Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
129
Allahın xeyir-duası və salamı olsun!)
sakitcə yanıma gəldi və qadınlar məni
ona təhvil verdilər. Həmin vaxt mənim doqquz yaşım var idi”
1
.
Elmi məqamı
1. Öyrənmə həvəsi. Əbu Müleykəyə görə, Peyğəmbərin xa-
nımı Aişə eşitdiyi elə bir şey yox idi ki, onu tam öyrənənədək
(Peyğəmbərə) hey sual verməsin. (Bir dəfə) Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Kim hesaba çəkilərsə, əzaba
uğrayar.” Aişə dedi: “Məgər Allah Təala belə buyurmayıb:
“Onunla yüngül haqq-hesab çəkiləcək”
2
. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Sənin dediyin (onun əməllərinin
mizan-tərəziyə) ərz edilməsidir. Əməlləri müzakirə olunacaq
kimsə həlak olacaqdır”
3
.
Rəvayət olunur ki, Məsruq deyib:
“Aişənin yanında yerə dirsəklənmişdim. Aişə dedi: “Ey Aişə-
nin atası, Kim bu üç şeydən birini desə, Allahın adından bö-
yük yalan danışmışdır. “Nədir bu şeylər?” – deyə soruşdum.
Aişə dedi: “Kim: “Məhəmməd
(Ona Allahın xeyir-duası və salamı olsun!)
rəbbini görmüşdür”, – deyərsə, Allahın adından böyük yalan
danışmışdır.” (Bunu eşitdiyimdə) qalxıb oturdum. Dedim: “Ey
Möminlərin anası, mənə bax və barəmdə tələsik qərar vermə.
Məgər Allah buyurmayıb ki: “And olsun ki, (Peyğəmbər!)
onu açıq (ən uca) üfüqdə gördü.”
4
Və ya: “And olsun ki,
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
“əl-İnşiqaq” surəsi, 8-ci ayə.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
4
ət-Təkvir“ surəsi, 23-cü ayə.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
130
(Məhəmməd) onu başqa bir dəfə də (merac vaxtı) görmüşdü.”
1
(Bunu eşidən) Aişə dedi: “Mən bu ümmət arasında bu haq-
da Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sual vermiş ilk
kəsəm. (Həmin vaxt) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdi: “Bu, ancaq və ancaq Cəbrayıldır. Mən onun həqiqi
simasını təkcə bu iki hadisə zamanı görmüşəm. Gördüyümdə
səmadan enirdi. Bədəni ilə yerlə göyün arasını tutmuşdu”. Və
sən eşitməyibsən ki, Allah buyurub: “Gözlər Onu (görüb) dərk
etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır),
(hər şeydən) xəbərdardır!”
2
Və eşitməyibsən ki, Allah buyurub:
“Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq
vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasın-
dan danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz).
Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə
(göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən,
O (hər şeydən) ucadır, hikmət sahibidir!”
3
(Aişə sözünə davam edir:) “(İkinci,) kim iddia etsə ki,
Peyğəmbər Qurandan nə isə bir şeyi gizlətmişdir (insanlara
deməmişdir), Allahın adından böyük yalan danışmışdır. Allah
buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni
(Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini
(sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə ye-
tirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən,
Allah kafir camaatı düz yola yönəltməz!”
4
(Üçüncü,) kim id-
1
“ən-Nəcm” surəsi, 13-cü ayə.
2
“əl-Ənam” surəsi, 103-cü ayə.
3
“əş-Şura” surəsi, 51-ci ayə.
4
“əl-Maidə” surəsi, 67-ci ayə.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
131
dia
etsə ki, o (Peyğəmbər), sabah baş verəcək şeyləri (qabaq-
cadan insanlara) bildirmişdir, Allahın adından böyük yalan da-
nışmışdır. Allah buyurur: “(Ya Rəsulum!) De: “Allahdan başqa
göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən
nə vaxt diriləcəklərini də bilməzlər!
1
”
2
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub: “Kim
Allahla görüşməyi istəyərsə, Allah da onunla görüşməyi istəyər.
Kim Allahla görüşmək istəməzsə, Allah da onunla görüşməyi
istəməz.” (Həzrəti Aişə deyir:) “Dedim: “Ey Allahın peyğəm-
bəri, ölümü istəməmək də belədirmi? Bizim ki ölümdən xo-
şumuz gəlmir.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Xeyr, (dediyin kimi) deyil. Əgər mömin Allahın rəhməti, razı-
lığı və cənnəti ilə müjdələnərsə, Allahla görüşməyi çox istəyər,
Allah da onunla görüşməyi çox istəyər. Kafir də Allahın əzabı
və qəzəbi ilə müjdələnərsə, Allahla görüşməyi heç istəməz, Al-
lah da onunla görüşməyi heç istəməz”
3
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu-
yurdu: “Ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda həşr
olunacaqsınız.” Soruşdum: “Ey Allahın rəsulu, kişilər və qa-
dınlar bir-birinəmi baxacaqlar?” Dedi: “(Həmin gün) o qədər
1
“ən-Nəml” surəsi, 65-ci ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.