Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə58/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   54   55   56   57   58   59   60   61   ...   167

olmuşdur.  Sibir  xalqlarının  inamına  görə  insanın  ruhu  onun  tam 

oxşarı  olur,  onu  günəşli  havada  kölgə  kimi  görmək 

mümkündür,hətta onu güzgüdə olan əks kimi seyr etmək olar. Fici 

adasının  sakinləri  adamda  iki  ruhun  olmasına  və  onun  hər  ikisini 

görməyin  mümkünlüyünə  inanırdılar.  Onlardan  biri-  “qara 

ruh”-onun kölgəsi,digəri-“ağ ruh”-onun suda və güzgüdə əksidir. 

Ruhun mənşəyi məsələsi də qədim zamanlardan bəri insanları 

maraqlandırmışdır.  Qədim  hind  təsəvvürlərinə  əsasən,  ruh  üçün 

doğulma  və  ölmə  mövcud  deyildir.  O  heç  vaxt  yaranmamışdır, 

yaranmır  və  yaranmayacaqdır.  O  əbədi,  həmişə  mövcud  olandır. 

Krişnalılara görə o ürəkdə olur. İnsan öləndə ilk dəfə olaraq zülmət 

hiss  edir.Bu  vaxt  İlahi  bədənimizdə  fövqəlruh  kimi  yerləşən  Ulu 

Tanrı bədənimizdə olan 118 kanaldan birini işıqlandırır və ruh bu 

kanalla  bədəni  tərk  edir.Ən  geniş  yayılmış  dini-mifoloji  baxışlara 

görə  insanın  ruhunu  Allahlar  və  ya  Allah  verir.Məşhur  fransız 

rəssamı Jan Effel ilk insan olan Adəmin ağzına ruh qoyan Savaofa 

Allahının  şəklini  çəkmişdir.  Yəhudi  və  xristian  dininə  görə  insan 

doğulan  vaxtı  ruhu  Allahdan  alır.  Nəzərə  alsaq  ki,  bu  gün  Yer 

kürəsində  hər  saniyə  üç,hər  dəqiqə  180,  hər  saat  10800,gündə 

259200  adam  doğulur,onda  Allah  bütün  işlərini  buraxıb  körpələri 

ruhla  təmin  etməklə  məşğuldur.  Təsəvvür  edin  ki,Allah  bunu  hər 

gün istirahət və bayram etmədən,hər həftə,hər il,hər ay edir. Planetdə 

isə  adamların  sayı  dunnadan  artır.  Allahın  işi  həm  də  onunla 

çətinləşir  ki,  o  bunları  dünyanın  müxtəlif  güşələrində  eyni  vaxtda 

etməli olur. Həm də bu iş fasiləsiz olaraq yerinə yetirilməlidir, axı 

uşaqların doğulması prosesini dayandırmaq olmaz-deməli xeyirxah 

Allah bu işi fasiləsiz yerinə yetirməlidir.Yalnız insanlara olan böyük 

məhəbbət Allahın bu işi davam etdirməsini izah edə bilər. Bəs onun 

başqa  ilahi  işlərə,  xüsusən  də  milyonlarla  adamın  dua  etməsinə 

qulaq asmasına vaxtı necə qalır?İncildə Adəmə Allhın ruh verməsi 

yazılır,ancaq Həvva ilə bağlı heç nə 

174 



deyilmir.Həvvanın Allahdan ruhu alıb-almaması aydın olmur.Bu da 

qadınlarda  ruhun  varlığı  ilə  bağlı  uzun  illər  mübahisənin 

yaranmasına səbəb olmuşdur. Yalnız 585-ci ildə Makona şəhərində 

kilsə  yiğmcağmda  bir  səslə  qadınlarda  ruh  varlığını  etiraf 

etdilər-deməli  qadını  da  adam  hesab  etmək  olar.  Qadında  ruhun 

varlığını  inkar  edənlər  təkcə  xristianlar  olmamışdır.  Xokkayda 

adasında yaşayan Ayna tayfası bu gün də qadınlarda ruhun olmasını 

qəbul etmirlər. Heyvanlar və bitkilərin ruhu haqqında İncildə heç nə 

deyilmir.Vaxtaşırı  bu  suala  cavab  vermək  istəyən  kilsə  öz 

cavablarını uydurmalı olmuşlar. Burada vahid fikir yoxdur.Yəhudi 

dini 

heyvanlarda 



və 

bitkilərdə 

ruhun 

varlığını 



inkar 

edir.Xristianlıqda  müxtəlif  baxışlar  vankatoliklər  və  bir  çox 

protestant  kilsələri  heyvanda  və  bitkidə  ruhun  varlığını  qəbul 

etmiıiər.Rus  pravoslav  kilsəsi  isə  heyvanlarda  ruhun  olmasının 

mümkünlüyündən  danışsa  da  bitkilərdə  onun  olub-olmamasını 

müzakirə  etməkdən  imtina  edir.  Bundan  başqa  onlar  bildirirlər 

ki,insan  mhu  və  heyvan  ruhu  arasında  keçilməz  sədd  vardır.  Bu 

uçurumun varlığını sübut etmək üçün onlar spiritik seans vaxtı heç 

bir  heyvan  ruhu  ilə  əlaqə  yaradılmadığı  deyilir.  Pravoslav  kilsəsi 

quşlar- da,balıqlarda, cücülərdə və bitkilərdə ruhun varlığı ilə bağlı 

sualı izah etməyə hazır olmadığını nümayiş etdirmişdir. Bütpərəstlər 

isə  ruhun  bütün  canlılarda,o  cümlədən  bitkilərdə  olduğu  fikrini 

təsdiq edirlər. Onların fikrincə adamlarda olan ruh kimi,heyvan və 

bitkilərin  ruhu  da  sahibinin  tam  oxşarı  olur.  Həm  də 

hcyvanların.quşların  və  balıqların  ruhları  onların  bədənlərinin 

müxtəlif hissələrində olur, bitkilərdə isə ruh etibarlı yer hesab olunan 

kökdə olur. 

Allahın  nıhu  nədən  hazırlaması  sualına  xristianlıq  çox  sadə 

cavab  verir-valideyinlərinin  ruhundan.  Bədən  ana  bətnində 

tədricən,doqquz ay ərzində formalaşdığı halda ruh bir anda yarana 

bilər.  Allahın  ruhu  uşağın  bədəninin  hansı  hissəsinə  qoyması  ilə 

bağlı  xristianlıqda  vahid  cavab  yoxdur.Hər  bir  dinin  öz  fərziyyəsi 

var. E.ə IV əsrdə yaşamış 

175 



bütpərəst  Aristotelə  görə  ruh  ana  bətnində  mayalanmanın  qırxıncı 

günü uşağa daxil olur-ancaq bir şərtlə ki,bu döl ancaq kişi cinsinə aid 

olmalı  idi.  Qadının  səviyyəcə  aşağı  olduğunu  sübut  etmək  üçün 

bildirilir  ki,  qadına  ruh  yalnız  doxsanıncı  gün  qoyulur:xristian 

ilahiyyatçıları  ruhun  Allah  tərəfindən  yaradıldığını  qəbul  edirlər. 

Lakin Berdyayev və bir çox başqa filosoflar ruhun mayalanma vaxtı 

bədənə  qoyulması  flkrini  qəbul  etmirlər,onun  doğum  prosesində 

olmasını  inkar  edirlər.  Onun  fikrindən  belə  çıxır  ki,Allah  bütün 

ruhları,  Adəmi  yaratmamışdan  əvvəl  yaratmışdır,  sonra  isə  onları 

yeni  doğulan  uşaqlar  arasında  paylamaqla  məşğul  olmuşlar.  Bəs 

onda insandan xeyli əvvəl  Allah  tərəfindən  yaradılan ruh  nə  üçün 

əcdadlarının günahına görə məsuliyyət daşımalıdır? 

Ümumiyyətlə,uyğunsuzluq  doğuran  suallar  çoxdur.Ruhun 

mənşəyi ilə bağlı digər fərziyyələr bu uyğunsuzluğu dəf etməyə cəhd 

etmişlər.  Nisskiy  yazırdı  ki, ruh  valideynlərdən toxum  kimi  uşağa 

keçir-o  ata  və  ananın  ruhundan  ayrılan  toxumdur,  uşağın  bədəni 

yaranandan  sonra  toxum  şəklində  bu  bədənə  düşür.  Bəzi 

ilahiyyatçılar burada Allahın işə qarışmasını da göstərirlər. Bir sözlə 

Allah  bədəni  heç  nədən  yaratdığı  kimi  ruhu  da  heç  nədən 

yaratmışdır.Başqa  sözlə  desək,  Allah  uşağın  ruhunu  yaradır,  onu 

mayalanmadan 

dərhal 


sonra 

yox,körpənin 

bədəninin 

formalaşmasından  keçən  bir  neçə  həftə  sonra  onu  bədənə  qoyur. 

Katoliklərə görə körpə ana bədənində bir neçə həftə ruhsuz yaşayır. 

Lakin  sonradan  abortun  qarşısını  almaq  üçün  təsdiq  etmişdir 

ki,mayalanma  başlanan  kimi  köıpəyə  ruh  verilir.  Axı  mayalanma 

vaxtı əkizlərin olması da mümkündür- bəs onda ruhla bağlı məsələ 

necə olur?Ruh bölünür,yoxsa Allah ikinci uşağın ruhunun qayğısına 

qalmalı olur?Kilsə bu suala hələ ki, cavab vermir. Hər bir doğulan 

körpə  üçün  Allah  tərəfindən  ayrıca  ruh  yaradılması  ilə  bağlı 

təsəvvürlərlə  yanaşı  belə  bir  baxış  da  vardır  ki,  bir  dəfə  yaradılan 

ruh-görünür  Allah  işini  asanlaşdırmaq,onun  gücünə  və  vaxtına 

qənaət  etmək  məqsədi  ilə-dəfələrlə  istifadə  olunmasının  qayğısına 

qalır. Bu 

176 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə