Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
86
elə birisi yoxdur ki, övladlarından üçünü tərbiyə etsin, onlara
savad versin, bu da onu cəhənnəmdən qorumasın.” Bir qadın
soruşdu: “Ey Allahın rəsulu, iki uşaq da olsa, belədirmi?” (və
dediyini iki dəfə təkrarladı). Peyğəmbər də üç dəfə: “ikisi də,
ikisi də, ikisi də”, – dedi”
1
.
Hafiz ibn Həcər demişdir:
“...Hədisdə göstərilir ki, səhabələrin qadınları dini məsələləri
öyrənməyə çox istəkli idilər”
2
.
Doğrudan da, həmin dövrdə qadınlar bilik qazanıb, elm
öyrənməyə son dərəcə rəğbət göstərirdilər. Bu səbəbdən ki-
şilərlə birlikdə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
söhbətlərində iştirak etməklə kifayətlənməmiş, əksinə, ondan ay-
rıca dərslər tələb etmişdilər. Peyğəmbər də onların bu rəğbətini
təqdir etmiş, istəklərini gecikmədən yerinə yetirmişdi
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, I cild, səh. 207.
3
İslam tarixində bu ənənə sonralar da davam etmişdir. Məsələn, XIV
əsrdə İmam Zeynəb bint Abbas əl-Bağdadiyyə adlı xanım dərin biliyə
sahib idi. Bu mömin və ixlaslı qadın fi qhi yaxşı bilir, yaxşılığa çağırıb,
pisliklərdən çəkindirirdi. İmam Zeynəb Şeyx Təqiyyəddin ibn Teymiyyənin
dərslərində iştirak etmiş, ondan çox şey öyrənmişdi. Şeyxülislam ibn
Teymiyyə onu “elm və fəzilət sahibi” adlandırmışdı. İbn Teymiyyə çoxlu
sualları və iti dərrakəsinə görə ona xüsusi vaxtlarda ayrıca dərs keçərmiş
– tərcüməçinin qeydi.
Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...
87
Əsma bint Şəkəl dini yaxşı öyrənmək
üçün utanıb-sıxılmamışdır
Həzrəti Aişə rəvayət edir ki, (bir dəfə) Əsma bint Şəkəl
(gələrək) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
aybaşı
qüslü haqqında soruşdu. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
dedi: “Sizdən biri suyunu və kisəsini hazırlasın. Sonra
suyu başına töksün və yaxşıca ovxalasın ki, su saçların dibinə
çatsın. Sonra (bədəninə) su töksün, əlinə müşk sürtülmüş kisə
(bez parçası) alıb təmizlənsin.” Əsma soruşdu: “Onunla necə
təmizlənsin?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Sübhənallah! Onunla təmizlənirsən də!”
Bu zaman Həzrəti
Aişə (söhbətə qarışaraq) alçaq səslə (Əsmaya) dedi: “Qanın izi
qalan yerə sürtərsən.” Sonra Əsma Peyğəmbərdən
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
cünubluq qüslü haqqında soruşdu. Peyğəmbər
dedi: “Su hazırlayıb, təmizlənsin, özü də yaxşıca təmizlənsin.
Sonra suyu başına töküb ovxalasın ki, su saçların dibinə çatsın.
Daha sonra bədəninə su töküb (yusun).” Bunu eşidən Aişə
dedi: “Ənsar qadınları nə yaxşıdır! Dini yaxşı öyrənmək üçün
həyaları onlara mane deyildir”
1
.
Sübey`ə bint əl-Haris doğrunu
öyrənməyin yolunu yaxşı bilir
Rəvayət olunur ki, Sübey`ə bint əl-Haris əl-Əsləmiyyə de-
mişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
88
“Sə`d ibn Xövlənin zövcəsi idim. Sə`d isə Bəni-Amir ibn
Luə qəbiləsindən idi. Bədr döyüşündə iştirak etmiş, Vida həcci
zamanı vəfat etmişdi. Bu zaman ondan hamilə idim. Çox keç-
mədi ki, uşaq dünyaya gətirdim. Nifasdan təmizləndikdən son-
ra nişan üçün geyinib-bəzəndim. (Bu zaman) Bəni-Əbdüddar
qəbiləsindən Əbu Sənabil ibn Bə`kək yanıma gələrək dedi:
“Görürəm ki, nişanlanmaq üçün bəzənib-düzənmişsən. And
olsun ki, dörd ay on gün keçmədən səninlə kimsə evlənməz.”
Ondan bunu eşitdiyimdə... Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
yanına gedib, ondan bu haqda soruşdum. Bildirdi ki,
uşaq doğduqdan sonra (evlənmək üçün kişilərə) halalam. Onu
da buyurdu ki, istəsəm, evlənə bilərəm”
1
.
Hafiz ibn Həcər demişdir:
“Sübey`ənin başına gələnlərdə faydalı məqamlar vardır.
Onun
zəkası və gözüaçıqlığı imkan vermişdir ki, (Əbu Sənabilin) de-
diklərindən tərəddüdə düşsün və bu tərəddüdünü Peyğəmbərə
bildirib izah istəsin. Elə isə müft inin və ya hakimin ictihad
mövzularına dair fitvasından şübhələnən kəs həmin məsələyə
dair dini mətn (ayə və hədis) axtarsın.
Bu hadisənin digər ibrətamiz cəhəti budur ki, qadın onu aid
məsələni – hətt a qadınların soruşmağa utandıqları məsələ olsa
da, – birbaşa soruşub öyrənmişdir”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 400-401.