İkinci fəsil. İslamda qadının üstün mövqeyi
73
rini hökmdara nişan verdi. Rahibi gətirdilər. Hökmdar rahibə
dedi: “Dinindən vaz keç.” Rahib imtina etdikdə hökmdar mi-
şar istədi. Və mişarı rahibin başının ortasına qoyub onu ikiyə
şaqqaladı. Sonra hökmdarın həmsöhbətini gətirdilər. Hökmdar
ona dedi: “Dinindən vaz keç.” Kişi imtina etdikdə hökmdar
mişarı həmsöhbətinin başının ortasına qoyub onu ikiyə şaqqa-
ladı. Sonra uşağı gətirdilər. Hökmdar ona dedi: “Dinindən vaz
keç.” Uşaq imtina etdikdə hökmdar onu bir neçə xidmətçisinə
tərəf itələyərək dedi: “Onu filan dağa aparın. Dağa çıxarın.
Zirvəsinə çatdığınızda, dinindən yenə də vaz keçməzsə, aşağıya
atın.” Uşağı aparıb, dağa çıxardılar. Uşaq dua etdi: “Allahım!
Onlara qarşı istədiyin şeylə mənə bəs et!” Bu zaman dağ onları
silkələdi, onlar da aşağıya yıxıldılar. Uşaq hökmdarın yanına
qayıtdı. Hökmdar ona dedi: “Dostlarım nə etdilər?” Uşaq dedi:
“Onlara qarşı Allah mənə bəs etdi.” Bunu eşidən hökmda-
rın onu bir neçə dostuna tərəf itələyərək dedi: “Onu aparıb
gəmiyə mindirin. Dənizin ortasına çatdıqda yenə də dinindən
dönməzsə, suya atın.” Uşağı götürüb apardılar. Uşaq yenə də
dua etdi: “Allahım! Onlara qarşı istədiyin şeylə mənə bəs et!”
Bu zaman gəmi çevrildi və onlar boğuldular. Uşaq gəzərək
hökmdarın yanına qayıtdı. Hökmdar ona dedi: “Dostlarım nə
etdilər?” Uşaq dedi: “Onlara qarşı Allah mənə bəs etdi.” Sonra
hökmdara dedi: “Sənə əmr etdiyimi yerinə yetirmədikcə məni
öldürə bilməyəcəksən.” Hökmdar soruşdu: “Nədir o?” Uşaq
dedi: “İnsanları bir təpəyə yığ. Sonra məni ağacda dara çək.
Daha sonra oxqabımdan bir ox götürüb yaya qoy. Bundan
sonra: “Bu oğlanın rəbbi olan Allahın adı ilə!” – deyib oxu
mənə at. Əgər belə etsən, məni öldürə biləcəksən.” Hökmdar
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
74
insanları bir təpəyə yığdı. Sonra uşağı ağacda dara çəkdi. Daha
sonra onun oxqabından bir ox götürüb yaya qoydu. “Oğlanın
rəbbi olan Allahın adı ilə!” – deyərək oxu ona atdı. Ox uşağın
gicgahına dəydi. Uşaq əlini gicgahına, oxun dəydiyi yerə qoydu
və öldü. Bunu görən insanlar dedilər: “Oğlanın rəbbinə iman
gətirdik! Oğlanın rəbbinə iman gətirdik! Oğlanın rəbbinə iman
gətirdik!” Dərhal (bəziləri) hökmdarın yanına gedərək dedilər:
“Gördünmü, qorxduğun başına gəldi: insanlar iman etdilər.”
Bunu eşidən hökmdar əmr etdi ki, yolların üstündə çalalar qa-
zılsın. Çalalar qazıldı və tonqallar yandırıldı. Və car çəkildi ki,
“Kim dinindən dönməzsə, onu buraya (tonqallara) atın.” Car
çəkiləni etdilər. Axırda, növbə qadına və yanındakı uşağa çat-
dı. Qadın xəndəyə atılmağa ürək etmirdi. Bu zaman uşaq ona
dedi: “Anacığım, səbir göstər. Sən ki haqq üzrəsən!”
1
Bu qadın Həzrəti Məhəmmədin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
peyğəmbər olaraq göndərilməsindən əvvəl könlünü Allaha
təslim etmiş, Onun haqq dinini seçmiş, Allah yolunda canını
fəda etmişdi.
Qadınlar kamilləşməyə can atmışlar
Rəvayət olunur ki, Əta ibn əbu Rəbah deyib:
“(Bir dəfə) İbn Abbas mənə dedi: “Sənə cənnətlik bir qa-
dın göstərimmi?” “Bəli”, – dedim. Dedi: “(Bir vaxtlar) bu
qara qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gələrək demişdi: “Mən (bəzən) özümdən gedirəm və üstüm-
başım açılır. Mənim üçün Allaha dua et.” Peyğəmbər demişdi:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci fəsil. İslamda qadının üstün mövqeyi
75
“Əgər istəsən, səbir göstər. Onda cənnəti qazanarsan. Yox, əgər
istəsən, Allaha dua edim sənə can sağlığı versin.” Qadın de-
mişdi: “Mən səbir edərəm. Amma mənim üstüm-başım açılır,
Allaha dua et ki, üstüm-başım açılmasın.” Peyğəmbər də onun
üçün dua etmişdi”
1
.
Qadınlar ibadətə həris idilər
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məscidə
gəldiyində iki dirək arasına çəkilmiş ip görüb soruşdu: “Bu nə
ipdir?” (Məsciddəkilər:) “Bu, Zeynəbin ipidir. (Namaz qılıb)
yorulduqda ondan tutur.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi: “Yox! Açın onu. Biriniz özünü gümrah hiss etdikcə
namaz qılsın. Yorulduqda isə otursun”
2
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, yanında
bir qadın olarkən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
içəri daxil oldu. Soruşdu: “Bu kimdir?” (Aişə:) “Filankəsdir”,
– deyib, onun namaz qılmağından danışdı (Müslimə görə:
“Filankəsdir, gecələri yatmır (namaz qılır)”). Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bəsdir. Bacardığınızı edin. Al-
laha and olsun ki, siz usanmadıqca, Allah da usanmaz”
3
.
İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir kişi Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi: “Bacım həccə getməyi niyyət etmişdi
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |