  qədərdir”

4

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Həzrəti  Fatimədən  

soruşdu:  “Qızım,  mənim  sevdiyimi  sevirsənmi?”  Həzrəti  Fatimə:  

“Bəli!”  –  deyə  cavab  verdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

buyurdu:  “Elə  isə  bunu  (Həzrəti  Aişəni  göstərirdi)  sev”

5

.

Həzrəti  Aişə  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

xəstələndiyində  (elə  bu  xəstəlikdən  vəfat  etmişdi)  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Dadlı  ərəb  yeməyi



4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

5

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  



Müslimindir.  


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə