Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə41/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   37   38   39   40   41   42   43   44   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

135


da)  heç  bir  günah  yoxdur”  ayəsini  nazil  etdi.  (Aişə  deyir:)  

“Peyğəmbər  Səfa  və  Mərvəni  təvaf  etməyi  qayda  halına  gətirdi.  

Elə  isə  kimsə  təvaf  etməyi  bir  kənara  ata  bilməz.”  (Ravi  Zühri  

deyir:)  “Əbubəkr  ibn  Əbdürrəhmana  bunu  bildirdim.  Dedi:  

“Bu,  şübhəsiz,  elmdir.  Amma  mən  bunu  bilmirdim”

1

.  



Əbu  Hüreyrəyə  istinadən  Şüreyh  ibn  Hani  demişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Kim  Al-

lahla  görüşməyi  istəyərsə,  Allah  da  onunla  görüşməyi  istəyər.  

Kim  Allahla  görüşmək  istəməzsə,  Allah  da  onunla  görüşməyi  

istəməz.”  (Şüreyh  deyir:)  “Aişənin  yanına  gedib  dedim:  “Ey  

Möminlərin  anası,  eşitdim  ki,  Əbu  Hüreyrə  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  hədis  rəvayət  edib.  Əgər  

(dediyi)  doğrudursa,  cəhənnəmə  girərik.”  Dedi:  “Cəhənnəmə  

girən  Allah  rəsulunun  sözünə  görə  cəhənnəmə  girəcəkdir.  Nə  

(hədisdir)  o?”  Dedim:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

buyurub:  “Kim  Allahla  görüşməyi  istəyərsə,  Allah  da  

onunla  görüşməyi  istəyər.  Kim  Allahla  görüşmək  istəməzsə,  

Allah  da  onunla  görüşməyi  istəməz.  Aramızda  elə  kəs  yoxdur  

ki,  ölümdən  xoşlansın.”  Dedi:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

bunu  deməyinə  deyib,  amma  (mənası)  sənin  başa  

düşdüyün  kimi  deyildir.  (Bu  o  mənadadır  ki,)  göz  bərəldiyində,  

sinə  xırıldayıb,  tüklər  biz-biz  olduqda  və  barmaqlar  yığıldıq-

da  Allahla  görüşməyi  istəyənlə  Allah  da  görüşmək  istəyər,  

istəməyənlə  də  istəməz”

2

.

Rəvayət  edilir  ki,  Amir  ibn  Sə`d  ibn  əbu  Vəqqas  demişdir:  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

136


“Atam  danışır  ki,  (bir  gün)  Abdullah  ibn  Ömərin  yanında  

oturubmuş.  Birdən  ətrafı  hasarlı  evin  sahibi  Xəbbab  gəlib  dedi:  

“Ey  Abdullah,  Əbu  Hüreyrənin  nə  dediyindən  xəbərin  varmı?  

Deyir  ki,  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  bu-

yurduğunu  eşidib:  “Kim  bir  cənazəni  evindən  müşayiət  edərsə,  

cənazə  namazını  qılırsa,  dəfn  edilənədək  arxasınca  gedərsə,  iki  

qirat

1

  savab  qazanar.  Hər  qirat  da  Uhud  (dağı)  qədərdir.  Və  kim  



cənazə  namazını  qılıb  geri  qayıdarsa,  Uhud  (dağı)  qədər  sa-

vab  qazanar.”  (Bunu  eşidən)  Abdullah  Xəbbabı  Aişənin  yanına  

göndərdi  ki,  Əbu  Hüreyrənin  dediyini  ondan  soruşsun  və  cava-

bını  ona  bildirsin.  İbn  Ömər  məscidin  (həyətindəki)  çınqıllar-

dan  bir  ovuc  götürüb  əlində  o  yana  bu  yana  çevirirdi.  Nəhayət,  

qasid  qayıdıb  xəbər  verdi  ki,  Aişə  Əbu  Hüreyrənin  doğru  

söylədiyini  təsdiqləyib.  (Bunu  eşidən)  İbn  Ömər  əlindəki  çın-

qılları  yerə  çırpıb  dedi:  “Elə  isə  nə  çox  qirat  əldən  çıxarmışıq!”

2

  

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Qüreyş  və  onun  dininə  tapınanlar  Müzdəlifədə  dayanardı-

lar.  Onları  “Hüms”  deyə  çağırırdılar.  Digər  ərəblər  isə  Ərəfatda  

dayanırdılar.  İslam  gəldiyi  vaxt  Allah  peyğəmbərinə  əmr  etdi  ki,  

(əvvəlcə)  Ərəfata  gəlsinlər,  sonra  orada  dayansınlar,  daha  sonra  

oradan  geri  dönsünlər.  Bu  Allahın  “Sonra  camaatın  döndüyü  

yerdən  siz  də  dönün!  Allahdan  bağışlanmaq  diləyin,  şübhəsiz  

ki,  Allah  bağışlayandır,  rəhm  edəndir!”  kəlamına

3

  görə  idi



4

.  


Yusif  ibn  Mahək  demişdir:

1

 Qirat  –  qədim  ərəblərdə  qiymətli  daş-qaş  və  ya  qızılın  çəki  vahidi  olub,  



təxminən  0.195  qrama  bərabər  idi  –  tərcüməçinin  qeydi.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 “əl-Bəqərə”  surəsi,  199-cu  ayə.  

4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

137


“(Bir  dəfə)  Möminlərin  anası  Aişənin  yanında  idim.  (Bu  

əsnada)  bir  iraqlı  gəlib  soruşdu:  “Hansı  kəfən  daha  yaxşıdır?”  

Aişə  dedi:  “Vay  halına!  (Ölümdən  sonra)  bunun  sənə  nə  xey-

ri  var?”  İraqlı  dedi:  “Ey  Möminlərin  anası,  müshəfini  mənə  

göstər.”  Aişə  soruşdu:  “Nə  üçün?”  İraqlı  dedi:  “Ola  bilsin  ki,  

ona  əsasən  Quranı  yenidən  tərtibə  salım.  Çünki  tərtibata  uyğun  

oxunmur.”  Aişə  dedi:  “Quranın  hansı  ayəsini  əvvəldə  oxusan,  

sənə  zərər  verər  ki?!  Quranın  nazil  olmuş  ilk  ayələrində  cənnət  

və  cəhənnəm  haqda  müfəssəl  danışılıb.  Elə  ki  insanlar  isla-

ma  qayıtdılar,  halal  və  haram  haqda  (ayələr)  nazil  oldu.  Əgər  

nazil  olmuş  ilk  şey:  “Şərab  içməyin!”  olsaydı,  deyəcəkdilər:  

“İçkini  əsla  bir  kənara  atmarıq”;  və  “Zina  etməyin!”  olsaydı,  

deyəcəkdilər:  “Biz  əsla  zinanı  tərgitmərik.”  Mən  həmin  vaxt-

larda  oyuncaqla  (uşaqlarla)  oynayan  gənc  qız  idim.  Bu  zaman  

Məkkədə  Məhəmmədə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

:  “Xeyr,  

onların  əsl  əzab  vaxtı  qiyamət  günüdür.  Qiyamət  gününün  

əzabı  daha  acıdır  (daha  şiddətlidir)”  ayəsini

1

  nazil  etdi.  “Bəqərə”  



və  “Nisa”  surələri  də  mən  onun  yanında  ikən  enmişdi.”  Bun-

dan  sonra  Aişə  müshəfi  çıxardı  və  ona  surələrin  ayələrini  imla  

etdi”

2

.



3.  Evindəki  elm  məclisləri.  Rəvayət  olunur  ki,  Zürarə  de-

yib:


“(Bir  dəfə)  Sə`d  ibn  Hişam  ibn  Amir  Allah  yolunda  hərbi  

yürüşdə  iştirak  etmək  istədi.  Mədinəyə  gəlib,  bir  mülkünü  sat-

maq,  silah  və  at  alıb,  ölənədək  rumlularla  savaşmaq  istəyirdi.  

Bəzi  mədinəlilərlə  görüşdü.  Ona  bunu  qadağan  edib  dedilər  

1

 “əl-Qəmər”  surəsi,  46-cı  ayə.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə