Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə44/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   40   41   42   43   44   45   46   47   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

144


Mücahid  demişdir:

“Mən  və  Ürvə  ibn  Zübeyr  (Mədinə)  məscidinə  girmişdik.  

Gördük  ki,  Abdullah  ibn  Ömər  Aişənin  otağında  oturub.  Digər  

insanlar  məsciddə  zuha  namazı  qılırdılar.  İbn  Ömərdən  onların  

(bu)  namazı  haqqında  soruşduq.  Dedi:  “Bidətdir.”  Ürvə  İbn  

Ömərdən  soruşdu:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

neçə  dəfə  ümrə  etmişdir?”  Dedi:  “Birisi  Rəcəb  ayında  olmaqla  

dörd  ümrə  etmişdir.”  Ona  cavab  vermək  istəmədik.  Bu  zaman  

Möminlərin  anası  Aişənin  otaqda  dişlərini  misvakla  təmizləmə-

si  səsini  eşitdik.  Ürvə  Aişəyə  dedi:  “Ana,  ey  möminlərin  anası!  

Görürsən  də,  Əbu  Əbdürrəhman  nə  deyir?”  Aişə  soruşdu:  

“Nə  deyir  ki?”  Ürvə  dedi:  “Deyir  ki,  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

biri  Rəcəbdə  olmaqla  dörd  dəfə  ümrə  

edib.”  Aişə  dedi:  “Allah  Əbu  Əbdürrəhmana  rəhm  göstərsin!  

O  ki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

neçə  dəfə  ümrə  

edibsə,  (hamısını)  görüb.  Axı  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

Rəcəb  ayında  heç  ümrə  etməyib”.

1

  

Rəvayət  olunur  ki,  Abdullah  ibn  Übeydullah  ibn  əbu  Mü-



leykə  deyib:

“Məkkədə  Osmanın  qızlarından  biri  vəfat  etmişdi.  Biz  də  

(namaz  və  dəfn  işlərində)  kömək  edək  deyə  (Osmana)  baş  

çəkmişdik.  İbn  Ömər  və  İbn  Abbas  da  gəlmişdilər.  Mən  on-

ların  arasında  oturmuşdum  (və  ya:  onların  birinin  yanında  

oturmuşdum.  Sonra  digəri  gəlib  yanımda  əyləşdi).  Bu  əsnada  

evdən  qadınların  fəryad  səsi  gəldi.  Abdullah  ibn  Ömər  (bunu  

eşidib)  Əmr  ibn  Osmana  dedi:  “(Bu  qadınlara)  ağlamağı  qa-

dağan  etməyəcəksənmi?  Məgər  Peyğəmbər  

(Ona  Allahın  xeyir-dua-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

145


sı  və  salamı  olsun!)  

belə  deməyib:  “Ailəsi  meyitə  ağladıqca  meyit  

(qəbirdə)  əzab  görür.”  İbn  Abbas  dedi:  “Ömər  də  

(Allah  ondan  

razı  qalsın!)

  bunu  deyərdi.  Ömər  öldüyündə  bunu  Aişəyə  dedim.  

Aişə  isə  dedi:  “Allah  Ömərə  rəhmət  etsin!  Allaha  and  olsun  ki,  

Peyğəmbər  (Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!):  “Ailəsi  

möminə  ağladıqca  Allah  ona  əzab  verər”,  –  deməyib;  əksinə:  

“Doğrudan  da,  Allah  ailəsi  ağladıqca  kafirin  əzabına  əzab  qatar.  

Sizə  “Bir  insanın  günahı  başqasına  yüklənməz”  (ayəsi)  bəsdir!”  

–  deyib.”  (Bunu  eşidən)  İbn  Abbas  dedi:  “Güldürən  də,  ağla-

dan  da  Allahdır”

1

.  



Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Əbu  Filan  (Əbu  Hüreyrəni  nəzərdə  tutur)  necə  də  qəribə  

adamdır!  (Bir  dəfə)  gəlib  otağımın  yanında  əyləşmişdi.  Pey-

ğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

hədis  danışıb  mənə  

eşitdirdi.  Bu  əsnada  mən  Allahı  zikr  edirdim.  Mən  zikrimi  başa  

vurmamış  qalxıb  getdi.  Əgər  getməsəydi,  cavabını  verərdim.  

(Bilin  ki,)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

danışanda  

sizin  kimi  deyil,  aramla  danışardı  (başqa  bir  hədisdə:  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

elə  danışardı  ki,  istəyən  (onun  

sözlərini)  saya  bilərdi)”

2

.



Bədrəddin  Zərkəşi  Həzrəti  Aişənin  səhabələrin  xətalarını  

düzəltməsi  haqqında  ayrıca  kitab  yazmışdır.  “Səhabələrin  səhv-

lərini  Aişənin  düzəltməsi  haqda  deyilənlərə  cavab”  adlanan  bu  

kitabın  müqəddiməsində  yazılıb:

“Bu,  Siddiqənin  

(Allah  ondan  razı  qalsın!)

  təkbaşına  rəvayət  etdiyi  

və  ya  şəxsi  görüşünə,  yaxud  bildiyi  açıq-aşkar  hədisə,  yaxud  da  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

146


sağlam  biliyinə  əsaslanaraq  qarşı  çıxdığı  hədisləri,  ya  da  dövrü-

nün  alimlərinə  etirazlarını,  müasirləri  olmuş  qabaqcıl  şəxslərin  

bu  məsələdə  ona  müraciətlərini,  verdiyi  fitvaları,  tutarlı  gördü-

yü  fikirlərə  əsasən  etdiyi  ictihadları  özündə  toplayan  kitabdır”

1

.

Zərkəşi  Həzrəti  Aişə  tərəfindən  səhvləri  düzəldilmiş  iyirmi  



üç  məşhur  səhabənin  adını  çəkmişdir:  Ömər  ibn  Xətt ab,  Əli  

ibn  əbu  Talib,  Abdullah  ibn  Abbas...  Ümumilikdə  isə  belə  

səhabələrin  sayı  əlli  doqquza  çatır.  

Zərkəşinin  məlum  kitabını  araşdırmış  professor  Səid  Əfqani  

yazır:

“Uzun  illər  Xanım  Aişəni  araşdırdım.  Araşdırmalar  zama-



nı  elə  heyrətamiz  cəhətlərin  şahidi  oldum  ki,  qələmlə  təsvir  

etmək  mümkün  deyil.  Həzrəti  Aişənin  dəryalar  qədər  elmi-

ni,  geniş  dünyagörüşünü,  yanaşmalarındakı  çevikliyi  xüsusi  şə-

kildə  qeyd  etmək  lazımdır.  Əgər  siz  fiqhdə,  təfsirdə,  hədisdə,  

şəriətdə,  ədəbiyyat  və  poeziyada,  dini  mətnlərdə,  şəcərədə,  if-

tixarverici  xatirələrdə,  təbabətdə,  tarixdə...  dərin  bilik  sahibi  

olmaq  istəyirsinizsə,  lazım  olan  hər  şeyi  bu  xanımdan  öyrənə  

bilərsiniz.  Siz  onun  hələ  on  səkkiz  yaşına  çatmadan  bütün  bun-

ları  öyrənməsinə  mat-məətt əl  qalacaqsınız”

2

.  



Təvazökarlığı və elmi dürüstlüyü

Şüreyh  ibn  Hani  deyib:

“Aişədən  məstlərə  (qalın  dəri  ayaqqabı)  məsh  etmək  barədə  

soruşdum.  Dedi:  “Əlinin  yanına  get.  O,  bu  işdə  məndən  daha  

1

 Zərkəşi.  Kitab  əl-icabə,  səh.  31-32.



2

 Yenə  orada.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə