Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə58/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   54   55   56   57   58   59   60   61   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

188


ki,  siz  qəbirlərinizdə  Məsih  Dəccalın  fitnəsi,  ya  da  ona  oxşarı  

ilə  imtahan  olunacaqsınız.  (Qəbirdəki  kimsəyə)  deyiləcək:  “Bu  

kişi  (Həzrəti  Məhəmməd)  barədə  nə  bilirsən?”  Mömin,  ya  da  

yəqin  iman  sahibi  deyəcək:  “O,  Allahın  rəsulu  Məhəmməddir,  

açıq-aydın  dəlillər  və  doğru  yol  gətirmişdir.  Biz  də  (onun  çağı-

rışına)  hay  verib,  onun  yolu  ilə  getdik.  O  Məhəmməddir!”  Bu,  

üç  dəfə  təkrarlanacaq.  Daha  sonra  (həmin  kimsəyə)  deyiləcək:  

“Rahatlıqla  yat,  bildik  ki,  sənə  ona  yəqinliklə  inanmışsan!”  Mü-

nafiq  və  ya  şübhədə  olan  kimsə  isə  (həmin  suala  cavabında)  

deyəcəkdir:  “Bilmirəm,  eşitmişdim  ki,  insanlar  (onun  haqqın-

da)  nə  isə  deyirlər.  Mən  də  (onların  dediyini)  dedim”

1

.



Bilik və dərrakəsi

Rəvayət  olunur  ki,  Müslim  əl-Qüriyyi  deyib:  

“İbn  Abbasdan  təmmətü  həcci  haqqında  soruşdum.  İbn  Ab-

bas  bunun  caiz

2

  olduğunu  dedi.  İbn  Zübeyr  isə  bunun  qa-



dağan  olduğunu  bildirdikdə  İbn  Abbas  dedi:  “İbn  Zübeyrin  

anası  danışmışdır  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buna  (təmətt ü  həccinə  –  mütərcim)  icazə  verib.  Gedin  on-

dan  soruşun!”  (Müslim  əl-Qüriyyi  deyir:)  “Onun  (Əsmanın)  

yanına  getdik.  Olduqca  yaşlı  idi  və  gözləri  tutulmuşdu.  Dedi:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buna  icazə  verib”

3

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İcazəli.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

189


Cəsarəti və rəyini 

çəkinmədən söyləməsi

Əbu  Nofəl  demişdir:

“Abdullah  ibn  Zübeyri  şəhərin  girişində  çarmıxa  çəkilmiş  

gördüm.  Qüreyş  və  xalq  onun  yanından  keçib  gedirdi.  (Bir  

dəfə)  Abdullah  ibn  Ömər  onun  yanında  keçərkən  dedi:  “Sa-

lam,  ey  Əbu  Xübeyb!  Salam,  ey  Əbu  Xübeyb!  Salam,  ey  

Əbu  Xübeyb!  Axı  mən  səni  bu  işdən  çəkindirmişdim

1

.  Axı  



mən  səni  bu  işdən  çəkindirmişdim.  Axı  mən  səni  bu  işdən  

çəkindirmişdim.  Vallah,  bildiyimə  görə,  sən,  doğrudan  da,  çox  

oruc  tutan,  çox  namaz  qılan,  qohum-əqrəbaya  çox  kömək  edən  

birisi  idin!  Allaha  and  olsun  ki,  ən  yamanı  sənin  kimi  birisi  

olan  ümmət  ən  yaxşı  ümmətdir!”  Sonra  Abdullah  oradan  uzaq-

laşdı.  Abdullahın  orada  dayanmağı  və  dedikləri  Həccaca  çatan-

da  adam  göndərib  İbn  Zübeyri  çarmıxa  çəkildiyi  xurma  ağa-

cından  aşağı  endirtdi  və  yəhudilərin  məzarlığına  atdırtdı.  Sonra  

Əsma  bint  Əbubəkrin  yanına  adam  göndərdi.  Əsma  onun  ya-

nına  getməyi  rədd  etdi.  Həccac  onun  yanına  yenidən  başqasını  

göndərdi:  “Ya  gələcəksən,  ya  da  mən  səni  saçından  sürüyərək  

gətirəcək  adam  göndərəcəyəm!”  Əsma  rədd  edib  dedi:  “Saçım-

dan  sürüyəcək  birini  göndərsən  də,  Allaha  and  olsun,  sənin  

yanına  gəlməyəcəyəm!”  (Bunu  eşidən)  Həccac  (xidmətçilərinə)  

dedi:  “Ayaqqabılarmı  gətirin!”  Ayaqqabılarını  geyindi,  tələm-

tələsik  Əsmanın  yanına  getdi.  (Evinə  çatıb)  içəriyə  daxil  oldu  

1

 Yəni,  səni  Həccac  kimi  zalıma  baş  qoşmamaq  barədə  xəbərdar  etmişdim  



–  tərcüməçinin  qeydi.


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

190


və  dedi:  “Allahın  düşməninə  (Əsmanın  oğlu  Abdullah  ibn  Zü-

beyri  nəzərdə  tuturdu  –  mütərcim)  nə  etdiyimi  gördünmü?”  

Əsma  dedi:  “Gördüm  ki,  sən  onun  dünyasını  bərbad  etdin,  o  

da  sənin  axirətini  zay  etdi.  Eşitmişəm  ki,  ona:  “Ey  iki  qurşağı  

olanın  oğlu!”  –  demisən.  Mən,  Allaha  and  olsun  ki,  iki  qur-

şağı  olanam!  Bir  qurşaqla  dəvələrin  belindən  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkrin  yeməyini  götürürdüm.  

Digəri  isə  qadına  lazım  olan  qurşaqdır.  Bir  də  onu  bil  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  demişdi:  “Səqif ”  

(qəbiləsində)  bir  yalançı  və  bir  qantökən  (və  ya:  çox  canalan)  

vardır.  Yalançının

1

  kim  olduğunu  gördük.  Qantökənə  gəlincə,  



onun  ancaq  sən  olduğunu  güman  edirəm.”  Bunu  eşidən  Həccac  

ondan  ayrıldı  və  bir  daha  onun  yanına  getmədi”

2

.

ƏSMA BİNT ÜMEYS



Cənnətlə  müjdələnən  üç  böyük  səhabənin:  Cəfər  ibn  əbu  

Talib,  Əbubəkr  Siddiq  və  Əli  ibn  əbu  Talibin  



(Allah  onlardan  razı  

qalsın!)

  həyat  yoldaşı  olmuşdur.  



İlk müsəlmanlardan olmağı 

və Həbəşistana hicrəti

Rəvayət  olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  



(Allah  ondan  razı  qalsın!)  

demişdir:

1

 Söhbət  Muxtar  ibn  əbu  Übeydullah  əs-Səqəfi dən  gedir.  Son  dərəcə  ya-



lançı  imiş.  Hətt a  Cəbrayılla  görüşdüyünü  iddia  edirmiş.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə