Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
82
“Ona yüz dinar vermədikcə ona sahib ola bilməzsən.” Mən də
səy göstərib (yüz dinarı) topladım (Gətirib qıza verdim). Elə
ki ayaqları arasında əyləşdim, dedi: “Allahdan qorx! Bəkarəti
ancaq haqq sayılanla (nikahla) poza bilərsən.” Mən də ayağa
qalxdım və onu tərk edib getdim. Allahım, əgər mən bunu
sənin razılığın üçün etmişəmsə, bizi (bu qaya parçasına görə
düşdüyümüz çətinlikdən) qurtar!” Bundan sonra (mağaranın
ağzının) üçdə ikisi açıldı, (lakin onlar bayıra çıxa bilmədilər).
Üçüncüsü dedi: “Allahım! Sən yaxşı bilirsən ki, mən müəy-
yən miqdar darı müqabilində bir işçi tutmuşdum. (İşini başa
vurduqdan sonra) darını ona verdim, amma almadı. Vaxtı
gələndə darını əkdim. Sonra onunla inəklər və çoban aldım (bu
minvalla mal-qara artıb-çoxaldı). Xeyli vaxt keçdikdən sonra
həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haq-
qımı ver!” Mən ona dedim: “Get bu inəkləri və çobanı götür
(sənin zəhmət haqqındır).” Dedi: “Mənə istehza edirsənmi?”
Dedim: “Mən sənə istehza etmirəm. Onlar sənindir.” (Bundan
sonra adam mal-qaranı sürüb apardı). Allahım, əgər mən bunu
sənin razılığın üçün etmişəmsə, bizi (bu qaya parçasına görə
düşdüyümüz çətinlikdən) qurtar!” Bundan sonra (mağaranın
ağzı) açıldı (və onlar oradan çıxdılar)”
1
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci fəsil. İslamda qadının üstün mövqeyi
83
Qadınlar günahlarını tez etiraf etmişlər
Rəvayət olunur ki, Əbu Hüreyrə və Zeyd ibn Xalid əl-
Cühəni demişlər:
“Bir kişi Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gəlib dedi: “Ey Allahın rəsulu, səni Allaha and verirəm, bizə
Allahın kitabı ilə hökm kəs.” Onun rəqibi də – ondan daha
ağıllı və bilikli idi – dedi: “Doğru deyir, bizə Allahın kitabı ilə
hökm kəs, mənə də izn ver, ey Allahın rəsulu!” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Danış (görək nə olub?)” Dedi:
“Oğlum bunun ailəsinin yanında günəmuzd işləyirdi. Onun
qadını ilə yaxınlıq etdi. Ona yüz qoyun və xidmətçi verdim.
Sonra elm əhli insanlardan (bu haqda) soruşdum. Dedilər ki,
“Oğluna yüz şallaq vurulmalı, birilliyinə sürgün olunmalıdır.
Bunun qadınına isə daşqalaq düşür.” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “Canımı əlində tutan Allaha and olsun
ki, aranızda Allahın kitabı ilə hökm verəcəyəm. Yüz qoyun və
xidmətçi sənə geri qaytarılacaq. Oğluna yüz qamçı vurulmalı
və o, birilliyinə sürgün edilməlidir. Ey Üneys, həmin qadının
yanına get, zina edib-etməməyi haqda soruş. Boynuna alarsa,
daşqalaq et.” Qadın günahını boynuna aldı və (Üneys) onu
daşqalaq etdi”
1
.
İbn əbu Müleykə rəvayət etmişdir ki, (bir dəfə) iki qadın
bir evdə (və ya bir otaqda) biz ilə dəri çarıq tikirdilər. Bu vaxt
onlardan biri əlinə biz batmış halda bayıra çıxdı və bizi o biri
qadının onun əlinə batırdığını iddia etdi. (Mübahisəni həll
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
84
etmək üçün) İbn Abbasa müraciət edildikdə dedi: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir: “Əgər insanlara iddia-
larına görə (hər şey) verilsəydi, başqalarının qanı və malı tap-
danmış olardı. İtt iham edilən o qadına Allahı xatırladın və bu
ayəni ona oxuyun: “Həqiqətən də, Allah ilə olan əhdlərini və
andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay
yoxdur...” Qadına bunu xatırlatdılar, o da (etdiyini) boynuna
aldı”
1
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Üçüncü fəsil
MÜSƏLMAN QADIN ŞƏXSİYYƏTLƏR VƏ
ONLARIN ÖZ HÜQUQ VƏ VƏZİFƏLƏRİNİ
DÜZGÜN BAŞA DÜŞMƏLƏRİ
Ümmi-Sələmə rəvayət edir ki, (bir dəfə) o, saçını darayarkən
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
minbərdən “Ey in-
sanlar!” – deyə səsləndiyini eşitmiş, saçını darayan cariyəyə de-
mişdi: “Mənə bir az möhlət ver.” Cariyə demişdi: “Peyğəmbər
ancaq kişiləri çağırdı, qadınları ki deyil!” Ümmi-Sələmə demiş-
di: “(Nə olsun ki?!) Mən də insanam”
1
.
Qadınlar Peyğəmbərdən onlara daha
çox bilik öyrətməsini istəmişlər
Rəvayət olunur ki, Əbu Səid
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi: “Kişilər sənin söhbətlərinə hey qu-
laq asırlar (başqa bir rəvayətdə: kişilər bizi (bilik öyrənmədə)
üstələyiblər). Biz qadınlara da bir gün ayır ki, həmin gün gələk,
sən də bizə Allahın sənə öyrətdiyini öyrədəsən.” Peyğəmbər
dedi: “Filan gün filan yerdə toplanın.” Onlar da toplandılar.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onların yanına gəlib,
onlara Allahın ona öyrətdiyindən öyrətdi. Sonra dedi: “Sizdən
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |