Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə52/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   48   49   50   51   52   53   54   55   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

168


Səbir və təmkini

Rəvayət  olunur  ki,  Həzrəti  Ömər  



(Allah  ondan  razı  qalsın!)  

qızı  


Həfsənin  yanına  gedib  deyir:  “Qızım,  (eşitmişəm  ki,)  sən  

Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

söz  qaytarır,  hətt a  

elə  deyinirmişsən  ki,  o,  gün  boyu  əsəbi  olurmuş.”  Həfsə  dedi:  

“And  olsun  ki,  biz  hamımız  (Peyğəmbərin  digər  zövcələrini  

nəzərdə  tutur  –  mütərcim)  ona  söz  qaytarırıq.”  Ömər  dedi:  

“Bilirsən  ki,  mən  səni  (həmişə)  Allahın  cəzası  və  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qəzəbindən  xəbərdar  etmişəm...”  

Bunu  deyib  (Həfsənin  yanından)  çıxdım  və  qohumu  olduğum  

üçün  Ümmi-Sələmənin  yanına  getdim,  onunla  danışdım.  Dedi:  

“Qəribə  adamsan,  Xətt abın  oğlu!  Hər  şeyə  müdaxilə  etdin,  indi  

də  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  arasına  

girməkmi  istəyirsən?!”  (Ömər  deyir:)  “And  olsun  ki,  (onun  

bu  sözü)  məni  fikrimdən  daşıtdı  və  mən  demək  istədiklərimi  

demədən  onun  yanından  çıxdım...”

1

.  



Atasız qalmış övladlarının 

qayğısını çəkməsi

Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  



(Allah  ondan  razı  qalsın!)  

demiş-


dir:

“(Bir  dəfə)  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

so-


ruşdum:  “Ey  Allahın  rəsulu,  Əbu  Sələmədən  (olan)  uşaqlarıma  

baxıb,  onlara  xərclədiyim  üçün  savab  qazanırammı?  Təbii  ki,  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

169


mən  onları  tək  buraxası  deyiləm,  (çünki)  onlar  həm  də  mənim  

balalarımdır.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyur-


du:  “Bəli,  onların  qayğısına  qalıb  xərclədiyin  üçün  sənə  savab  

yazılır”


1

.

Parlaq zəkası və gözəl məsləhətləri

Rəvayət  olunur  ki,  Misvər  ibn  Məxrəmə  və  Mərvan  demişlər:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Hüdeybiyyə  yol-

çuluğu  üçün  Mədinədən  yola  çıxdı...  (Qüreyşlə  sülh)  sazişi  

bağladıqdan  sonra  səhabələrinə  dedi:  “Durun,  qurbanlıqlarınızı  

kəsin  və  saç-saqqalınızdan  kəsin!”  (Ravi  deyir:)  “And  olsun  ki,  

heç  kəs  yerindən  tərpənmədi.  Peyğəmbər  dediklərini  üç  dəfə  

təkrarlasa  da,  kimsə  yerindən  durmadı.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

Ümmi-Sələmənin  yanına  girib  baş  verənləri  

ona  danışdı.  Ümmi-Sələmə  dedi:  “Ey  Allahın  peyğəmbəri,  sən  

bunumu  (onların  dediklərini  etmələrinimi)  istəyirsən?  Elə  isə  

çölə  çıx,  heç  kəslə  bir  kəlmə  kəsmədən  dəvəni  kəs,  dəlləyinin  

də  çağır,  (saç-saqqalından)  kəssin.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

çölə  çıxdı,  heç  kəslə  bir  kəlmə  kəsməyib  dəvəsini  

kəsdi,  dəlləyini  çağırıb  saç-saqqalından  kəsdirdi.  Oradakılar  

bunu  görüb  yerlərindən  qalxdılar,  qurbanlıqlarını  kəsdilər,  bir-

birlərinin  saç-saqqalından  kəsməyə  başladılar...”

2

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

170


MÖMİNLƏRİN ANASI 

ZEYNƏB BİNT CƏHŞ

Allahın əmri ilə Peyğəmbərlə 

(Ona Allahın xeyir-duası və salamı olsun!)

 evlənməsi

Allah  Təala  buyurur:

“(Ya  Peyğəmbər!)  Xatırla  ki,  bir  zaman  Allahın  (islam  dininə  

yönəltməklə)  nemət  verdiyi  və  sənin  özünün  (köləlikdən  azad  

etməklə)  nemət  verdiyi  şəxsə  (Zeyd  ibn  Harisəyə):  “Zövcəni  

(Zeynəb  bint  Cəhşi)  saxla  (boşama),  Allahdan  qorx!”  –  de-

yir,  Allahın  aşkar  etdiyi  şeyi  (Zeynəbin  boşanacağı  təqdirdə  

onu  almağın  haqda  sənə  nazil  olan  vəhyi)  ürəyində  gizli  sax-

layır  və  adamlardan  (onların  Peyğəmbər  oğulluğunun  boşa-

dığı  övrətlə  evlənir,  –  deyəcəklərindən)  qorxurdun.  Halbuki  

əslində  sənin  qorxmalı  olduğuna  ən  çox  layiq  Allahdır.  Zeyd  

zövcəsi  ilə  əlaqəsini  kəsdikdə  (Zeynəbi  boşadıqda)  səni  onunla  

evləndirdik  ki,  oğulluqları  övrətlərini  boşadıqları  zaman  onlarla  

evlənməkdə  möminlərə  heç  bir  çətinlik  (günah)  olmasın!  (Bu  

işdən  möminlərə  heç  bir  günah  gəlmədiyini  bildirmək  üçün  

belə  bir  övrətlə  birinci  səni  evləndirib  bütün  müsəlmanlara  

nümunə  etdik).  Allahın  hökmü  mütləq  yerinə  yetər!”  (əl-

Əhzab,  37).




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

171


“İstixarə” namazı qılmağı  

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

de-


mişdir:

“Zeynəbin  gözləmə  müddəti  başa  çatdıqda  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zeydə  dedi:  “Onu  mənə  istə.”  Zeyd  

Zeynəbin  yanına  getdi.  Yanına  çatanda  gördü  ki,  xəmir  yo-

ğurur.  (Zeyd  deyir:)  “Onu  gördüyümdə,  gözümdə  böyüdü,  

hətt a  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  özünə  

istədiyindən  ona  baxa  bilmirdim.  Arxamı  ona  çevirib  dedim:  

“Ey  Zeynəb,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məni  


göndərdi  ki,  səni  ona  istəyim.”  Dedi:  “Rəbbimdən  əmr  al-

madan  bir  şey  edə  bilmərəm.”  Bu  sözləri  deyib  namazgahına  

getdi.  Bu  zaman  “Allahın  nemət  bəxş  etdiyi  kimsəyə  deyərsən  

ki...”  ayəsi  nazil  oldu  və  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

birbaşa  Zeynəbin  yanına  gəldi...”

1

.

Toyunun səhəri günü hicab 



ayəsinin enməsi

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

de-


mişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zeynəb  bint  

Cəhşlə  evləndiyi  gün  ziyafət  verdi,  insanları  çörək  və  ətlə  doy-

durdu.  Sonra  möminlərin  analarının  evlərinə  baş  çəkdi.  Bu,  zi-

fafdan  sonra  onun  adəti  idi.  Onlara  salam  verib  dua  etdi.  Onlar  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə