Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə34/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   30   31   32   33   34   35   36   37   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

114


şeyləri  ona  xəbər  verdi.  Vərəqə  ona  dedi:  “O  gördüyün  Allahın  

Musaya  göndərdiyi  Cəbrayıldır.  Kaş  (Allaha  insanları)  çağırdı-

ğın  vaxt  mən  gənc  olaydım.  Kaş  qövmün  səni  (yurdundan)  

qovacağı  zaman  sağ  olaydım!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

soruşdu:  “Məgər  onlar  məni  qovacaqlar?”  Vərəqə  

dedi:  “Bəli.  Sənin  gətirdiyinin  bənzərini  gətirən  elə  bir  şəxs  

olmayıb  ki,  onunla  düşmənlik  etməsinlər.  Əgər  həmin  günədək  

yaşasam,  var-gücümlə  sənə  kömək  edəcəyəm”

1

.  



İmam  Əhmədin  rəvayət  etdiyi  hədisdə  isə  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “İnsanlar  mənə  inanma-

dıqlarında  Xədicə  mənə  iman  gətirmişdi.  İnsanlar  məni  təkzib  

etdiklərində  Xədicə  məni  haqlı  saymışdı.  İnsanlar  məni  (hər  

şeydən)  məhrum  qoyarkən  Xədicə  var-dövləti  ilə  mənə  arxa  

çıxmışdı”

2

.

Peyğəmbərə saleh övladlar bəxş etməsi



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“...Hərdən  mən  ona  (Peyğəmbərə  –  Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!):  “Elə  bir  yer  üzündə  Xədicədən  başqa  qadın  

yoxdur”  –  deyərdim,  o  da  cavabında:  “Xədicə  (nəcib  bir  qadın)  

idi,  üstəlik  mənim  ondan  övladlarım  olmuşdur”,  –  buyurardı”

3

.

Hədisin  İmam  Əhmədin  rəvayət  etdiyi  versiyasında  deyilir:  



“Digər  zövcələrdən  övladım  olmadığı  halda  Allah  ondan  mənə  

övlad  bəxş  etmişdir”

4

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-BariVIII  cild,  səh.  137.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  137.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

115


Peyğəmbərin Xədicəyə sevgisi

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:


“Allah  onu  (Xədicəni  –  mütərcim)  sevməyi  könlümə  salıb”

1

.



Peyğəmbərin Xədicəyə ehtiramı

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Xədicə  vəfat  

edənədək  heç  bir  qadınla  evlənməmişdi”

2

.



Peyğəmbərin Xədicənin xatirəsini 

əziz tutması

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mən  Xədicəyə  qısqandığım  qədər  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

zövcələrindən  heç  birinə  qısqanmamışam.  

Hərçənd  mən  onu  heç  görməmişdim,  lakin  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  çox  tez-tez  yad  edərdi.  Olur-

du  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qoç  kəsib,  

onu  hissələrə  bölür,  sonra  da  onları  Xədicənin  rəfiqələrinə  

göndərirdi”

3

.

Habelə  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

116


“(Bir  dəfə)  Xədicənin  bacısı  Halə  bint  Xüveylid  Peyğəm-

bərin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmək  üçün  icazə  

istədi  və  bu,  Peyğəmbərə  (vaxtı  ilə)  Xədicənin  icazə  istəməsini  

xatırlatdı.  Bu  səbəbdən  Peyğəmbər  bərk  həyəcanlanıb  dedi:  

“Allahım,  bu  ki  Halədir.”  (Həzrəti  Aişə  deyir:)  “Onu  qısqandım  

və  dedim:  “Sən  çoxdan  ölüb  getmiş,  Qüreyş  qarılarından  olub,  

(dişləri  tökülmüş)  qırmızı  damaq  bir  qarının  nəyini  xatırlayır-

san?  Axı  Allah  sənə  onun  əvəzində  ondan  daha  yaxşısını  nəsib  

edib”

1

.  



İmam  Əhməd  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

Aişəyə  cavabında  deyibmiş:  “Allah  ondan  daha  

yaxşısını  mənə  nəsib  etməyib”

2

.



Allahın Xədicəyə ehtiramı

Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  “(Bir  dəfə)  Cəbrayıl  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  

“Ey  Allahın  rəsulu!  Bax  Xədicə  əlində  bir  qab  xörək  (və  ya  

içməyə  bir  şeylə  buraya)  gəlir.  Sənin  yanına  gəldikdə  ona  

rəbbindən  və  məndən  salam  söylə,  onu  Cənnətdə  (onun  üçün)  

içiboş  mirvaridən  (hazırlanmış),  içində  də  nə  səs-küy,  nə  də  

yorğunluq  olan  bir  evlə  müjdələ!”

3

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  141.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə