Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
66
hissələrə bölür, sonra da onları Xədicənin rəfiqələrinə göndə-
rirdi. Hərdən mən ona: “Elə bir yer üzündə Xədicədən başqa
qadın yoxdur” – deyərdim, o da cavabında: “Xədicə (nəcib bir
qadın) idi, üstəlik mənim ondan övladlarım olmuşdur”
1
.
3. Qızına ehtiram bəsləmişdir. Müsəvvər ibn Məxrəmə
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib:
“Fatimə mənim bir parçamdır. Onu qəzəbləndirən, məni
qəzəbləndirmişdir”
2
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə bizə) Fatimə gəldi. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
onu gördüyündə salam verərək dedi: “Xoş gəldin,
qızım!” Sonra onu sağ, ya da sol tərəfində oturtdu”
3
.
4. Nəvəsinə ehtiram bəsləmişdir. Əbu Qətadə əl-Ənsari
(Allah
ondan razı qalsın!)
rəvayət edir ki, (bir dəfə) Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
çiynində qızı Zeynəbin qızı Ümamə ilə
namaz qılırdı. Səcdəyə getdiyində onu yerə qoyur, ayağa qalx-
dığında çiyninə götürürdü”
4
.
Böyük alim Fəkəhani necə də düzgün deyib:
“Peyğəmbər namazda Ümaməni çiyninə ona görə götürmüş-
dü ki, ərəblərdəki qızlara nifrət və onları çiyində daşımaqdan
xoşlanmama adətini ləğv etsin. Ərəbləri bu adətdən çəkindirsin
deyə namazda da onlara əks davranmışdı. Çünki əməllə bəyan
sözlə bəyandan güclüdür”
5
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
5
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, II cild, səh. 139.
Birinci fəsil. Qadın şəxsiyyəti
67
5. Dayəsinə ehtiram bəsləmişdir: Ənəs ibn Malik
(Allah ondan
razı qalsın!)
demişdir:
“Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələri fəth edilənədək
ənsardan bəzi şəxslər xurmalıqların məhsulunu Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
üçün ayırmışdılar. (Bu qəbilələrin
xurmalıqlarından mühacirlərə pay düşdüyündən Peyğəmbər
icarəyə aldığı həmin xurmalıqları sahiblərinə geri qaytardı).
Ailəm mənə əmr etdi ki, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
yanına gedim və vaxtı ilə ona verdikləri xurmalığı,
ya da bəzi hissəsini ondan geri istəyim. Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
isə həmin xurmalığı Ümmi-Əymənə ver-
mişdi. Bu arada Ümmi-Əymən paltarını boynuna sarımış halda
gəlib dedi: “Əsla! Özündən başqa ilahın olmadığı Allaha and
olsun ki, o (Peyğəmbər – mütərcim) onu sizə verməz. Çünki
mənə verib.” Bu zaman Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
ona deyirdi: “Sənə (mənim payımdan) bu qədər olsun!”
Ümmi-Əymən isə deyirdi: “Əsla! Allaha and olsun ki, olmaz!”
Nəhayət, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona payının
10 mislini – Ənəs belə hesab edir – verdi”
1
.
Yeri gəlmişkən, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu hərəkəti bizə süd anası Həliməyə olan ehtiramını da xatırla-
dır. Əbu Davud rəvayət edir ki, Əbu Tüfeyl demişdir:
“(Bir dəfə) Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Cə`rə-
nədə ət bölüşdürən gördüm. Bu zaman bir qadın ona
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
yaxınlaşdı. Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
əbasını yerə sərdi və qadın əyləşdi. “Bu kimdir?”
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
68
– deyə soruşdum. “Ona süd verən anasıdır”, – deyə cavab
verdilər”
1
.
6. Bütün qadınlara ehtiram bəsləmişdir. Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
toydan qayıdan
qadın və uşaqları gördükdə dikələrək demişdi: “Allah şahid
olsun ki, siz ən çox sevdiyim insanlarsınız.” Və dediklərini üç
dəfə təkrarlamışdı”
2
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) ənsardan bir qadın uşağı ilə Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlmişdi. Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
onunla söhbət etdikdən sonra: “Canımı
əlində tutan Allaha and olsun ki, siz ən çox sevdiyim insanlar-
sınız”, – demiş və dediklərini iki dəfə təkrarlamışdı”
3
.
Rəvayət olunur ki, Əbu Hüreyrə deyib:
“Məscidi süpürüb təmizləyən bir zənci qadın vardı. (Bir
gün) vəfat etdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu
xəbər aldığında (səhabələri): “O öldü”, – deyə cavab verdilər.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
: “Nə üçün bunu mənə
xəbər verməmişsiniz? Mənə qəbrini göstərin!” – dedikdən son-
ra onun qəbrinin yanına getdi və cənazə namazını qıldı”
4
.
1
Əbu Davud. Sünən, V cild, səh. 353, hədis № 5144.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |