Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə48/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   44   45   46   47   48   49   50   51   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

156


Kaş dəvə döyüşdən az da olsa anlayardı,

Əcəl gəldiyində ölüm nə gözəldir!

Ayağa  qalxıb  bir  bağçaya  girdim.  Orada  bir  dəstə  müsəlman  

gördüm.  Aralarında  Ömər  ibn  əl-Xətt ab  və  dəbilqəli  bir  adam  

vardı.  Ömər  dedi:  “Nə  üçün  gəlmisən?”  And  olsun  ki,  sən  çox  

cəsursan.  Amma  nə  zamindir  ki,  başına  bir  şey  gəlməyəcək?!”  

Məni  o  qədər  danladı  ki,  yerin  yarılmasını  və  oraya  girməyi  

arzuladım.  Dəbilqəli  adam  bu  əsnada  dəbilqəsini  başından  çı-

xardı.  Gördüm  ki,  Təlhə  ibn  Übeydullahdır.  Dedi:  “Ey  Ömər!  

Çox  uzağa  getdin!  Allahdan  başqa  qaçacağımız  yermi  var?!”  

Bu  zaman  Qüreyş  müşriklərindən  biri  Sə`də  ox  atıb  dedi:  “Al,  

bu  da  sənə  ox!  Mənə  İbn  Ərəqə  deyərlər!”  Atdığı  ox  Sə`din  

qol  damarına  sancılıb  onu  qopardı.  Sə`d  Allaha  dua  edib  dedi:  

“Allahım,  Qüreyzənin  fəthi  ilə  gözüm  aydın  olmayınca  canımı  

alma!”  (Aişə  deyir:)  “Onlar  (qüreyzəlilər)  Cahiliyyət  dövründə  

onun  dostlarının  mütt əfiqləri  idilər.  Bir  az  sonra  Sə`din  qolun-

dan  axan  qan  dayandı.  Allah  Təala  müşriklərin  üstünə  külək  

göndərdi.  Bununla  da  Allah  döyüşdə  möminlərə  yardım  etdi.  

Allah  güclüdür,  qüvvət  sahibidir!”

1

  



Əleyhinə də olsa doğru danışması

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  (bir  dəfə)  yanındakılara  

deyibmiş:  

1

 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.  Bax:  Silsilə  əl-əhadis  əs-səhihə,  



hədis  №  67.  


Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

157


“Sizə  özüm  və  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

danışımmı?”  Yanındakılar:  “Bəli!”  –  dedilər.  Aişə  dedi:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanımda  olduğu  

gecə  idi.  Yerində  çevrilərək,  əbasını  yerə  sərdi,  səndəllərini  çı-

xarıb  ayaqlarının  yanına  qoydu.  Paltarının  bir  tərəfini  yatağının  

üstünə  qoyub  uzandı.  Çox  keçmədən  yatdığımı  güman  edib,  

ehmalca  əbasını  götürdü,  yavaşca  səndəllərini  geyib,  qapını  

açdı  və  çölə  çıxdı.  Arxasınca  qapını  ehtiyatla  bağladı.  Mən  də  

köynəyimi  başıma  keçirdim,  paltarımla  başımı  və  sinəmi  ört-

düm,  libasıma  bürünərək,  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

arxasınca  getdim.  Bəqiyə

1

  çataraq  dayandı,  həm  də  çox  



dayandı.  Sonra  əllərini  üç  dəfə  qaldırdı.  Geri  döndüyündə  mən  

də  döndüm.  Addımlarını  yeyinlətdiyində  mən  də  yeyinlətdim.  

Yürüdüyündə  mən  də  yürüdüm.  Axırda,  onu  ötərək  evə  gir-

dim.  Yatağıma  girmişdim  ki,  içəriyə  daxil  oldu.  Dedi:  “Nə  

olub  sənə,  Aişə?  Təşviş  içindəsən.”  Mən:  “Bir  şey  olmayıb”,  

–  dediyimdə  dedi:  “Ya  sən  mənə  nə  olduğunu  deyəcəksən,  ya  

da  mehriban  və  hər  şeyi  bilən  Allah  deyəcəkdir!”  Mən  də:  “Ey  

Allahın  rəsulu,  atam-anam  sənə  fəda  olsun!”  –  deyib,  olanları  

ona  danışdım.  Soruşdu:  “Demək,  qarşımda  gördüyüm  qaraltı  

sən  idin?”  Dedim:  “Bəli!”  Sinəmdən  itələdi  və  mən  ağrı  hiss  

etdim.  Dedi:  “Allah  və  peyğəmbərinin  sənə  zülm  edəcəyinimi  

düşündün?”  Aişə  dedi:  “İnsanlar  nəyi  gizlədirlərsə  gizlətsinlər,  

hər  şey  Allaha  məlumdur!”  Peyğəmbər  dedi:  “Bəli,  səni  gör-

düyüm  zaman  Cəbrayıl  yanıma  gələrək  mənə  səsləndi.  Amma  

bunu  səndən  gizlətdi.  Mən  də  ona  hay  verdim  və  hayımı  

səndən  gizlətdim.  Sən  paltarlarını  çıxarmış  halda  o  sənin  yanı-

1

 Qəbiristanlıq  adıdır  –  tərcüməçinin  qeydi.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

158


na  gəlməli  deyildi.  Zənn  etdim  ki,  yatmısan.  İstəmədim,  səni  

oyadım.  Qorxacağından  ehtiyatlandım.  (Cəbrayıl  mənə)  dedi:  

“Rəbbin  əmr  edir  ki,  Bəqiyə  gedib,  orada  yatanlar  üçün  (Al-

lahdan)  bağışlanma  diləyəsən.”  (Aişə  deyir:)  “Onlara  nə  deyim,  

ey  Allahın  rəsulu?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Belə  de:  “Mömin  və  müsəlman  diyarının  sakinlərinə  

salam  olsun!  Allah  bizdən  qabaq  və  sonra  gedənlərə  rəhmət  

etsin!  Biz  də,  inşallah,  sizə  qovuşacağıq!”

1

  

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  deyib:



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bal  və  şirniyyatı  

xoşlayardı.  O,  (hər  gün)  ikindidən  sonra  zövcələrinə  baş  çəkər,  

biri  ilə  lap  yaxın  olardı.  (Bu  dəfə)  o,  Həfsə  bint  Ömərin  yanına  

gəldi  və  qaldığından  çox  qaldı.  Qısqandım  və  nə  baş  verdiyi-

ni  soruşdum.  Mənə  dedilər  ki:  “Həmqəbilələrindən  bir  qadın  

(Həfsəyə)  bal  hədiyyə  etmiş,  o  da  bu  baldan  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

içirdib.  Öz-özümə  dedim:  “Al-

laha  and  olsun  ki,  ona  hiylə  gələcəyəm!”  Sonra  Sevda  bint  

Zəm`əyə  dedim:  “Bir  azdan  o  sənin  yanına  gələcək.  O  sənə  

yaxınlaşan  kimi,  soruşarsan  ki:  “Peyğəmbər  sənə  yaxınlaşdı-

ğında  de  ki:  “Kitrə  yemisən?”  O  sənə:  “Xeyr!”  –  deyə  cavab  

verəcək.  Sən  də  ona  deyərsən:  “Bəs  bu  nə  iydir  burnuma  

gəlir?”  O  sənə  deyəcək:  “Həfsə  mənə  bal  içirdib.”  Onda  sən  

ona  deyərsən:  “Yəqin  ki,  arılar  bu  balı  urfut  ağacından  çəkdiyi  

şirədən  düzəldiblər.”  (Aişə)  dedi:  “Mən  də  ona  belə  deyəcəyəm,  

sən  də  belə  deyərsən,  ey  Səfiyyə!”  Sevda  dedi:  “And  olsun  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qapının  ağzına  gəlib  

çatdıqda  mən  onun  qabağına  çıxıb  sənin  dediyini  hökmən  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə