Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə53/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   49   50   51   52   53   54   55   56   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

172


da  ona  salam  verib  dua  etdilər.  Evinə  qayıtdığında  bir-biri  ilə  

söhbət  edən  iki  kişi  gördü.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

onları  gördükdə  geri  qayıtdı.  Onlar  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

geri  qayıtdığını  gördüklərində  yerlərindən  

sıçrayıb  tez  (evdən)  çıxdılar.  Onların  çıxıb  getmələrini  mənmi  

Peyğəmbərə  dedim,  yoxsa  başqalarımı  xəbər  verdi,  xatırlamı-

ram.  Bundan  sonra  Peyğəmbər  evinə  geri  qayıtdı,  mənimlə  

arasında  pərdə  çəkdi.  Bu  əsnada  hicab  ayəsi  nazil  oldu”

1

.

Peyğəmbərə görə məqamı



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Zeynəb  Peyğəmbərin  nəzərində  mənimlə  eyni  idi...”

2

.  



Üstün key iyyətləri

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“...Qadınlar  arasında  Zeynəb  qədər  xeyirxah,  Allahdan  qor-

xan,  düz  danışan,  qohumlarına  tez-tez  baş  çəkən,  çox  sədəqə  

verən  kimsə  görməmişəm.  Allah  Təalaya  yaxınlaşmaqda,  sədəqə  

verməkdə  heç  tərəddüd  etməzdi...”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

173


Peyğəmbərin digər xanımlarının 

qarşısında fəxr etməsi

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Zeynəb  Peyğəmbərin  (digər)  zövcələri  qarşısında  fəxrlə  

deyərdi:  “Sizi  ailələriniz  evləndirib,  məni  isə  –  yeddi  səmanın  

üstündən  Allah  Təala!”

1

  “



Peyğəmbərə birinci qovuşması

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“(Bir  dəfə)  bəzi  xanımları  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-dua-

sı  və  salamı  olsun!)  

dedilər:  “Hansımız  sənə  birinci  qovuşacağıq?”  

Peyğəmbər:  “Əli  daha  uzun  olanınız!”  –  deyə  cavab  verdi.  İp  

götürüb  əllərini  ölçməyə  başladılar.  Əli  ən  uzun  olan  Sevda  idi.  

Sonralar  (Zeynəb  vəfat  etdikdən  sonra)  bildik  ki,  əlin  uzunlu-

ğu  –  çox  sədəqə  vermək  imiş.  Zeynəb  bizdən  tez  ona  qovuşdu.  

O,  sədəqə  verməyi  çox  sevirdi”

2

.



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

174


ÜMMİ-SÜLEYM 

(QÜMEYSƏ BİNT MƏLHAN)

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:

“Cənnətə  daxil  olduğum  vaxt  ayaq  səsi  eşitdim.  “Bu  kim-

dir?”  –  deyə  soruşdum.  “Qümeysə  bint  Məlhandır”,  –  deyə  

cavab  verdilər”

1

.



Özünəməxsus evliliyi

Cabir  ibn  Abdullah  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“Mənə  Cənnət  göstərildi.  Orada  Əbu  Təlhənin  qadınını  

gördüm”


2

.

  



Ərinin qayğısına qalıb səbir göstərməsi

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

“Əbu  Təlhənin  Ümmi-Süleymdən  olan  oğlu  ölmüşdü.  Üm-

mi-Süleym  ailəsinə  dedi:  “Əbu  Təlhəyə  oğlunun  ölümü  haq-

qında  danışmayın.  Bunu  ona  mən  deyəcəyəm.”  Əbu  Təlhə  

evə  gəldiyində  Ümmi-Süleym  ona  axşam  yeməyini  verdi.  Əbu  

Təlhə  yeyib-içdikdən  sonra  Ümmi-Süleym  əvvəllər  etdiyindən  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

175


daha  yaxşı  bəzənib-düzənmişdi.  Əbu  Təlhə  onunla  yaxınlıq  

etdi.  Ümmi-Süleym  görəndə  ki,  əri  həm  doyub,  həm  də  ondan  

muradını  alıb,  dedi:  “Ey  Əbu  Təlhə!  Əgər  insanlar  bir  ailəyə  

bir  şeyi  icarə  versələr  və  sonra  onu  geri  istəsələr,  ailə  buna  

etiraz  edə  bilərmi?”  Əbu  Təlhə  dedi:  “Xeyr,  edə  bilməz.”  Üm-

mi-Süleym  dedi:  “Əhsən!  Oğlun  öldü...”  Əbu  Təlhə  qəzəblənib  

dedi:  “Məni  bu  işə  bulaşdırdın,  sonra  da  oğlumun  ölümünü  

xəbər  verdin!”  Əbu  Təlhə  evindən  çıxıb  Peyğəmbərin  



(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  getdi  və  olanları  ona  danışdı.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Allah  ötən  

gecənizi  bərəkətli  etsin!”  Bundan  sonra  Ümmi-Süleym  hamilə  

qaldı.  (Ənəs  sözünə  davam  edir:)  “Bir  dəfə  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxmışdı.  Yanında  Ümmi-Sü-

leym  də  var  idi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərdən  qayıdarkən  Mədinəyə  gecə  daxil  olmazdı.  Mədinəyə  

yaxınlaşmışdılar.  Bu  zaman  Ümmi-Süleymin  doğum  sancısı  tut-

du.  Bu  səbəbdən  Əbu  Təlhə  onun  yanında  qaldı.  Peyğəmbər  

isə  yoluna  davam  etdi.  Bu  vaxt  Əbu  Təlhə  deyirdi:  “Yarəb,  sən  

bilirsən  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

çıxdığın-

da  onunla  çıxmaq,  qayıtdığında  qayıtmaq  mənim  çox  xoşu-

ma  gəlir.  Gördüyünlə  baş-başa  qaldım.”  Ümmi-Süleym  dedi:  

“Əvvəllər  hiss  etdiyim  ağrını  indi  hiss  etmirəm.  Peyğəmbər  

getdisə,  biz  də  gedək.”  (Ənəs  deyir:)  “Yolumuza  davam  et-

dik.  (Mədinəyə)  gəldiyimizdə  Ümmi-Süleymin  doğum  sancısı  

tutdu  və  bir  oğlan  dünyaya  gətirdi.”  Anam  mənə  dedi:  “Ey  

Ənəs,  sabah  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ya-


nına  aparanadək  kimsə  bu  uşağı  əmizdirməsin!”  Səhəri  günü  

uşağı  götürüb  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə